Azərbaycanca

Erməni terrorizminə dair sənədlər və faktlar

29.05.2013 | 16:40

1369830880_cav2Erməni böhtanları iki əsrə yaxın müddətdə yayıldığından və onların “türklərin erməni xalqına qarşı törətdikləri soyqırım” adlandırdıqları uydurma əfsanənin də yaşı artıq 100 ilə çatdığından, bu kinli cəfəngiyyatın qarşısının təkzibedilməz sənədlər və əyani materiallar əsasında alınmasının vaxtı gəlib çatmışdır.

 

         Ermənilər uzun bir tarixi dövrdür ki, özlərinin bədnam şöhrət qazanmış, özgə xalqlara və millətlərə, xüsusilə də müsəlmanlara və türklərə qarşı terrorçuluq siyasətini davam etdirirlər. Bu üsulla onlar dünya ictimai rəyini çaşdırmağa, onların diqqətini uydurma “erməni probleminə” cəlb etməyə çalışır, məskunlaşdıqları ərazilərdə yerli xalqlardan yeni-yeni torpaq sahələri qoparmağa səy göstərmişlər.

         Bu dövr ərzində erməni fanatları dünyanı terrora məruz qoyublar və bu terrorizm hələ də davam edir. Bu terror Osmanlı imperiyasında azğınlıq edən və dünya ictimaiyyətini yanlış məlumatlandıran protestant və qriqorian iğtişaşçıları, həmçinin ermənisiyasi təçkilatlarının (daşnaklar, qnçakistlər) üzvləri tərəfindən başlanmışdır. Erməni terroru xofundan adamlar yalnız nadir hallarda həqiqəti danışmağa cəsarət edir və belə vəziyyət bu günədək davam etməkdədir. Həmin dövrdə “Dar-ul-İslam” adlı şah əsərini yazmış Mark Sayks erməni fırıldaqlarının ifşaçısı olmuş, həmçinin “Le Petit Journal” jurnalı real vəziyyət haqqında yazmağa cəsarət tapmışdı.

 Erməni terrorizminə dair sənədlər və faktlar

         Erməni terrorunun qurbanları, bir qayda olaraq əhalinin müxtəlif təbəqələri olmuşlar. Dünyanın sivil dövlətlərində belə hörümçək toruna bənzər geniş terrorçuluq şəbəkəsi qurmuş olan ermənilər Türkiyə dövlətinə təzyiqlər göstərmək məqsədilə türk diplomatlarının və iş adamlarının “ovuna” çıxmağı da unutmamışlar. Amerikalı müəllif Səmyuel haqlı olaraq yazırdı ki, “1973-cü ildən 2001-ci ilə qədər erməni terrorçuları yüzdən artıq türk hədəfinə hücum etmiş, əksəri türk diplomatı olan 70 nəfərdən çox adamı öldürmüş, Ermənistanın “rəsmi” kilsəsindən isə adi məzəmmət də eşidilməmişdir”.

         1914-cü ildə müharibənin başlanması ilə vəziyyət daha dramatik hal aldı. Osmanlı imperiyasında yaşayan ermənilər məqsədyönlü şəkildə türklərin arxa cəbhəsi boyunca sabotajlar törətməyə çalışırdılar. Fransada, Rusiyada və bir sıra digər ölkələrdə, həmin dövrdə Beşlər Cəbhəsi Müharibəsinə cəlb edilmiş Türkiyənin əleyhinə çıxış edən erməni könüllülərinin güclü ittifaqları yaradıldı ki, “De-fakto müharibə aparan millət” qismində təqribən minillik bir müddət ərzində özlərinin yaşadıqları və yalnız faydalandıqları torpağa qarşı məkrli, qəddar mübarizəyə başladılar. Ermənilərin rəhbəri olmuş Boqoş Nübarın 1918-ci ildə Parisdə Fransa Xarici işlər Nazirliyinə ünvanladığı məktub (aşağıda göstərilmiş sənəd) həqiqi vəziyyətin inkarolunmaz dəlilidir.

Erməni terrorizminə dair sənədlər və faktlarSənəddə deyilir:

 

“Cənab Nazir, Erməni Milli Nümayəndə Heyəti adından aşağıdakıları xatırladan Bəyanatı Zati-alilərinizin nəzərinə çatdırmağı özümə şərəf bilirəm: yaxşı bildiyiniz kimi, müharibənin əvvəlindən ermənilər de-fakto vuruşan tərəf olmuşlar, Siz özünüz etiraf etmişdiniz ki, ermənilər Antanta işinə yenilməz sədaqətlərinə görə ağır itkilər vermiş və əzablar çəkmişlər, onlar bütün cəbhələrdə Alyans tərəfində vuruşmuşlar: Fransada onlar ilk günlərdən Xarici Legionda könüllü qismində daxil olaraq fransız bayrağı altında şöhrət qazanmışlar: Fələstində və Suriyada Respublika hökümətinin xahişi ilə Milli Nümayəndə Heyəti tərəfindən səfərbər edilmiş erməni könüllüləri fransız qoşun kontingentinin böyük hissəsini təşkil edərək generel Allenbinin qazandığı qələbələrdə mühüm rol oynamışlar və bu haqda sonuncu və onların fransalı komandirləri rəsmi bəyanat vermişlər; Qafqazda Rus İmperiyası Ordusunun tərkibində 150.000 ermənidən əlavə, 40.000 nəfər könüllü erməni vilayətlərinin bir qisminin azad olunmasında iştirak etmişlər və yalnız onlar bütün Qafqaz xalqları arasında öz komandirləri Andronikin və Nəzərbəyovun başçılığı altında bolşeviklərin geriyə çəkilməsindən başlayaraq sülh müqaviləsinin imzalanmasına qədər Türk ordularına müqavimət göstərmişlər.”

 

Zati-aliləri cənab S. Pişona

Xarici İşlər Nazirliyi

Cənab Nazir, Sizə yüksək ehtiramımı bir daha ifadə etməyə icazə verin.

Sədr: Boqoş Nübar

 Erməni terrorizminə dair sənədlər və faktlar

Şəkildəki təsvirdə (1915-ci ilin baharı) rusların Vanı ələ keçirməsini asanlaşdırmaq üçün osmanlıların mövqelərinin arxasında ikinci cəbhə açmış və ruslar tərəfindən artilleriya ilə təchiz olunmuş silahlı erməni partizanları göstərilmişdir.

         Məxfi fəaliyyətə malik olan və bədnam erməni generalı, faşistlərin lakeyi Dronun “şərəfinə” “DRO” adlandırılmış terrorçu təşkilatın “DRO-8”, “DRO-88”, “DRO-888” və “DRO-8888” şərti adları altında terrorçu filialları türk və müsəlman iş adamlarına və yeri düşdükcə dinc əhaliyə qarşı qanlı əməllər törətməkdə davam edirlər.

         Həmçinin qeyd etmək lazımdır ki, 1975-ci ildə Beyrutda təsis olunmuş “Gizli erməni azadlıq ordusu” (ASOA) öz fəaliyyətini Suriyada qurmuşdur. Onun ətrafında 1000-ə yaxın xüsusi təlim keçmiş əsgəri vardır. Yarandığı gündən keçən altı il ərzində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatını qətlə yetirmişdir.

         “Ermənistanın qurtuluşu naminə gizli erməni ordusu” (ASALA) 1975-ci ildə Beyrutda yaradılmışdır. Onun hərbi və döyüş təlimləri üzrə bazası Suriyada yerləşir. Bu terrorçu təşkilatın qarşısında duran əsas vəzifələr – guya “işğal altında olan” erməni torpaqlarını azad etmək və nəticədə “Birləşmiş demokratik və sosialist Ermənistanı” dövlətini yaratmaq, “vətənə” qayıtdıqdan sonra erməni xalqına ən azı öz müqəddaratını özü təyin etmək hüququ qazandırmaq, ermənilərin uydurma “soyqırım”-ının guya tarixi bir həqiqət kimi Türkiyə tərəfindən qəbulunu təmin etməkdir.

         ASALA-nın əsas terror aktları Azərbaycan və Türkiyə vətəndaşlarına və obyektlərinə qarşı yönəlmişdir. Bu təşkilat tərəfindən hələ 1984-cü ilədək 42 türk diplomatı qətlə yetirilmişdir. Təşkilatın əsas simalarından biri olan Akop Akopyan Amerika mətbuatına verdiyi müsahibəsində açıq sürətdə bildirmişdir ki, “bizim düşmənimiz – türk rejimi, NATO və bizimlə birgə olmayan ermənilərdir”.

         ASALA təşkilatı 1980-cı ilin aprelində PKK ilə müqavilə imzalamışdır. əldə olunmuş razılığa əsasən ASALA terrorçuların hazırlanması və maliyyələşdirilməsi məsələlərini öz üzərinə götürmüşdür. PKK öz növbəsində erməni terrorçuları ilə çiyin-çiyinə Türkiyənin dinc sakinlərinə və mülki obyektlərinə qarşı qanlı aksiyalarını davam etdirir. 1988-ci ilin dekabrında ASALA-nın lideri Akopyan öldürüldükdən sonra bu təşkilat üç yerə bölünmüşdür.

         ASALA ilə əməkdaşlıq edən digər terrorçu erməni təşkilatlarından 1977-ci ildə yaradılmış “Yeni erməni dirənişi” (NAR), 1991-ci ildə yaradılmış “Erməni azadlıq hərəkatı” (AOD) təşkilatları ilə sıx əməkdaçlıq edir. 1979-cu ildə ASALA tərəfindən yaradılmış “Erməni azadlıq cəbhəsi” adlı təşkilatın əsas məqsədi isə Türkiyə və Azərbaycan ərazilərində terror aktları törətməkdən ibarət idi.

         Erməni millətçi dairələrin 1988-ci ildə Moskvada yaratdığı “Erməni ittifaqı” təşkilatı ASALA ilə müntəzəm əlaqə saxlayan terrorçuların MDB məkanında fəaliyyətini təmin etmək, onları saxta sənədlərlə təchiz etmək məqsədi güdür. Görünür belə bir təşkilatın fəaliyyəti Rusiyada müəyyən dairələri tam qane edir.

         ASALA tərəfindən 2001-ci ildə yaradılmış “Geqaron” terrorçu təşkilatının məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türksoylu siyasi liderlərə, diplomatlara və biznesmenlərə qarşı terror aktları törətməkdən ibarət idi.

         Fransada yaşayan erməni gəncləri tərəfindən 1981-ci ildə təşkil edilmiş “Orli qruplaşması” öz fəaliyyəti dövründə dünyanın müxtəlif ölkələrinin aeroportlarında onlarca terror aktları törətmişlər. “Demokratik cəbhə” adlı təşkilat isə ABŞ, Kanada və Qərbi Avropa ölkələrində fəaliyyət göstərərək Türkiyə dövlətinin süqutuna nail olmaq istiqamətində fəaliyyət göstərmişlər. Həmçinin qeyd etmək lazımdır ki, 2001-ci ildə yaradılmış “Apostol” (Ermənistanın müdafiə birliyi) terrorçu təşkilatının üzvləri əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarətdir. Bu təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları törətməkdən ibarətdir.

Cavid Qədirov
KarabakhİNFO.com

 

29.05.2013 16:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*