Azərbaycanca

Erməni terroruna və kilsəsinə qarşı çıxan rahib Stefan Yarbuezelyan

29.11.2014 | 13:46

10822049_678711232242363_38003141_oErmənilərin bu günə qədər uydurma iddialarının həyata keçirilməsi üçün qarşılarında duran hər bir kəsə qarşı terror həyata keçirməsi barədə məlumatları təkcə xarici müəlliflər deyil, erməni müəllifləri və onların terrorunun qurbanı olan ermənilərin özləri də etiraf edirlər. Belə şəxslərdən biri də Osmanlı dövləti zamanı erməni kilsəsinin keşişi Stefan Yarbuezelyandır.

Məlumdur ki, erməni terrorizminin inkişafında erməni qriqoryan və ortodoks kilsəsinin xidmətləri böyükdür. Kilsənin terror dəstəkləməsini görən Stefan Yarbuezelyan daima onlara qarşı çıxmış, Osmanlı dövlətinə sadiq qalmağı və ermənilərə yaradılan şəraitdən razılıq etdiyinə görə ömrünün sonuna qədər daşnakların təqibinə məruz qalmışdır. O zamanlar Osmanlı dövlətinin tərkibində olan Antakya qəzasının Süveydiye nahiyəsinə bağlı Yoğunoluk kəndində kilsənin keşişi olan Stefan Yarbuezelyan ərazidə yaşayan erməniləri daşnaklardan qorumaq üçün 6 il fəaliyyət göstərmiş, yerli erməniləri terrordan uzaq tutmağa çalışmışdır. Lakin erməni kilsəsinin rəhbərlərinin onu təqib etməsinə gücü çatmayan Stefan Yarbuezelyan Amerika Birləşmiş Ştatlarına köçür. Onun həyatına burada bir neçə dəfə sui-qəsd törədilir, ermənilər onu yaşadığı məhlədən qovurlar, 14 yaşlı qızını əlindən alırlar. Nyu yorkda qaldığı müddətdə 50-dən çox erməninin hücumuna məruz qalır, Kiprdən Lord adlı Hnçak üzvü onu öldürmək üçün Amerikaya gəlir və Antepli Kazancıyan adlı bir rahiblə birgə onun qaldığı evə hücum edirlər. Amerikada kilsələrdə onun haqqında hər gün lənətlər oxunur və təhqiredici sözlər işlədilirdi. Daha sonra Hnçakdan külli miqdarda pul alan yerli hüquq mühafizə qurumları onu həbs edirlər. 15 il həbsxanada olan müddətdə ona müxtəlif təzyiqlər olmasına baxmayaraq erməni terrorunu və daşnak prinsiplərini qəbul etməyən Stefan Yarbuezelyan 15 mart 1900-cu ildə Kentukki həbsxanasından Osmanlı dövlətinə məktub yazır və orda ermənilərin iç üzlərini açıb göstərir. Bu məktub hazırda Türkiyədə Baş nazirliyin nəzdində Osmanlı arxivində Y.MTV kod adlı 213 saylı sənəd adı altında saxlanılır.

 

 

Məktubda maraqlı məqamlardan biri Hnçak təşkilatı haqqındadır. Qeyd edək ki, Sosial Demokrat Hnçak partiyası ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda üsyanlar, kütləvi iğtişaşlar və terror yolu ilə Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. Keşiş Yarbuezelyan məktubunda Ağaser adlı ermənini quldur adlandırır və qeyd edir ki, o, bir neçə tüfənglı yoldaşı ilə erməni kəndlərinə gəlib onları Osmanlı dövlətinə üsyan etməyə çağrır və türkləri öldürməyi təbliğ edirlər. Yarbuezelyan bunun qarşısının alınması üçün onun rahib olduğu kilsəyə gələn ətraf 5 erməni kəndlərində təbliğat apararaq Hnçaka inanmağa onları çağırdığını məktubunda yazır.

 

 

Məktubunda Stefan Yarbuezelyan həyatını qorumaq üçün Kiprə getdiyi zaman erməni terrorunun burda da onu izlədiyini yazır və qeyd edir ki, Afinada bir erməni qəzeti onu islamı qəbul edərək Osmanlı agenti olmaqda ermənilərin düşməni olan türk podpolkovnik Əli bəy Şahinlə yoldaşlıq etməkdə və 40 erməninin asılmasında ittiham edirlər. Məktubunda xаsiyyətinə görə Hnçak ermənilərini ikiüzlü və riyаkаr adlandıran rahib Yarbuezelyan onu terrorçu ermənilərdən qurtarmağı Osmanlı sultanından xahiş edir.

 

Sonda qeyd edək ki, arxivlərdə erməni zülmləri haqqında çox sənədlər mövcuddur və zamanla biz onları Sizə təqdim edəcəyik.

 

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

 

29.11.2014 13:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*