Azərbaycanca

Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir

27.04.2015 | 10:21

karabakh_040809_1

Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edir.

Karabakhinfo MN-nin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

27.04.2015 10:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*