Azərbaycanca

Erməni şovinizmi

01.01.2013 | 13:38

1361012225_qafar“Məgər Siz ermənilərlə bağlı nəsə düşünürsünüzmü?   Əlbəttə nə qəribə məxluqdur deyirsiniz?  Görüntüdür,  erməni sən təssəvvür etdiyin  o erməni deyil, bəs kimdir o? Xarakteri necədir?  Faydasız cəhdlər etmə. Mahiyyətinə  baş vuracaqsınız. Amma tapa bilməyəcəksiniz, bir narahat  görünüm! Şəklini  çəkmək çətindir.Onun yaşam tərzinə bələdsənmi? Evini  gördünmü?

Ölkəsini dolaş- nə gözəl- monastırlar, güclü qalalar, naxışlı  qəbir daşları… Hər bir  erməninin içində  çox gizli, dərin narazılıq var, qəlbində  başqalarına kin…Bu ucalığa əli çatmayan qartalın zirvə həsrətidir.  Vurnuxur, zirvəyə qoşur, amma qanadları qayalıqlara dəyərək  yerə düşür. Ona yemək verirlər  imtina  edir, üz çevirir,  nə köləliyi sevir, nə də xoşbəxtliyi,  azadlığı, əzab çəkməyi sevir, acılara və azadlığa üstünlük verir.  Melanxolik ( səmtini tez- tez dəyişən rüzgar) bir varlıqdır, tez dəyişir, qapalıdır, özü isə heç nəyi həll edə bilmir. ” Bu fikirlər erməni yazar  Derenik Demirçyana,  Azərbaycan şairi Səməd Vurğunun “erməni  şeirinin dəmirçisi”adlandırdığı şəxsə, bir şairə   aiddir. O da erməni millətini başqalarından fərqli görmək istəyən ziyalılardan olmuşdur.   Şovinist olmayan erməni yazar çətin taparsınız.  O da yaxşı tanıdığı xalqının nə ifadə etdiyini açıq söyləməklə bəzilərinin təzyiqləri ilə üzləşsə də dediyini demişdir.  O da yaxşı tanıdığı xalqının nə ifadə etdiyini açıq söyləməklə bəzilərinin təzyiqləri ilə üzləşsə də dediyini demişdir. Amma şovinist olmaqdan yaxasını kənara çəkə bilməmişdir. Çünki Erməni toplumu içərisində ya ölməlisən , ya da türkə nifrət etdiyini açıq söyləməlisən.  Erməni toplumu daha çox şovinistdir.  Şovinizm isə millətçiliyin ifrat, mürtəce formalarından biridir. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinzm siyasəti guya “ikinci dərəcəli” millət və irqlər üzərində hökmranlıq etməli  olan bir millətin milli müstəsnalığını təbliğ edir. Şovinizm termini 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı – Napoleonun işğalçılıq siyasətinin pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. Şovinizm sözü ilə millətçilik eksterminizmin müxtəlif təzahürlərini ifadə edirlər. 19-сг əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad – cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik şovinizmidir

Bir çox  dövlərdə erməni milliyyətçiliyi şovinizm formasında təzahür edir.  Bu millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, var olmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Ермяни миллятчилийинин доьурдуьу нятиъяляря бахсаг, ачыг-ашкар эюрмяк мцмкцндцр ки, бу, бяшяриййятя  хейирхащлыг, щуманизм дейил, бядхащлыг эятирян гурумларын  йаранмасына имза атмышдыр. Онлар сийаси вя милли дцшмян щесаб елядикляри шяхсляри арадан эютцрмяк, севмядикляри дювлятя зярбяляр вурмаг цчцн  партлайышлар тюрятмяк, террор щярякятляри иля дя дцнйанын диггятини ъялб етмяйи амал олараг сечмишляр.Ермяни террорчу тяшкилатларын яли иля nə гядяр ганлы аксийалар  кечириб, ня гядяр дювлят бюйцкляри öлдцрцб? Ня гядяр дювлятин биналарына, метролара, щава лиманларына щцъумлар едиliб? Садаласаг, бюйцк бир сийащы алынар- Ермяни  террорчу тяшкилатларынын да сийащысы чох узундур. Щяля ХЫХ ясрдя беля  террорчу груплар Шярги Анадолуда фяалиййятя  башламышдылар. Андраникин, Сеrop Аьбйурин,  Karç Муратıн, Njdenin , Şaumyanın вя башгаларынын «азадлыг  мцбаризяси» ады алтында фяалиййятляри ясил террорчулуг иди.(”Hay Dat” bu iki kəlmənin qısaldılmışıdır. ) Bu ермяни террор юрэцтц адындан да эюрцндцйц кими, «ермяни  mühakiməsi уьрунда мцбаризя тяшкилаты» олараг 1919-ъу илдя гурулмушду. Парисдя Шярги Анадолудан  кюч етмиш бир груп ермяни гаршыйа мягсяд гоймушдулар ки, 1915-ъи илдя ермянилярин Шярги Анадолудан  етдирилмясиндя ролу олан  тцрк бюйцклярини юлдцрмяйи щядяфляйирдиляр. Nemzis planını həyata keçirməyə başaladılar.

Fransiz filosofu Jean Baudrillard erməni şovinizmindən bəhs edərkən: “Ermənilərin durumu çox xüsusidir, onlar yaşadıqlarını sübut etmək üçün, öldüklərini sübüt etmək məcburiyyətindədirlər”.  Daha sonra müəllif qeyd edir ki,  ermənilər tarix boyu türk millətinə nifrət etməklə yaşayıblar. Cox maraqlıdır ermənilər əsrlər boyu bu nifrətin əsiri olublar və bu psixologiyanın təsirindən kənara cixa bilməyiblər. Bu nifrətin əsası onların ailə və Qriqoriyan kilsə sisteminə dayanaraq formalaşsa da ermənilər konkret olaraq bu şovinizmi bir ünvana yönəldiblər – Türk  toplumuna. Bu onların bədbəxtliyidir, yoxsa xoşbəxtliyi, bunu onların özlərindən soruşmaq lazımdır. Ermənilərin bəşəri mənada milli şəxsiyyət hesab elədikləri bir neçə şəxsiyyətdən bəhs etmək  mümkündür ki onlar bu qüsuru açıq-açıq söyləmişlər. Amma bunların heç biri məhdud milliyyətçilik anlayışından kənara çıxa bilməmişlər.

Erməni terroru öz başlanğıcını   19-cu əsrin sonlarından  götürmüşdür. İlk terrorçu qruplar da bu dövrdə Qərbin və Rusiyanın təhriki ilə yaranmışdı. Səbəbi isə məlum idi . Osmanlı İmperiyasını bölmək , parcalamaq! Ermənilərin toplum halında yaşadıqları ərazilərdə qeyri-sabitliyin hökm sürməsində maraqlı olan Qərb dövlətləri və Rusiya bölgədə fəaliyyətlərini aktivləşdirmək üçün yeni təşkilatların yaranmasına ehtiyacın olduğunu dərk edirdilər. İngiltərənin Van konsulu Çlayton öz ölkəsinə göndərdiyi bir raportda (12 oktyabr 1890) Rusiya Ermənistanından (İrəvan quberniyası nəzərdə tutulur) Türkiyə ermənilərinə silahlar göndərilməsi üçün cəmiyyətlər qurulduğu və bu silahların paylanması üçün casusların olduğunu yazmışdı. Çlayton elə həmin ilin noyabrında göndərdiyi digər bir raportda ermənilərin artıq üsyana hazır olduqlarını qeyd etmişdi, bunu amerikalı bir missionerdən təfsilatı ilə öyrəndiyini qeyd etmişdi. Vanda konsul vəzifəsində çalışmış  rus general Mayevskinin xatirələrində isə bu fikir yer almışdı ki, 1895-ci ildə Van inqilabçıları Avropanın diqqətinin “erməni məsələsi” üzərinə yenidən çəkmək istəyirdilər. Zəngin ermənilərə pul yardımı təhdidləri ilə məktublar göndərirdilər.  “Hnçak” qəzeti özünün 1890-cı ilin martında çıxan 9-cu sayında ermənilərin müstəqillik mübarizəsinə kömək etməyənləri öldürüləcəyini yazmışdı. “Hnçak” partiyasının Rusiyanın və Avropanın xalqçı qrupları ilə bağlılığını qeyd edən erməni tədqiqatçısı Meri Koçar qeyd edir ki, erməni milli azadlıq hərəkatına terrorçuluqla nəyəsə nail olmaq ideyası bu təşkilatların təsirindən yaranmışdır və Hnçak öz fəaliyyətində terroru istisna etmirdi. O, qeyd edirdi: “Bir tərəfdən xalqçıların terrorçu fəaliyyəti, bu vasitələrin Ermənistana yayılması və onun Türk despotizminə qarşı istifadə edilməsi, digər tərəfdən bu ideologiyanın marksizmin əsaslarına təsir etməsi, Hnçak partiyasının ilkin proqramında nəzərdə tutulanlar idi”. 1887-ci ildən çıxan “Hnçak” qəzetində də bu ideyalar yayılmağa, təbliğ edilməyə başlamışdı. Bütün bunlar özü də sübut edirdi ki, Hnçak terrorçu bir təşkilat kimi ortaya çıxmışdı. Partiyanın qəzetin 1888-ci ildə dərc olunan proqramında da terrorizm mübarizə vasitələrindən biri kimi göstərilirdi. Proqramda nəzərdə tutulurdu ki, “Türkiyədə silahlı üsyanla mövcud quruluşu dəyişdirmək və “Türkiyə Ermənistanın inqilabi-qeyri sabit regiona çevirmək” əsas məqsəd idi. Müstəqillik əldə edilmədiyi təqdirdə Türkiyə Ermənistanın başqa bir ölkənin “tərkibinə keçməsinə nail olmaq”. Əlbəttə, həmin ölkə Rusiya idi və buradan ermənilərə pul və silah yardımı gəlirdi. Meri Koçar özünün “Erməni-Türk ictimai-siyasi münasibətləri və erməni məsələsi” adlı kitabında Hnçak partiyasının üç mübarizə üsulundan danışır. Onlardan birincisi təbliğat, ikincisi təşviqat və üçüncüsü terror olduğunu qeyd edən  müəllif ona milli azadlıq mübarizəsi donu geyindirmək istəyir, müəllif danmır ki, insanlığa qarşı cinayət işlətməyi öz proqramında rəsmiləşdirmişdi. Partiyanın praktik fəaliyyətində əsas faktor olan terrora görün necə haqq qazandırılır. “Terrorun- məqsədi xalqı əzilməkdən qorumaq, onun ruhunu, inqilabi ovqatını aşağı salmaq, qorxu yaratmaq! Bütün bunlara nail olmaq üçün türk və erməni yüksək administrativ postlarda çalışan iki millətin nümayəndələri, bir-birinə barışmaz düşmən etmək lazımdır, satqın və şpionları məhv etmək gərəkdir”.Bu, Hnçak partiyasının proqramından gətirilən sitatlar qarşıya belə bir məqsəd qoyan partiyanın necə fəaliyyət göstərəcəyi isə məlum idi. Hnçak partiyası öz proqramında bu sözləri yazmaqla kifayətlənmirdi. Bu məqsədlərin həyata keçirilməsi üçün partiya nəzərdə tuturdu: Sırf terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatın formalaşmasını, kəndlilər arasında geniş fəaliyyət imkanı olan inqilabi təşkilatın   formalaşmasını, fəhlələr arasında inqilabi təşkilatın yaradılmasını, həm kəndli, həm də fəhlə təşkilatlarının hərbi-inqilabi təşkilata çevrilməsini qarşıya məqsəd qoymuşdu. Daşnaksütyun partiyası barədə də dövrün mətbuatında eyni şeylər qeyd edilmişdir. Yenə də bir erməni müəllifindən sitat: “Komitənin (daşnak komitəsi nəzərdə tutulur) proqramı üsyan yolu ilə Türkiyə Ermənistanına siyasi və iqtisadi azadlıq qazandırmaq idi. Komitənin 1892-ci ildə keçirilən Baş Məclisində qərarlaşdırılan proqramın 8-ci maddəsi ” hökumət üzvlərini öldürmək, sərvətlərini isə  dağıtmaq və talamaq idi”. 1977-78-ci illər rus- türk müharibəsindən sonra siyasi vəziyyət ermənilərin xeyrinə dəyişmməsinin də erməni təşkilatlarını fəallaşdırmışdı. Bu müharibədən sonra Türkiyə özünün tarixi ərazisi olan Qars vilayətini bütünlüklə itirdi, Qars 1918-ci ilə qədər Rusiya əsarətində qaldı. Bundan əlavə, Berlin müqaviləsinə (1878) görə Osmanlı dövləti öhdəsinə götürürdü ki, “ermənilərin yaşadıqları vilayətlərdə islahat aparacaq, bu sahədə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək, böyük dövlətlərə müəyyən olunmuş vaxtlarda məlumat verəcəkdi”.  O dövr erməni və rus dilli ermənilərə aid mətbuat orqanları bu hadisələri maraqla qarşılayırdılar. 13 iyun-13 iyul 1878-ci il Berlin konfransından ermənilər müstəqillik qərarı gözləyirdilər. Bu baş verməyincə ona nail oldular ki, Osmanlı dövləti öz ərazisində yaşayan xristian toplumla bağlı hesabat vermək məcburiyyətini qəbul etməli oldu. Ermənilər isə müstəqilliyi nə vaxtsa alacaqlarına ümid edərək ölkə içərisində təxribatlar, üsyanlar, xaos yaratmaq işlərini genişləndirdilər. Sonralar Erməni İnqilabi Federasiyası-Daşnaksütyun partiyası San Stefano müqaviləsinin 16-cı paraqrafını və Berlin müqaviləsinin 61-ci maddəsini əsas götürərək “müstəqillik uğrunda mübarizədə haqlı”  olduqlarını sübut etmək ideologiyasını genişləndirdi. Ermənicə çıxan daşnaklara aid “Droşak”(“Bayraq”) adlı qəzetdə Daşnaksütyunun və digər erməni təşkilatlarının terrorçuluq fəaliyyətinə haqq qazandırılırdı(3). Buradakı 16-cı paraqraf ermənilərin milli hüquqları ilə bağlı idi, bütün dünyaya o zamanlar bəlli idi ki, Osmanlı dövləti azsaylı xalqların hüquqlarını qorumaqda bir çox Avropa ölkələri üçün örnəkdir. Və bunu onlar  etiraf da edirdilər. Amma Qərb onları elə şirnikləndirmişdi ki, ermənilər həmişə yaxşılıq görmüş ”türk dövlətinə ağ olmaq məcburiyyətində qalmışdılar” nəşrlərdən olan “Ports” yazırdı ki, “ bu məsələdə heç bir problem yox idi, problem ermənilərin əvvəlcə muxtariyyət, sonra isə müstəqillik əldə etmək üçün qurduqları planla bağlı idi ki”, ona da bir hüquq dövləti olan Osmanlı imkan verə bilməzdi.       XIX əsrin sonlarında 2000-dək məktəbi olan, sərbəst şəkildə erməni dilində çıxan xeyli miqdarda qəzet-jurnala sahib, milli cəmiyyət, təkilat və partiyaları olan erməni millətini türklərə, Osmanlı dövlətinə qarşı qoyanlar onun düşmənləri idilər. XIX əsrin 60-70-ci illərində Türkiyədə çıxan 24 qəzetdən 9-u erməni dilində idi. Haqlı olaraq erməni alimi E.Gegamyans 1915-ci ildə Bakıda erməni dilində çap etdirdiyi “Ermənilərin azadlıq hərəkatı” (“Hayeri azataqraqan şarjumı”) adlı əsərində Türkiyənin milli azlıqlarla, o cümlədən ermənilərlə bağlı öhdəsinə götürdüyü bütün məsələləri həll etdiyini qeyd edir. Daşnaksutyun, Hnçak və digər erməni siyasi təşkilatları bütün bunlarla razılaşmırdılar. Onlar Anadolu ermənilərinə müstəqil bir dövlət yaradılmayana qədər mübarizələrini sürdürəcəklərini bəyan edirdilər və bu fikirlər, bu ideya o dövrdə çıxan bütün mətbuat orqanlarında ana xətt təşkil edirdi.I Dünya müharibəsindən öncə 1912-1913-ci illərdə Balkanlarda gedən savaş və bununla bağlı dəyişikliklərin baş verməsi digər ölkə və regionlarda da müəyyən canlanma yaratdı. Balkanlarda da milliyyətçi quldur dəstələr türkləri öldürüb onları öz yer-yurdlarından didərgin salmışdı. Bundan ruhlanan erməni milliyətçi partiyaları Cənubi Qafqazda da erməni dövləti qurmaq planlarını işə salmışdılar, lakin  bu bölgə Rusiya ərazisi hesab olunduğundan onlar bu məsələni ehtiyatla gündəmə gətirirdilər. Rusiya öz ərazisində hər hansı milli dövlətin yaranmasına imkan verməzdi. Ermənilər bunu gündəmə gətirməklə Rusiyanı Osmanlı dövləti tərkibində bir erməni dövləti qurmağa kömək etməsinə təhrik edirdilər.  Əsasən erməni-daşnak müəlliflərin çoxluq təşkil elədiyi “Bakinski raboçi” qəzetində 1913-1914- cü illərdə çıxan silsilə yazılarda həmin ideya öz əksini tapmışdı. Ermənilər Rusiyanı şantaj edərək onu erməniləri  türklərə satmaqda suçlayırdılar. Ermənilər Osmanlının Avropada başının qarışıq olmasından istifadə etmək istəyirdilər. Osmanlının Avropada nəzarətində olan ərazilərində müsəlmanlar çoxluq təşkil etməsi həmin istilaçı xristian dövlətlərini narahat edirdi. 1912-ci ildə başlanan Balkan müharibəsi bu “narahatçılığa” son qoydu. Müsəlmanların sayı 27 faiz azaldı. Ermənilər Şərqi Anadoluda “çoxalmağın” bu Balkan üsulunu mənimsəyib sınaqdan çıxarmaq üçün ayrı-ayrı vilayətlərdə fəaliyyətə keçdilər. Balkanlarda baş tutan məsələ nə üçün Anadoluda gerçəkləşməsin? Məşhur tarixçi Jastin Makkarti özününü “Kim başlatdı?” adlı məqaləsində (“Erməni soyqırımı iddiaları”, Cedit nəşriyyat-Ankara, 2006, 264\26) yazır ki, “Birinci Dünya müharibəsi başlamazdan əvvəl erməni partizan dəstələri, quldur drujinaları təşkilatlanmağa və təlimlər keçməyə başlamışdı və bunlar “yaxşı silahlanmış və təlim görmüş üsyancı birliklər idi (yenə orada, səh 26). Onların sayı, görkəmli tarixçiyə görə 100 minə qədər idi. Silahların çox hissəsini Rusiya verirdi. Osmanlı görəvliləri öz raportlarında təkcə Sivas vilayətində 30 min erməni partizanı olduğu barədə yuxarılara məlumat vermişdilər. Bu durum, erməni quldur dəstələrinin yaratdığı təhlükə həm Osmanlı İmperatorluğunun varlığını, həm də Anadoluda yaşayan müsəlman əhalini çox ciddi şəkildə təhdid edirdi. Erməni tədqiqatçısı və filosofu S.Q.Pirumov (Pirumyan)1934-cü ildə Tiflisdə Şərqşünaslıq Elmi Assosiasiyası tərəfindən çap etdirdiyi “Daşnaklar xaricdə” adlı kitabında etiraf edir ki, müharibə ərəfəsində “erməni məsələsi”ni yenidən gündəmə gətirən məhz daşnaklar oldular. O zaman erməni milliyyətçiliyi başqalarına zülm etmək xarakteri daşımaqdaydı, erməni şovinist milliyyətçilinin təmsilçiləri olan daşnaklar erməniləri qonşu xalqalara qarşı “heyvani bir nifrətlə” zəhərləmişdilər, yanaşı yaşadıqları xalqlarla qaynayıb qarışmağa qoymamışdılar. Müəllif yazırdı ki, Birinci Dünya müharibəsi ərəfəsində imperialist dövlətlərin, xüsusən Rusiyanın köməyi ilə qurulan erməni könüllü drujinaları çox böyük bir səhv idi, bu səhv erməni xalqına çox baha başa gəldi. “Erməni xalqının üzləşdiyi faciənin günahkarları daşnaklardır”. Onlar “erməni məsələsi”ni yenidən gündəmə gətirməklə həm Şərqi Anadoluda , həm də Qafqazda fəlakətlərə, xalqların faciəsinə yol açdılar. Ortaya süni bir məsələ çixardılar. Bu erməni siyasi təşkilatlarının fəaliyyəti nəticəsində yeni çalarlarla ortaya çıxan “erməni məsələsi” idi.    Böyük Sovet Ensiklopediyasının 1926-cı il nəşrində “erməni məsləsi” nə belə bir tərif verilib: “Erməni məsələsi Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqqədəratın müstəqil təyin edilməsi uğrunda elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin”. («Большая Советская Энциклопедия». Том Третий. Акционерное общество «Советская энциклопедия. Москва-1926 год, стр.5) Ermənilər Türkiyə ərazisində bir erməni dövləti qurmaq üçün erməni əhalisi arasında mətbuat vasitəsilə və şifahi yolla, kilsənin vasitəçiliyi ilə “milli özünüdərkin oyanması”, yəni döyüşkən millətçilik təbliğatı aparırdılar. Bu təbliğat son nəticədə erməni terrorizminin meydana gəlməsinə rəvac verirdi. Bu terrorizm başqa analoji qavramlardan fərqli olaraq təşkilatlanmış terrorizm idi. Ermənilərə aid təşkilatlanmış terrorçu qurumların yaranması Daşnaksütyundan xeyli əvvəl olsa da ilk döyüşkən millətçi-terrorçu siyasi təşkilat məhz Daşnaksütyun-Erməni İnqilabi Federasiyası oldu. Hnçak Daçnaksütyundan xeyli əvvəl yaransa da, onun da məqsədi türkləri, kürdləri, ümumiyyətlə bütün müsəlmanları fiziki cəhətdən məhv etmək olsa da fəaliyyəti pərakəndə idi. Daşnaksütyun ona görə daha üstün terror təşkilatı idi ki, onun Proqramında və Nizamnaməsində əsas taktika və strategiya siyasi məqsədlərə çatmaq üçün nəinki terroru istisna etmirdi, hətta terroru əsas mübarizə üsulu hesab edirdi. Həm də Daşnaksütyun bu taktika və strategiyanı bütün dünyada həyata keçirməyi hədəfləyirdi. Daşnaksütyun partiyasının Nizamnaməsində göstərildiyi kimi, onun iki bürosu vardı: Şərq və Qərb büroları.  Bu bürolar həm siyasi-diplomatik, həm də hərbi-terrorçuluq fəaliyyəti aparırdılar. Yelizavetpol qubernatoru A.Kaçalov 1907-ci ilin avqustun 7-də öz məktubunda “Daşnaksütyun partiyasının qurduğu zinvorlar” (əsgərlər) ordusu barədə yazırdı: “Daşnaksütyunun Cənubi Qafqaz sərhədləri içərisindən, əsasən Türkiyədən fərarilik etmiş ermənilərdən və yerli başkəsənlərdən təşkil edilmiş, əllərindən adam öldürmək və zor tətbiq etməkdən başqa bir iş gəlməyən, amma partiya büdcəsindən (ən aşağı rütbəli zinvorlar illik 300 rubl alırlar) yüksək maaş alan yüz min nəfərlik zinvorlar ordusu vardır”. Bir terror təşkilatı olaraq Daşnaksütyun daşnakçı qrupunu quraraq sonralar onu “Erməni İnqilablı ordusu” adlandırmışdı. Göründüyü kimi, hələ uydurma “erməni soyqırımı” na, yəni 1915-ci ilə  çox  vardı, amma daşnaklar törətdikləri qanlı əməllərə haqq qazandırmaq üçün onu gündəmə gətirirdilər, öz təşkilatlarından birinə belə bir ad da vermişdilər: “Erməni soyqırımı ədalət komandaları”  Bu təşkilat digər terrorçu qruplardan fərqli olaraq hədəf kimi yalnız türkləri seçmişdi. Daşnak marksist yönümlü Hnçakdan fərqli olaraq onlar kommunistlərsiz bir Ermənistan qurmaq istəyirdilər. Buna görə də hələ 1914-cü ilin payızından başlayaraq Osmanlıya qarşı gələcək müharibəyə girəcək ölkələrin yanında yer almaq qərarını vermişdilər və könüllülər drujinası təşkil etməyə başlamışdılar. Özü də bunu çox böyük hay-küy və enerji ilə edir, həmin dövlətlərin diqqətini cəlb etmək üçün ölkə içində təxribat, terror, ixtişaş və nümayişlərin sayını çoxaldırdılar. Halbuki partiya özünün Ərzurum  (oktyabr 1914) qurultayında Türkiyəyə qarşı qanundankənar hərəkətlərə yol verməyəcəyini açıqlamışdı. Bu daşnakların taktikası idi. Bundan bir neçə il əvvəl Gənc Türklərlə saziş bağlayan partiyanın gerçəkləşdirəcəyi çevriliş (1908) baş tutmayınca onlar üzlərini Rusiyaya tutmağa “məcbur olmuşdular (Qurko-Kryajin “Erməni məsələsi” Bakı, “Kommunist” nəşriyyatı, 1990, 35\13) Rusiyaya bu dönəmdə çoxlu erməni milliyətçiləri köç etmişdi. “Rusiya və Türkiyə arasında məskən salmış ermənilər” çox böyük siyasi əhəmiyyət kəsb edirdi. Rus diplomatları erməni burjuaziyası ilə saziş bağlamağa nail olmuşdular ki, Şərqi Anadolu vilayətlərində islahatlar keçirilməsi tələblərini irəli sürəcəklər və bunu artıq irəli sürmüşdülər.  Gənc Türklər 1914-cü ildə islahatlar barədə saziş imzalamağa məcbur olmuşdu. Bu, erməniləri daha aqressiv hərəkətlərə, siyasi-hərbi gedişlər etməyə sövq etdi, müharibə başlanarkən isə onlar açıq şəkildə Rusiyanın tərəfinə keçdilər. (yenə orada) Ermənilər fikirləşirdilər ki, müharibə Osmanlı İmperiyasına son qoyacaq və onlar “Böyük Ermənistan” ideyasını həyata keçirəcəklər.  Milliyyətçilərin “Hayrenik” qəzeti yazırdı ki, “biz onu hesablamamışdıq ki, müharibə gedə-gedə o şəraiti yaradacaq ki, türklər vaxt tapıb “erməniləri Şərqi Anadoludan köçürəcəklər”. (“Hayrenik” 10 iyul 1915) Demək, ermənilərin Şərqi Anadoludan köçürülməsi də daşnakların planına uyğun olmuşdur, onlar bu hadisədən sonra Rusiyadan Qafqazda erməni dövlətini yaratmağı tələb edə biləcəkdilər. Dövrün erməni mətbuatı Osmanlı dövlətinin köç və yerdəyişmə qanununu ermənilərin arxasında vurulan zərbə hesab etsə də bu hadisənin Cənubi Qafqazda bir erməni dövləti yaranmasına şərait yaranacağına ümid edirdilər.Erməni mətbuatında bu xarakterli yazılar həmin dövrdə çoxluq təşkil edirdi. Elə  yazılara da rast gəlinir  ki, onları analizini apararkən o nəticəyə gəlmək olur ki, bu hadisə onların ürəyindən olmuşdur.(“Hnçak” qəzeti, 1915-ci il, 18 avqust N1\12) Daşnak liderlərinin biri olan V.Papazyanın da fikirləri dediklərimizi təsdiq edir.O, qeyd edirdi ki, 1915-ci ilin ikinci yarısı və bütünlüklə 1916-cı il erməni xalqının matəm ayları sayılmalıdır, “biz hansı siyasi iş və təbliğatı aparmağı bilmirdik. Artıq gerçəkləşdirmək istədiyimiz Ermənistan xəyallarda qalmışdı. Biz indi erməni xalqını məhv olmaqdan xilas etmək barədə fikirləşməliyik. Bu(yəni erməni köçü) çox yaxşı oldu. Dövlətimizi Qafqazda yaratmaq şansı verdi” Bir başqa daşnakçı lider Camalyan bu hadisələrdə,  ermənilərin Şərqi Anadoludan köçə məruz qalmasında  Rusiyanı günahlandırırdı: “Onlar bizi aldadıb heç nə vermədilər”( Pirumyan S.G. “Diasporadakı daşnaklar”, İstanbul, Kaynak yayınları, 2007-c- il,176 s. 69).   O deyir ki, ruslar ona görə bu köçə göz yumdular ki, işğal etdikləri bu ərazilərə  kazakları köçürsünlər. Hətta Knyaz Lobanov Rostovskinin belə bir layihəsi də mövcud idi. “Ermənilərsiz Ermənistan”. Başqa bir erməni yazarı hadisələrin bu şəkildə cərəyan etməsini böyük dövlətlərin güddükləri məqsəddə və bölgədəki maraqların toqquşmasında görürdü: Rusiyanın Daşnaksütyunla 6 erməni vilayətini əhatə edən dövlətin yaradılması barədə razılaşması Fransanı narazı salırdı. Onun Kilikiya ilə bağlı planları vardı, Rusiya isə şərt qoyurdu ki, Kilikiya də bu 6 vilayətə birləşdirilməlidir ki, o Aralıq dənizinə çıxış əldə etsin Fransa bunu istəmirdi, digər müttəfiqi olan İngiltərəni də Rusiyanın bölgədə güclənməsinə qarşı çıxmağa sövq edirdi, cəbhədə gah rusların, gah da türklərin üstünlük qazanması da göstərirdiki,Rusiya bu  ərazilərdə müstəqil bir erməni dövləti deyil, Rusiyaya aid bir neçə quberniya  istəyirdi. Ermənilər isə həmişə olduğu kimi onların siyasi maraqlarının aləti olmalydılar. Rusiya bu bölgələri əlidə saxlaya bilsəydi və buraya planda olduğu kimi kazakları köçürə bilsəydi ermənilər üçün heç nə verməyəcəkdı . bunu erməni liderlər görürdülər, amma Rusiyadan nəsə qoparmaq üçün siyasi manevrlər edirdilər. Vəziyyət Türklərin xeyrinə dəyişincə onlar Cənubi Qafqazda Erməni dövləti qurmaq ideysını reallaşdırmaq üçün fəaliyyətlərini genişləndirdilər. Həm müharibədə, həm də siyasi arenada hələ “sular durulmamışdı”. Rusların Körpüköy ətrafından geri çəkilmələri türk ordusunu ruhlandırdı. Türk ordusunun komandanı, hərbi nazir Ənvər paşa rusları Qars və Sarıqamış ətrafında darmadağın etmək istəyirdi. Sarıqamışda mühasirəyə düşən 100 minlik türk əsgərinin 90 mininin soyuqdan donması Osmanlı ordusunun belini qırdı. Sarımqamışdakı uğursuzluqdan sonra türklər özlərinə gələ bilmədilər. Bundan sonra həmişə hərbi uğurlar Rusiyanın tərəfində oldu. Cəbhədəki bu vəziyyət erməni siyasi təşkilatlarını, quldur dəstələrini yenidən fəallaşdırdı. Onlar rusların qələbəsindən sonra bölgədə yenə “Ermənistan dövləti” yaratmağı planlaşdırırdılar. Daşnakların rəsmi mətbu orqanı olan “droşak” (“Bayraq”) o zaman yazırdı:”Madam mən ölməyə, ya da azad olmağa qərar verdim, o halda sən də ya yaşamaqdan əl çək, ya da müstəqil ol” (“Droşak”, 1917, may) S.Q.Pirumyan bu çağırışların “gələcək siyasi cinayətlərə” yol açdığını acıyaraq qeyd edir, ermənilərin yeni taktikasının fəlsəfəsi üzərində dayanaraq onun zərərlərini çatdırırdı. Tarixi sənədlərin hamısı ermənilərin xəyanət yolu tutduğunu sübut edir.1914-cü ildə Birinci Dünya müharibəsi başlamazdan öncə ermənilərin siyasi təşkilatları, komitə və cəmiyyətləri, dini qurumları dərhal bir araya gəldilər. Osmanlı dövlətinin bu müharibədə durumuna uyğun olaraq aparacaqları siyasəti müəyyənləşdirmək üçün bir neçə ölkədə açıq və gizli toplantılar keçirdilər. Bu toplantılardan biri İstanbul Qalatadakı Erməni Böyük Mərkəzi Məktəbində olmuşdu. Istanbul Katolik Kilsəsinin rəhbərlik etdiyi bu yığıncağa Daşnaksütyun və Hnçak da daxil olmaqla nüfuzlu erməni siyasi təşkilatları da dəvət edilmişdi. Daşnak və Hnçak nümayəndələrinin də daxil olduğu Birləşmiş Milli Erməni Konqresi belə bir qərar qəbul etdi ki, müharibə dövründə ermənilər “Osmanlı hökumətinə sadiq qalmalı, xarici xidmətlərini yerinə yetirməli, xarici təsirlərə uymamalıdırlar” (Mim Kamal Öke “Uluslararası boyutlarıyla Anadolu-Kafkasya eksenində Erməni sorunu-1914-1923, İz yayıncılıq -1996, 390 s.) 1914-cü ilin iyununda isə Ərzurumda bütün Şərqi Anadolu vilayətlərindən dünyanın müxtəlif yerlərindən gələn nümayəndələrin iştirakı ilə Səkkizinci Daşnaksütyun Konqresi toplandı. Bir neçə il əvvəl “İttihat və Tərəqqi” ilə anlaşaraq erməni milləti üçün müəyyən vədlər alan Daşnaksütyun bu Konqresdə “İttihad və Tərəqqi”ni hədəf seçdi və açıq-açığına bildirildi ki, erməni xalqı bu müharibədə öz ölkəsini deyil, Osmanlının rəqibini dəstəkləyəcək. Osmanlının Şərqdə Rusiya ilə müharibə etməsi erməni təşkilatlarını ürəkləndirmiş və onların həmin dövrdə çıxan mətbuat orqanlarında (“Droşak”, 24 iyun 1914) Rusiyaya açıq simpatiya var idi. Daşnakların mətbuat orqanlarında partiyanın o zaman belə bir təlimatı dərc olunmuşdu. “Rus ordusu sərhədləri keçmişdir, Osmanlı əsgəri geri çəkiləcək. Əlimizdəki vəsaitlərlə qiyam etməliyik. Osmanlı ordusu iki atəş arasında qalacaq”. Həmin təlimata uyğun da erməni drujinaları, hərbi çete dəstələri hazırlanmağa başladı. Rusiyanın özündə ermənilər daha fəal iş aparmağa başladılar. Ölkənin hər tərəfindən erməni könüllüləri rus ordusuna, intiqam alaylarına, erməni hərbi drujinalarına yazılırdılar. Tiflisdə erməni əsilli bələdiyyə başqanı A. Xatisovun rəhbərliyi ilə Erməni Regional Bürosu fəaliyyət göstərirdi. Zaqafqaziya general qubernatoru Vorontsov-Daşkov erməni könüllülərinin hərbi hazırlığına şəxsən özü nəzarət edirdi. Bəhs etdiyimiz təlimata uyğun olaraq erməniləri hərəkətə keçirmək üçün Rusiya ermənilərindən ibarət xeyli miqdarda komitəçisinin Şərqi Anadoluya göndərildiyi barədə o dövrdə çıxan mətbuat orqanlarında yazılar getmişdir. “Droşak” qəzeti yazırdı ki, vaxtilə Sibirə sürgün edilmiş daşnak komitəçilərindən təxminən 180 nəfəri dərhal azad edilərək Türkiyəyə göndərildi. Onlara konkret tapşırıqlar verilmişdi.Osmanlı Baş Komandanlığının 3-cü Ordu Komandanlığına 25-26 sentyabr tarixli məlumatında “Qafqazda Hnçak və Daşnak komitə nümayəndələrinin Osmanlı ermənilərini üsyana sövq etmək üçün Rusiya ilə anlaşdıqlarını” bildirirdi(9). Tiflisdə komitəçilərin rəhbərliyi ilə erməni könüllüləri toplanaraq rus ordusunun tərkibinə daxil edilirdilər. Rusların Bakanlardakı ordularının içərisində erməni hərbi bilikləri vardı. Bolqar ordusu tərkibindəki bu birliklərdən birinə Andranik Ozanyan başçılıq edirdi. Andranikin rəhbərlik etdiyi birliklərdən biri Şimali İranda da rus orduları ilə birləşməyə müvəffəq olmuşdu. Qafqaz cəbhəsində digər erməni hərbi birliyi isə Osmanlı sərhədlərini keçmişdi. Armen Karo adlı keçmiş Osmanlı təbəəsinin kömək elədiyi general Dronun başçılıq elədiyi ikinci alayı İğdıra girməyə hazırlaşırdı. Bu ordu Vanı işğal edəcək hərbi qüvvələrin bel sütunu sayılırdı. Hamazasp ve Kerrinin (“Dayı” deməkdir) başçılığı ilə üçüncü və dördüncü alaylar Qərb istiqamətində hərəkət edərək Qarsı işğal edəcəkdilər. Arxa cəbhədə ermənilərin yaşadığı Şərqi Anadolu kənd və şəhərlərində vəziyyət daha ağır idi. Bu bölgədə konsulluq fəaliyyəti göstərən ingilis, fransız və italyan konsulluqları daxildəki erməni təxribatçılarının xarici əlaqələrinə yardım edirdilər. Emniyyət Baş Müdirliyinin Baş Komandanlığa 31 yanvar 1915-ci ildə yazdığı 2086 saylı yazıda “İstanbul Erməni Katolikosluğunun İtaliya səfirliyinin vasitəsilə Eçmiadzin Kilsəsinə casusluq” etdiyini bildirirdi. Ermənilər türk ordusuna arxadan zərbə vurmaqda idilər.  Osmanlı dövləti bilmirdi müharibə işləri ilə, yoxsa “erməni məsələsi” ilə məşğul olsun. Bu hal mətbuatı məşğul edən məsələlərdən birinə çevrilmişdi. Osmanlı rəsmi mətbu orqanlarında  ingilis, fransız, italyan diplomatlarının casusluqla məşğul olduqları qənaəti hasil olur. Müharibəyə qədərki dövrdə ermənilər Şərqi Anadoluda əməlli-başlı silahlanmışdılar. Rusiyadan İran üzərindən bu bölgələrə silah-sürsat daşınmışdı. Hətta terrorçu erməni qrupları bir neçə dəfə, ayrı –ayrı bölgələrdə silahlı üsyanlar təşkil etmişdilər. 1903-cü ilin sonlarında Andranikin rəhbərliyi ilə Siirt vilayətinin Sasun bölgəsində nəzarəti də ələ keçirmişdilər. Osmanlı hökuməti 1904-cü ilin aprelində terrorçuları məhv etmək üçün hərbi hissələrdən istifadə etmişdi. Ermənilər ayrı-ayrı dəstələrə bölünərək müqavimət göstərmişdilər. Hadisələr böyüyüb qiyama çevrilmişdi. Daşnak partiyasının üzvlərindən olan V.Kudulyan “Andranikin müharibəsi” kitabında yazırdı: “…Sasunda  baş tutan toqquşma Muşdan başlamış bütün Van vilayətinə yayıldı. Xarici ölkələrin konsulları Andranikə təklif etdilər ki, bu rayonu tərk etsin. Qafqazda və İranda güclü şəbəkə qurmuş daşnaklar bizə hər cür kömək edirdilər, onlar bizi silah və hərbi sürsatla təmin edirdilər. Səhra komandirləri özlərinə rəhbər Andraniki seçmişdilər. Biz minə qədər düşməni məhv etmişdik.” Andranik həmin vaxtlar duruş gətirə bilməyib Qafqaza qaçmışdı, özü ilə həmin quldur dəstələrini də gətirmişdi. Birinci Dünya müharibəsi başlayan kimi Osmanlı dövlətinə qarşı rusların tərəfində vuruşmağa başladı və minlərlə dinc sakini vəhşicəsinə qətl etməyə başladı.1914-cü ilin sonlarına doğru artıq ermənilər hər ehtimala qarşı İngiltərəyə də “qarmaq atırdılar”. 12 noyabr 1914-cü ildə ermənilər Qahirədəki ingilis yetgililərinə belə bir təklif vermişdilər: “Klikiya erməniləri Mersin, İsgəndərun və ya Adanaya atılacaq hərbi desantlara hər cür yardım etməyi öz üzərlərinə götürür. Biz könüllü olaraq ingilislərə dağ şəraitində də kömək edəcəyik”. Bunları nəzərə alan rus səfiri 24 fevral 1915-ci ildə öz ölkəsinin rəhbərliyindən “ermənilərin türklərə qarşı istifadə edəcəkləri silahların İsgəndəruna, fransız və ingilislərə verilməsini və Fransa və İngiltərənin ermənilərlə birgə hərəkət etməsini məqsədəuyğun hesab edirdi, üstəlik bu ölkələrdən ermənilərə yardımda bulunmağı da rica edirdi”. Bu dövlətlər də bilirdilər ki, ermənilər türklərə qarşı müharibədə onlara yardım edəcək ən yaxşı vasitədir..

Ermənistan dövləti bu gün də terroru açıq şəkildə dəstəkləyən ölkədir.  Vaxtilə Bakıda 15 min  türkün qanını tökmüş Bakı Komunasının rəhbəri Stepan Şaumyan 1918-ci ilin iyulunda Cəllad Andranikə teleqram vuraraq onun vəhşiliklərinə haqq qazandırmışdı. O demişdi. “Öz tərəfimdən sizin simanızda əsl xalq qəhrəmanını alqışlayıram…  Sizə lazımi kömək göstərmək imkanım olsaydı, şad olardım. Bəlkə siz əlaqə üçün yollar arayasınız” Ermənilər bu terrorçunun Parisdə olan qəbrini İrəvana köçürərək onu xalq qəhrəmanı elan etmişlər . Biz bu gün terrorçunu qəhrəman hesab eləyən bir millətlə üz-üzəyik. Fevralın 26-sı Xocalı soyqırımını Andranikin ad gününə hədiyyə ediblər . Erməniləır bu fikri çox qabartmasalar da bu nun məhz belə olması faktdır Digər bir terrorçu-Monte Melkonyanın da məhz 26 fevralda Xocalı şəhərini yerlə yeksan etmək planı da göstərir ki, bu faciə təsadüfən törədilməmişdir.

Andranik və digər terrorçular Ermənistanda bir qəbristanlıqda (Yerablur) dəfn olunub, Terrorçunu qəhrəman hesab eləyən millətlər dünyada  çox az tapılar.

İrəvanda Yerablur qəbristanlığı bir yana,  bir neçə terrorçonun dəfn olnduğu başqa bir məkan da var. 22 aprel 2000-ci ildə İrəvanda daha bir abidə açıblar. Həmin abidə 540 kv.m.-lık sahəni əhatə edir, orada 38 terroristin məzarı var. Abidənin üzərində zəng şəkli və “Böyük Ermənistan”ın təsviri var. Zəng daim çalır, “erməni soyqırımı” qəbul edilməyənə qədər bu zəng susmayacaq. Vanadzorda ( Kirovakan) bir muzey-düşərgə  var . ASALAya  həsr edilib. Ona Qarabağ müharibəsində terrorçu kimi ad çıxaran “Zoravar Andranik” könüllü terror dəstəsinin başçısı Gevorq Gözəlyan rəhbərlik edir. Burada PKK terrorçuları da təlim keçirlər. Digər bir hərbi təlim düşərgəsinə isə terrorçu Monte Melkonyanın adı verilib. Bu həmin Melkonyandır ki,  bizim ordu onu öldürərkən başını kəsərək ermənilərə təhvil vermişdi. Andranikdən betər qaniçən olub. Hava limanına bomba qoyan (Orli –Fransa) da Melkonyan olub. Türk diplomatları M. Baydar və B. Dəmirlini öldürən 78 yaşlı Yanikyana da abidə ucaldılıb.         

İrəvanın Yerablur qəbristanlığında  yalnız leşi dəfn olunmuş beynəlxalq terrorçu Monte Melkonyanın 50 illiyini ermənilər dövlət səviyyəsində qeyd etdilər. Yerablura gəlib bu beynəlxalq terroristin qəbrini ziyarət edənlər  həm də digər bir qaniçənin  – Andranikin məzarına baş çəkiblər. 1999-da Ermənistan rəhbərliyi Andranikin sümüklərini Parisin Per-Laşez qəbristanlığından gətirib burada dəfn ediblər. Ermənilər neçə qat günaha batdıqlarının fərqinə varmadan buranı terrorçular qəbristanlığına çeviriblər. Bu qəbristanlıqda türk qanına susamış  erməni dəfn olunub,sayı –hesabı yoxdur . Türk öldürdüyünə görə hər bir erməni bu ölkədə qəhrəman hesab edilir. Terrorçunu qəhrəman hesab eləyən millətə  görəsən nə ad vermək olar? Və yaxud dünyada ermənilərdən başqa belə bir millət varmı  ki, qan tökdüyünə , adam öldürdüyünə, başqa birisinə zülm elədiyinə görə xüsusi sevgi ilə əhatə olunsun? Yoxdur belə bir millət !  Azərbaycanda , Türkiyədə insanlığa  sığmayan vəhşiliklər törətmiş qaniçən  Dro , Njde və onlarca qaniçən cəllad Ermənistanda qəhrəmandırlar, Hamazasp, S.Şaumyan və başqa insan qəssabları erməni üçün, ermənilik üçün milli igidlik, qəhrəmanlıq simvollarıdır, hələ mən qulağıkəsik Andranik Ozanyanı demirəm…

Melkonyanın özü kim idi ? ABŞ-da anadan olub, sonra İran və Livanda erməni məktəblərində oxuyub, geniş terrorçuluq fəaliyyətinə ASALA-nın tərkibində başlayıb. Çox qanlar töküb. Fransada türk səfirliyinə basqın edərək səfirlik əməkdaşlarını qətlə yetirməsi çox güman ki, onun “ilk işi” olmayıb. Varujan Karapetyan da onun kimi. Təkcə Parisin Orli aereportunda törətdiyi partlayış zamanı 8 nəfərin həyatına son qoyulub. Ermənilər bu terroristin həbsdən vaxtından qabaq azad olunmasına nail olublar. Sonra bu erməni fəaliyyətini Azərbaycanda davam elətdirib. 1989-cu ildə Dağlıq  Qarabağa gəlib,başına yığdığı quldur dəstəsi ilə kəndlərimizə , şəhərlərimizə hücuma keçib,vəhşiliklər törədib, dinc əhaliyə divan tutub. Qarabağda gedən açıq döyüşlərin birində isə bu terrorçu öldürülüb. Onun başı bədənindən ayrılıb .Andranikin qulağını kəsmişdik, bunun başını kəsdik ki, ermənilərə , Melkonyan kimi türk qanına susamışlara dərs olsun. Gərək leşini də verməyəydik, qurd-quşa yem eləyəydik.

Ermənilər bu quldura  da milli qəhrəman adı veriblər.  Və terrorçuluğu heç də gizlədilməyən, adı dünyanın ən qatı terrorçularının siyahısında olan bu nakəsin yubileyi qeyd olunur . Görəsən Yerablur məzarlığına başsız dəfn olunan terrorçu üçün yas tutanlar bilirlərmi ki, bir gün gələcək onların da başı bir yanda, leşi bir yanda olacaq.  Eynən Melkonyanınkı kimi.  Dediklərim Qarabağda cinayətlər törətdiyindən həzz alan k

“Məgər Siz ermənilərlə bağlı nəsə düşünürsünüzmü?   Əlbəttə nə qəribə məxluqdur deyirsiniz?  Görüntüdür,  erməni sən təssəvvür etdiyin  o erməni deyil, bəs kimdir o? Xarakteri necədir?  Faydasız cəhdlər etmə. Mahiyyətinə  baş vuracaqsınız. Amma tapa bilməyəcəksiniz, bir narahat  görünüm! Şəklini  çəkmək çətindir.Onun yaşam tərzinə bələdsənmi? Evini  gördünmü?

Ermənilər bu quldura  da milli qəhrəman adı veriblər.  Və terrorçuluğu heç də gizlədilməyən, adı dünyanın ən qatı terrorçularının siyahısında olan bu nakəsin yubileyi qeyd olunur . Görəsən Yerablur məzarlığına başsız dəfn olunan terrorçu üçün yas tutanlar bilirlərmi ki, bir gün gələcək onların da başı bir yanda, leşi bir yanda olacaq.  Eynən Melkonyanınkı kimi.  Dediklərim Qarabağda cinayətlər törətdiyindən həzz alan koçaryanlara, sarkisyanlara, ohanyanlara … aiddir. Qoy onlar hələlik qulqğıkəsikləri, başıkəsikləri ilə fəxr eləməklərində qalsınlar… Terrorçunu qəhrəman hesab eləyən millətə hərdən adamın yazığı gəlir.

Bütün bu söylədiklərimiz “ikili standart”lardan xəbər verən qənaətlərdir.  Bu qənaətlərə isə o zaman gəlmişik ki, erməni terror və vəhşiliyini görən Qərb buna yetərincə təpki göstərməmişdir. Erməniləri himayə siyasəti bu gün də davam edir, bu əslində elə terrora dəstək siyasətidir. Erməni şovinizmi  həm də artıq bir dövlət siyasətidir. Bu siayət iflas etsə  ermənilərin Azərbaycan torpaqlarında qurduqları dövləti də dağıla bilər. Erməni dövləti bütün siasətini şovinizm üzərində qurduğundan ondan imtina edəcəyi zəif ehtimaldır.

KarabakhİNFO.com

01.01.2013 13:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*