Azərbaycanca

Erməni terrorizmi okeanın o tayında

09.04.2013 | 13:16

1372068214_21Ən maraqlı cəhət odur ki, ermənilərin terror əməllərini araşdırdıqda, qatillərin əksəriyyətinin erməni “ziyalıları”ndan təşkil olunduğu üzə çıxır.

 

     Dünyanın çox yerində olduğu kimi okeanın o tayında da erməni terrorizmi özünün böyük şəbəkəsinə malikdir. Erməni diaspor və lobbi təşkilatlarının bilavasitə və yaxud birbaşa dəstəyi ilə fəaliyyət göstərən terror qrupları müxtəlif vaxtlarda “düşmən” elan etdiyi Türkiyənin vətəndaşlarına qarşı amansız sui-qəsdlər törətmiş, partlayışlar və hücumlar təşkil etmişdir. Bir çoxları erməni terrorunun “marşrut” xəritəsinin Avropa olduğunu düşünsə də hadisələr onu deməyə əsas verir ki, sən demə erməni terrorunun əsas zərbə qüvvəsi okeanın o tayında hazırlanmaqla istər orada, istərsə də digər ölkələrdə fəaliyyət göstərir. Təkcə XX – əsrin son onilliklərini götürsək ermənilərin ABŞ-da kifayət qədər terror və digər quldur əməllərinin xronologiyasına rast gələrik.

    Bu gün dünyanın super dövləti hesab edilən və okeanın o tayında yerləşən ABŞ və Türkiyənin yaxın strateji müttəfiqliyi hər kəsə bəllidir. Hətta müttəfiqlik o səviyyədədir ki, bu iki dövlət müştərək şəkildə hərbi əməliyyətlarda belə iştirak edir və bir sıra ümumi maraqlarını birgə müdafiə edirlər. Lakin tarixə qısa nəzər salsaq görərik ki, birinci dünya müharibəsində və ondan sonra təqribən 5 il müddətinə qədər bu dövlətlərin münasibətləri nəinki mövcud deyildi hətta olduqca mənfi idi. Doğrudur bu iki dövlət arasında heç bir hərbi əməliyyat baş verməsə də bir-birinə düşmən bloklarda olmaları münasibətləri sıfıra endirmişdi. Yalnız 1923-cü ildə Lozanna müqaviləsindən sonra ABŞ-la Türkiyə arasında bir sıra sahələrdə dostluq və əməkdaşlıq razılaşması imzalandı və bu Amerikan-Türk əməkdaşlığının yeni mərhələsinə qədəm qoydu. Lakin elə həmin dövrdə ABŞ-da erməni lobbisinin və cinayətkar qruplaşmanın təhriki və dəstəyi ilə anti-Türkiyə şüarları səsləndirilir və “Lozanna əməkdaşlığına yox” sloqanı ilə kampaniya aparılır. Hətta Türkiyə Respublikasının ABŞ-da ilk səfiri təyin olunan Əhməd Muxtar bəy diplomat fəaliyyətinin ilk günlərindəcə erməni quldurlarının təhdidi və lobbinin təzyiqi ilə üzləşir. “Ermənistanın azadlığı uğrunda Amerikan Komitəsi” və (American Commitee for the İndependence of Armenia) “Lozanna müqaviləsinə qarşı Amerikan Komitəsi” (The American Commitee Oppsed to the Lausanne Treatry) adlı qurumlar Türkiyəni düşmən dövlət elan etməklə, türk vətəndaşlarının həyatına da təhlükəli vəziyyət yaradırdılar. Qaragüruhun başında duranlar ermənilərə satılmış amerikalı siyasətçilər James W. Gerard, Henry Morgenthau və erməni Vahan Kardaşyan və digərləri idilər. Amerikada vəhşi bir türk imici formalaşdırmağı hədəf götürən erməni lobbisinin ilham vericiləri sayılan erməni ideoloqları və terror aktlarını dəstəkləyənlər istəklərinə çatmasalar da terror əməllərini davam etdirdilər. Vaxtilə türklərə qarşı “Nemezis” adlı terror missiyasının əsas təşkilatçılarından və rəhbərlərindən olan erməni yazıçısı Şaan Natali  özünün “Türklər və biz”, “Ankaradan Bakıyacan türkçülük”, “Necə” və “Niyə” Aleksondropol müqaviləsi” əsərlərində erməniləri türklərə qarşı nifrət ruhunda “tərbiyə” edir və onların quldur əməllərinə haqq qazandırırdı. 1983–cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində ölən Ş.Natali ABŞ-da erməni məsələsini qabardan əsas qaynaqlardan biri olur. Ş. Natalidən başqa erməni terror və mafia qruplaşmalarına hələ 1905-ci ildə Bakı qubernatoru Nakaşidzeyə qarşı sui-qəsd edən və onu qətlə yetirən Ermənistanın dövlət və hərbi xadimi, general Dro kimi tanınan Drastamat Kanayanda rəhbərlik edir. O, ABŞ-da “erməni məsələsi”ni gündəmə gətirən, erməniləri türklərə qarşı terror hərəkətlərinə sövq edən aparıcı şəxlərdən biri sayılırdı. Bundan əlavə “Daşnaksütyun”un əsas simalarından olan, “Nemezis”intəşkilatçısı və iştirakçısı olan Armen Qaronun ABŞ-da erməni terror mafiyasının yaranmasında böyük rolu olmuşdur. Armen Qaro Ermənistanın daşnak hökumətinin ABŞ-dakı ilk səfiri olmuşdur. Ümumiyyətlə ABŞ-dakı erməni lobbisinin himayəsi ilə terrorçular bu ölkəyə gəlmiş və çoxları burada həyatlarını başa vurmuşlar. ABŞ hökumətinin müəyyən dövrlərdə erməni lobbisinin təsirlərinə məruz qalması ictimaiyyətin bu insanların terrorçu xislətlərindən xəbərsiz qalması ilə nəticələnmişdir. Belələrindən biri də vaxtılə Osmanlı dövlətinin sədr-əzəmi olmuş Tələt paşanıqətlə yetirən terrorçu Soqomon Teyleryandır. O ömrünün sonuna kimi ABŞ-da yaşamış və erməni quldur birləşmələrinin formalaşdırılmasında fəallıq göstərmişdir.  Ölümündən sonra Kaliforniyada bu cinayətkarın dəbdəbəli qəbri ucaldılmış və Amerika erməni milli komitəsinin əsas toplantı məkanlarından birinə çevrilmişdir.

    Ən maraqlı cəhət odur ki, ermənilərin terror əməllərini araşdırdıqda, qatillərin əksəriyyətinin erməni “ziyalıları”ndan təşkil olunduğu üzə çıxır. Erməni xalqını məzlum, zavallı, əzilən bir xalq kimi qələmə verən bu “ziyalı” adlandırılan başbilənlər daim qarşıdurma yaratmağa cəhd göstərir və bu işdə onların tapşırıqlarını icra edəcək münasib ermənini tapmayanda özləri qatillik missiyasını üzərilərinə götürmüşlər. Belə nümunələrdən biri də ABŞ-da Türkiyəyə qarşı ölümlə müşayiət olunan ilk qanlı terror aktını həyata keçirən  Qurgen Yanikyandır. Q.Yanikyan birinci dünya müharibəsindən sonra ABŞ-a köçmüş və mühəndis, eyni zamanda yazıçı kimi fəaliyyət göstərmişdir. 1973-cü ilin yanvarın 27-də  77 yaşlı Q. Yanikyan  Santa Barbara şəhərində yerləşən “Baltimor” otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Baydar və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanikyan əlindəki tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanikyan öz cinayəti barədə bunları demişdi: “Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər”.

Erməni terrorizmi okeanın o tayında    Bu hadisədən sonra ABŞ-da və digər ölkələrdə erməni terroru daha da ardıcıl xarakter alır və çoxlu dinc insanların ölümü ilə nəticələnir. 1980-ci ilin oktyabrın 12-də  ABŞ-ın Nyu-York şəhərində Türkiyə mehmanxanası qarşısında  avtomobilə qoyulmuş bomba partladılır. Partlayış nəticəsində 4 amerikalı həlak olur, qonşu binalara xeyli ziyan dəyir. CSAQ qrupu kütləvi informasiya vasitələrinin nümayəndələrinə zəng vuraraq partlayışın onlar tərəfindən törədildiyini bildirir. Bundan iki il sonra yanvarın 28-də Kaliforniya ştatında, Los-Anceles şəhərindəTürkiyə konsulu Kamal Arkan işə gedərkən iki terrorçu tərəfindən qətlə yetirilir. Qatillərdən biri 19 yaşlı Livan mühaciri Xamtiq Sosunyan həbs edilir,sonra mühakimə olunaraq ömürlük həbs cəzası alır. Onun cinayət yoldaşı Krikor Saliba isə Livana qaçır. Bu dəfə də qətlə görə məsuliyyəti erməni təşkilatı CSAQ öz üzərinə götürür. Daha sonra 1982-ci il mayın 4-də ABŞ-ın Massaçusets ştatında Türkiyənin Bostondakı fəxri konsulu Orxan Gündüz şəxsi avtomobilində erməni terrorçusu tərəfindən qətlə yetirilir. Məsuliyyəti CSAQ erməni terror təşkilatı öz üzərinə götürür. Bu terror ABŞ ictimaiyyətində də geniş narahatlıq yaratmış və o zamankı Prezident Ronald Reyqan cinayəti törədən şəxsləri tapmağı tapşırsa da, heç bir nəticə əldə olunmamışdır. Onu da qeyd edək ki, bu hadisədən cəmi iki ay əvvəl martın 22-də Orxan Gündüzün ofisi partladılmış, özü isə ağır yaralanmışdı. Hadisənin sonrakı inkişafından da görürük ki, fəxri konsulun ağır yaralanması, konsulluq binasının partladılması erməni terrorçularına kifayət etməmiş, Osman Gündüzün qətli üçün qarşılarına qoyduqları iyrənc məqsədi  iki ay sonra həyata keçirmişlər. 27 avqust 1982-ci ildə Kanadanın Ottava şəhərində Türkiyə səfirliyinin hərbi attaşesi, polkovnik Atilla Altıkat şəhərin küçələrindən birində qırmızı işıqda dayanarkən atəşə tutulur və qətlə yetirilir. ABŞ-da olduğu kimi burada da qətlə görə məsuliyyəti CSAQ erməni terror qrupu öz üzərinə götürür. Həmin şəhərdə 1985-ci ildə  üç erməni terrorçu Türkiyənin Kanadadakı səfirliyini atəşə tutur. Atışma zamanı “Pinkerton” federal təhlükəsizlik xidmətinin əməkdaşları öldürülür. Bu, azmış kimi, terrorçular əsas qapını partladaraq səfirliyin binasına soxulur və girov götürürlər. Səfir Cosqun Kirsə özünü ikinci mərtəbənin pəncərəsindən ata bilir. EİO (Erməni inqilab ordusu) terror təşkilatına mənsub olan terrorçular polis tərəfindən yaxalanır və məhkəməyə verilir.

    1957-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olmuş və erməni terrorizminin əsas “portret”lərindən biri olan Monte Melkonyanda ilk quldur təcrübələrini məhz okeanın o tayında mənimsəmiş və dünyanın bir sıra ölkəsində, o cümlədən Fransada və Türkiyədə insan tələfatı ilə nəticələnən terror aktları həyata keçirmişdir. O daha sonra Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı savaşmaq üçün Ermənistana gəlmiş, dinc azərbaycanlı əhaliyə qarşı amansız qətllər törətmiş və “Avo” ləqəbi ilə tanınmışdır.

    2001-ci ilin dekabr ayında ABŞ-ın Los-Anceles şəhərində erməni cinayətkar mafiyanın üzvləriAşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilir.Bir müddətdən sonra həmin quldur dəstəsinin başqa bir üzvü Suzanna Onosyan da yaxalanır və 45 il azadlıqdan məhrum edilir.Jurnalist N. Əliyev yazır ki, “Federal ittihamçılar sübut  edirlər ki, bu adamlar Ermənistandan olan miqrantları öz sıralarına cəlb edərək, onları hiylə ilə saxta çekləri pula dəyişməyə məcbur edən cinayətkar dəstənin bir hissəsi idi”. Erməni quldur dəstəsi insanları oğurlamaqla və biznesmenləri şantaj etməklə məşğul olurdu. FTB-nin  Los-Ancelesdəki bürosunun rəhbəri Ronald İden bu barədə deyir: “ Ola bilsin ki, bu cür cinayətlər Ermənistandakı erməni cinayətkar qruplarının üzvləri arasında adi bir işdir, lakin bu hərəkətlər Birləşmiş Ştatlarda məqbul sayılmır.”

Erməni terrorizmi okeanın o tayında    Erməni terrorunun ABŞ-da əsas hərəkətverici qüvvəsi sayılan şəxslərdən biri də “Moose” ləqəbli (Maral) Murad Topalyandır. O, “Amerika Erməniləri Milli Komitəsinin” keçmiş sədri olmuşdur. Topalyan Amerikadakı erməni diasporasının tanınmış liderlərindən biri kimi bir neçə dəfə “Ağ evdə” olmuş və ABŞ prezidenti Bill Klintonla görüşlər keçirmişdir. Bundan əlavə dəfələrlə ABŞ Konqresində olmuş və Konqres üzvləri ilə çoxsaylı görüşlər keçirmişdir. Məqsədi də təbii ki, ABŞ hökumətinin “erməni məsələsi” nə diqqət və qayğısını təmin etmək, anti-türk fikir formalaşdırmaq, lobbiçilik və erməni mafia qruplaşmalarını himayə etmək idi. “U.S. News & World Report” jurnalının verdiyi məlumata görə AEMK Daşnaksütyun partiyası ilə sıx əlaqələrə malik idi. 1999-cu ildə Topalyan Klivlend şəhərinə köçür və “ Kayxodi” kollecinin vitse-prezidenti vəzifəsində çalışır. Həmin il  ona “ABŞ Murad Topalyana qarşı” (USA vs. Mourad Topalian, Case No.1:99 CR 35) adı ilə tanınan federal ittiham irəli sürülür. Bundan sonra o rəhbərlik etdiyi qurumun sədrliyindən istefa verir. Topalyana qarşı təhqiqat 1996-cı ildə Ohayo ştatının Bedford şəhərinin yaxınlığında şəxsi ambarda tapılan partlayıcı maddələr və silahların aşkarlanmasından sonra başlanır. 1980-ci ildən Topalyanın icarəsində olan ambarda 100 funt çəkisində partlayıcı maddə ilə yanaşı bir neçə insan tükü tapılır. Tapılmış insan tüklərinin 1999-cu ildə keçirilmiş DNK testi ilə M. Topalyana məxsus olduğu göstərilir. Topalyanın həbsi zamanı Federal Təhqiqatlar Bürosu onu “Erməni soyqırımına ədalət komandosları”nın lideri olması və BMT-dəki Türk missiyasında hücumda iştirak etməsini ehtimal edir. Topalyan 20 il ərzində ABŞ-dakı türk obyektlərinə qarşı teror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edilir. İki partlayışda isə Topalyanın bilavasitə istirakı ehtimal olunur. Bunlar 1981-ci ildə Kaliforniyanın Annaxaym şəhərindəki Konqres mərkəzinə və Beverli Xillsdəki Türkiyə konsulluğuna qarşı keçirilmiş terror aktlarıdır. 1979-1996-cı illlər arasında Topalyana qarşı terrorçulara yaxından kömək etdiyi, silah və hərbi sursat istehsal edilən müəsisələrdən oğurluqlar təşkil etdiyi, qeyri-qanuni yollarla silah əldə etdiyi ittiham aktında öz əksini tapır. Topalyana qarşı sübutlar əsasən onun əlbir olduğu şəxsin köməyi ilə əldə olunur. Aktda qeyd olunur ki, Topalyan partlayışlar və qətllər törətmək üçün adamları ABŞ-da yaşayan erməni gənclərin arasından seçirdi. “Daşnaksütyun” un nəzdində fəaliyyət göstərən “Erməni gəncləri federasiyası”nın Massaçusets ştatında yerləşən yay düşərgələrindən, terrorçuları hazırlamaq və onlara təlim keçmək üçün istifadə olunurdu. M.Topalyan buradakı təlimlərdə fərqlənən gəncləri təlimi davam etdirmələri üçün Beyruta göndərirdi.

     Nyu Yorkda Türkiyənin BMT dəki nümayəndəliyin qarşısında, 12 oktyabr 1980 ci ildə baş vermiş partlayışın həyata keçirilməsində iştirakı ilə əlaqədar olması Topalyana qarşı irəli sürülmüş ən ciddi ittiham olmuşdur. Hüquq mühafizə orqanlarının ehtimalına görə, məzh Topalyan bu terror aktı üçün terrorçu dəstə yığmış, bu dəstəyə partlayıcı maddələr istehsal edən müəssisədən partlayıcı maddə oğurlamağı əmr etmiş, və sonra nümayəndəliyin qarşısında partlayış törətməyə cəlb etmişdir. Qeyd edək ki, terror aktı zamanı nümayəndəliyin qarşısında içərisi partlayıcı maddələrlə dolu olan, avtomobil partladılmışdı. 1979 – 1980 ci illərdə Topalyanın göstərişi ilə bir neçə erməni terrorçusu Manhettendə yerləşən Türkiyənin BMT dəki numayəndəliyinin yerləşdiyi binada olmuş, keçiriləcək terror aksiyası üçün oranın dəqiq planını işləyib hazırlamışdılar. 11 oktyabr 1980-ci ildə isə Topalyan özü şəxsən terror aktı üçün nəzərdə tutulmuş partlayıcı maddələri də götürüb Nyu Yorka gəlmiş, oktyabrın 12-də o, iki əlbiri ilə birlikdə nümayəndəliyin qarşısında saxladıqları, partlayıcı dolu maşını partlatmış, hadisə nəticəsində küçədən keçən 3 nəfər yaralanmış, nümayəndəliyin binasına isə ciddi ziyan dəymişdir. İstintaq zamanı Topalyan terror aktında iştrakını təkzib etsə də, tapılmış partlayıcı maddə və silahların ona məxsus olduğunu təsdiqlənmişdir. Həmçinin istintaq zamanı 1982 ci ildə Topalyanın Kaliforniyadan 5 dinamit şaşkası sifariş verdiyi də məlum olmuşdur. Bu partlayıcı maddələr, Filadelfiyada həyata keçiriləcək partlayışda istifadə olunmaq üçün nəzərdə tutulubmuş, lakin FTB agentləri bundan xəbər tutur və “yük” yoldə ikən onu ələ keçirməyə nail olurlar. Murad Topalyanın həbsi və ona qarşı irəli sürülmüş ciddi ittihamlara baxmayaraq, erməni lobbisinin təsiri və təzyiqi sayəsində onun üzərindən terrorizmlə bağlı ittiham götürülür və o özünü yalnız qanunsuz silah və sursat saxlamaqda təqsirli bilir. 2004-cü ilin yanvarın 24-də Topalyana hökm oxunur və o cəmi 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum edilir. Qərar Türkiyənin verilən hökmə etirazları və Ermənistanın Topalyanı müdafiəsi ilə yadda qalır. Onu da bildirək ki,2000-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən terorçu Topalyanı “Ümumi erməni məsələsinə töhfəsinə görə” və “erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə” “Azadlıq mükafatına” (Freedom Award) layiq görülür. Əlbəttə erməni “ziyalısı”nın terrorda iştirakını və çirkin dağıdıcılıq niyyətlərini millətə “unikal” xidmət kimi göstərən erməni diaspor və lobbi qurumlarından bundan qeyri bir sağlam addım gözləmək sadəlövhlük olardı.

    Təbii ki, M. Topalyan hadisəsi ABŞ-da erməni terror və mafia qruplaşmalarının fəaliyyətinin son nöqtəsi deyildi. 2010-cu ildə ABŞ-ın Kaliforniya, Corcia, Nyu-Mexiko və Ohayo ştatlarında həyata keçirilmiş elə ilk həbslər nəticəsində 44 erməni əsilli mafia üzvü həbs olunmuşdu. Bundan sonra araşdırmalar artdıqca həbs dalğası daha da genişlənir. “The Los Angeles Times” qəzeti əməliyyat zamanı “Erməni gücü” (Armenian Power) adlı etnik cinayətkar qruplaşmanın 74 üzvünün həbs olunduğunu yazıb. Ölkənin ədliyyə nazirliyi isə rəsmi saytında 80-dən artıq erməninin ələ keçirildiyini xəbər verib.

“İşıqları söndürmək” (Operation Power Outage) adlı əməliyyatda ABŞ-ın müxtəlif hüquq-mühafizə strukturlarının mindən artıq əməkdaşı, o cümlədən Federal Təhlükəsizlik Bürosunun işçiləri iştirak ediblər.

    Maraqlı məqam o idi ki, həbslərlə yanaşı ABŞ səhiyyə sisteminə dəyən maddi zərər də ən yüksək həddə çatmışdı. Bu barədə verilən məlumatlara görə,  aparılan hesablamalar nəticəsində dəymiş maddi zərərin 35 milyon dollar olduğu göstərilmişdir. Bütün mafiyanın sıradan çıxarılmaması ilə isə zərərin 163 milyon dollara qədər artacağı ehtimal edilir.

    ABŞ-da böyük bir erməni mafiyasının çökdürülməsi nəticəsində o da aydın oldu ki, bu işlərin digər tərəfində də erməni diasporu və İrəvan hökumətinin bir sıra üzvləri dayanır.  Hətta həbs edilən erməni mafia üzvlərinin rəhbəri Armen Kazaryanın Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqələrə malik olduğunu erməni mətbuatı da gündəmə gətirir.

Erməni terrorizmi okeanın o tayında   Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, 1998-ci ildən Los Ancelesdə yaşayan “Pzo” ləqəbli Armen Kazaryanla Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı – “Saşik” ləqəbli Aleksandr Sarkisyanın birbaşa biznes əlaqələri olub. “Aleksandr Sarkisyanla Kazaryan arasında geniş biznes əlaqələrinin olması faktı hələ çoxdan bəlliydi. Lakin Ermənistanın sabiq XİN başçısı Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı müharibə elan etdikdən sonra Kazaryan ölkədən qaçmışdı. Ermənistana sonuncu dəfə gəldiyi zaman Kazaryan hətta həbs olunub. Ancaq “Saşik” işə qarışdıqdan sonra polis onu azadlığa buraxıb”.  ABŞ-da erməni terror və quldur mafiyasının lideri A. Kazaryanla Ermənistanın milli təhlükəsizlik naziri Serob Arutyunyanın da sıx əlaqələrə malik olması qəzet tərəfindən işıqlandırılmışdır.

     Beləliklə  erməni terrorizminin yayıldığı və inkişaf yolu keçdiyi regionlardan biri də ABŞ-dır. Qanunların idarə etdiyi bu ölkədə erməni lobbisinin siyasətə və ictimai fikirə təsiri danılmazdır. Halbuki erməni terrorçuların nəinki türklərə eyni zamanda bütün bəşəriyyətə düşmən kəsilməsi, onların dinc Amerikan vətəndaşlarına qarşı soyğunçuluq, talançılıq, ölümlə təhdid, partlayışlarla müşayiət olunan əməllərindən də aydın olur. Ermənistanın bir dövlət kimi region üçün təhlükə mənbəyi olması, etibarlı tərəfdaş imicini itirməsi ilə yanaşı bu ölkəni özünə vətən hesab edən erməni diaspor və lobbi təşkilatları da öz çirkin əməllərindən çəkinmir, Türk dünyasına bütövlükdə ümumbəşəri, insani dəyərlərə qarşı kəskin aqressiya nümayiş etdirməklə normal vətəndaşlıq qaydalarına riayət etmək hissindən belə məhrum olmuşlar.

 Anar TURAN,

 Tədqiqatçı-jurnalist

 “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və İH üzvü

 AMEA-Tarix İnstitutunun dissertantı

 

KarabakhİNFO.com

                                                            

09.04.2013 13:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*