Vətənini çoxu sevir, amma Vaqif Ucatay kimi ürəyi ilə sevənlər çox azdır. Bu səbəbdəndir ki, 20 ildən çoxdur rəssamın yaradıcılığının ana xəttini faciələrimiz təşkil edir. Vaqif Ucatay Xocalı faciəsinə aid unikal şəkillər çəkən rəssam kimi təqdim edilir. Ərafında milliliyin böyük önəm kəsb etdiyini vurğulayan rəssam Azərbaycandan uzaqda təhsil aldığı vaxtlarda da ətrafında Vətən ab-havası yaratdığını deyir. Onunla milli bayramımız olan Novruz sonrası görüşdük. Şəkərbura, paxlavanın burnumuzdan ətrinin, ağzımızdan dadının getmədiyi bir vaxtda. Süfrəni də elə bu cür təamlarla bəzəyən Vaqif müəllimlə söhbətə çay tədarükü görə-görə başladıq.
“Hələ Leninqradda oxuyanda orada mənim armudu stəkanım, kəklikotum, nanəm, yarpızım, aşsüzənim var idi. Bu o demək deyildi ki, mən orada yemək bişirirdim, xanımlıq edirdim. Bunlar qoymurdu məni Azərbaycan üçün darıxmağa. Sonra öyrəndim ki, dostlarım mənim yanıma gələndə deyirmişlər ki, gedək Vaqifin yanına Azərbaycanı görməyə. O vaxt var gücümlə çalışırdım ki, millətçiliyimi hiss etməsinlər. Amma mümkün olmurdu və nə yaxşı ki, bu hiss məni indiyədək tərk etməyib. Bütün bunların bir qaynağı var – Vətən sevgisi. İnsan əgər vətənini sevirsə, onun dərdinə də şərik çıxmalıdı. Biz indi qaranlıq taleyimizə diqqət yetirməsək, gələcəkdə işığı görə bilməyəcəyik. Bir millətin ziyalısı öz milləti üçün ağlamırsa, onda millət özü ağlayır.Yəni ziyalı xalqının ağlayan günündə yanında olmalıdı. Kütlə hələ xalq demək deyil. Kütləni xalq etmək lazımdır ki, bunu da ancaq ziyalı edir. Unutmayaq ki, erməni xalqı bizimlə müharibə aparmır, erməni başbilənləri, ziyalıları bizim ziyalılarla mübarizə aparır”.
Rəssamın yaradıcılığının ana xəttini faciələrimizin təşkil etməsi də məhz onun vətənpərvər olması ilə bağlıdır. “Pafos kimi çıxmasın, amma özünü vicdanlı sayan hər bir azərbaycanlı üzərinə düşəni yerinə yetirməlidir. Torpaqlarımız işğal olunub, insanlarımız əzab çəkir. Hər bir azərbaycanlının əlinə batan tikan mənim ürəyimə sancılır. Əsirlikdə insanlarımızın başına açılan oyunları eşidirdik. Buna münasibət bildirmək lazımdır ki, gələcəkdə insanlar təkrar faciə yaşamasın.
Bir neçə nəfəri çıxmaq şərtilə Azərbaycanda ziyalı yoxdur. O qədər azdır ki, görünmür. Ziyalı olan kəs yaltaqlıq etməməlidi, əyilməməlidi, qarın davası etməməlidi. Belə olanda millət də qürurlu olan ziyalısının arxasınca gedəcək və xalq kimi formalaşacaq. Asif Atanın belə bir fikri var – meydanı boş qoysan, tülkü meydanın ortasında olar. Meydanda əsl ziyalıların olması vacibdi. Yalançı şairlər, yalançı rəssamlar sonradan bizim üçün elə bir silaha çevriləcək ki, illər uzunu əziyyətini çəkəcəyik”.
“Ermənilərin təhqir etdikləri Şuşalı qız”
Vaqif Ucatayın “Ermənilərin təhqir etdikləri Şuşalı qız” əsəri son iki-üç ildir ki, faciələrimizin aynasına çevrilib. Amma ilk vaxtlarda bu əsərə qarşı fikirlər birmənalı olmayıb. Rəssamlar İttifaqının Xocalı soyqırımı ilə bağlı elan etdiyi müsabiqədə əsərin etikaya uyğun olmadığı iddia edilərək geri qaytarılıb. Səbəb kimi əsərin mentalitetimizə yad olduğu bildirilib. “Uzun müddət idi ki, o əsər üzərində işləyirdim. Girovluqda olan azərbaycanlı qadınının vəziyyətini təsvir etmişəm. Özü də bu mənim bədii təxəyyülümün məhsulu deyil. Çəkdiyim təsviri müharibə dövründə bir əsgərdən eşitmişəm. O, danışırdı ki, ermənilərin əlində girov olmuş Şuşadan olan bir qızı görərək dəhşətə gəlib. Bədənində bir dənə salamat yer yox idi. Hər yeri siqaret kötüklərinin yanıqları, bir də döymə ilə yazılmış erməni adları idi. Öyrəndim ki, həmin qıza çoxlu işgəncələr vermiş, namusuna toxunmuş, üstəlik həmin erməni caniləri öz adlarını onun bədəninə döymə ilə yazmışlar. Sonra o qız girovluqdan qaçmağa nail olub, bizim əsgərlərlə qarşılaşıb. Yazıq qız başına gətirilənləri əsgərlərimizə danışandan sonra özünə qəsd edib. Bu olay məni çox sarsıtdı. Xocalıda yüzlərlə qadın, soydaşımız bu dəhşətləri yaşayıb. Ancaq müsabiqənin təşkilatçıları bunu geri qaytardı. Bunlar niyə namusu tapdalanmış qadınlarımızın, soydaşlarımızın vəziyyətinə belə yanaşırlar? Başımıza gətirilən bu faciələr həqiqətdir. Onları rəssam olaraq təsvir etmək mənəvi borcumdur. Ancaq bu cür əsasla mənim əsərimə münasibət göstərilməsi çox pis haldır. Artıq iki ildir ki, bu əsər öz yerini alıb.
Mən bundan başqa heç vaxt azərbaycanlı qızını çılpaq çəkməmişəm. Düzdür, bu bir elmdi, mənim mətbəximdi düzgün çəkiliş üçün vacibdi və mən 8 il Leninqradda çılpaq qadın rəsmi çəkməklə işimi təkmilləşdirmişəm. Amma qıymaram axı millətimin qızının çılpaq şəkilini çəkib, hansısa sərgiyə qoyum. Düşünürəm ki, “Ermənilərin təhqir etdikləri Şuşalı qız” əsərinə olan qadağalar, qərəzli fikirlər bu rəsmin fonunda bizim fərsiz kişi olduğumuzun üzə çıxması ilə əlaqədardır. Çoxları yalnış olaraq düşünür ki, mən əsərlərimlə məğlubiyyətimizi qabardıram. Mən millətimi də, xalqımı da, Vətənimi də hamıdan çox sevirəm. Amma istəyirəm bu xalq düşməninin kim olduğunu bilsin. Məlumdur ki, bu cür əsərlər rəssama qazanc gətirmir, heç kəs bu cür faciələrin əks olunduğu rəsmlər alıb evinə, otağına asmaz. Yəni mənim də burada marağım yalnız və yalnız təbliğatdı. Amma qurumlar, idarə və təşkilatlar bu rəsmlərdən təbliğat vasitəsi kimi faydalana bilərlər. Aidiyyatı qurumlar özləri maraqlı olmalıdılar bu əsərlərin təbliğatında. Bu əsərlərin hamısı özündə real hadisələri əks etdirir və biz də bunu gizlətməklə heç nə əldə etmirik, heç olmasa olanları unutmayaq deyə üzə çıxarmalıyıq”.
“Erməni siyasətində nekrofiliya real faktor kimi”
Vaqif Ucatayın əsərlərində erməni vəhşiliyini çılpaqlığı ilə təsvir olunub. Rəssam deyir ki, faciəni gərək film lenti kimi izləyəsənki, heç nə yaddan çıxmasın. “Karine Arutyunyan adlı erməni qadın varmış. Əsirləri vəhşi heyvan kimi diri-diri yeyirmiş. Bunu xalqdan gizlədiblər. Onu yazan insanı axtarıb tapdım. Milli Təhlükəsizlik Nazirliyinin mayoru olub. Yazdığının, dəqiq olduğunu dedi. Sadəcə, vahimə yaranmasın deyə bunu xalqdan gizlədiblər. Erməni müəllifləri özləri yazırki, XIX əsrə qədər Ermənistanda insan əti də yeyilib. Bu, dəhşətdir. Bəzi xəstə ruhlu adamların ölmüş və ya öldürülmüş insanın müqavimətsizliyindən istifadə edərək onunla istədikləri hərəkəti etməsi ta qədimdən məlumdur. Elmi adı “nekrofiliya” olan bu dəhşətli xəstəlik indi əsasən erməni tayfasında olduğundan onu çox vaxt erməni xəstəliyi də adlandırılar. Erməni Siyasi Araşdırmalar Mərkəzinin direktoru Artyon Xaçaturyan özünün “Erməni siyasətində nekrofiliya real faktor kimi” adlı məqaləsində dediklərimiz təsdiq edir. Təsadüfi deyil ki, Karine Arutyunyan kimi adam əti yeyənin biri məhz bu tayfadan çıxıb. Yeri gələndə tülküdən hiyləgər, toyuqdan da yazıq görünməyi bacaran ermənilər insanlara elə işgəncələr verib ki, mat qalırsan”.
Rəssamın əsərlərinə baxıram. Kürəyinə samovar bağlanan qadınları göstərir: “Deyirlər, qadınların belinə qaynar samovar bağlayıblar. Amma belə olmayıb. Samovarı onların kürəyində qaynadıblar.Onda insan əzab çəkə-çəkə ölür. Əsgərlərimizin başını kəsib futbol oynayıblar. Ümumiyyətlə, ermənilərin bir üsulu var – faciəni törədir, amma vahiməni çoxaltmaq üçün şahid də saxlayırlar. Bu, bizim xeyrimizə olur. Şahidlər olmasaydı, baş verənlərdən xəbərimiz olmazdı. Hadisələr yenicə başlayanda Qərbi Azərbaycandan didərgin düşən bir qadın dəmir borunun içinə doldurulan uşaqlar arasında onun da körpəsinin olduğunu dedi. Onun uşağı boruya sığmadığı üçün parçalayıb salıblar. Boruda 79 uşaq olub. 80-ci onun körpəsi imiş. Əvvəlcə onun dediklərinə inanan olmayıb. Qaynaq zamanı çox xırda bir yer açıq qaldığından itlər meyitlərin yerini aşkara çıxarmışdı.
1992-ci ildə isə Bağanıs Ayrımda körpəsini ananın gözü qarşısında şişə taxıblar. Televizorda dəli olan ananı da, kösövə dönən körpəni də göstəriblər. “Karine Arutyunyan”ın müəllifi Elçin Həsənov yazırki, Eçmiədzində Roza Bektaşi adında bir qadını Kamavə və Səidə adlı uşaqları ilə birgə zəhərli ilanla dolu quyuya atıblar. Ermənilər tərəfdən vuruşan bir rus əsgəri isə yazırki, boş kəndlərin birində evin içində körpə uşaqla qadın tapıblar. Qadın yalvarıb ki, onlara toxunmasınlar. Erməni əsgər körpəni süngü ilə iki yerə bölüb, uşağın parçasını dönə-dönə ananın başına çırpıb. Üz-gözü qana boyanan ana havalanıb. Nalə çəkib, sonra da qəhqəhə ilə gülməyə başlayıb. O rus əsgər ermənilərə qulluq etməklə günah işlətdiyini yazıb. Yazı 1994-də “Moskovskiy komsomolets”də çıxıb. Əsirlərimizi başıaşağı qaynar qazana salıb-çıxarıblar. Əsgəri diri-diri torpağa basdırıb quduz itləri üstünə salıblar”.
Erməni vəhşiliyindən danışan Vaqif Ucatay deyir ki, bu dəhşətli hadisələri fırçaya almaqda məqsədi qisasçılıq hissi oyatmaq yox, baş verənlərdən nəticə çıxarmağa çağırışdır: “Müharibədən əziyyət çəkən insanlar milyonlarladır. Mən gələcəkdə də araşdırmalarımı rəsmlərimdə davam etdirəcəyəm. Amma elə vəhşətlər var ki, onlar təsvirə gəlmir…”
Məşhur “Apofeoz voynı” və erməni yalanları
Rəssam özündə faciələri əks etdirən dünyaca məşhur əsərlərin ermənilər tərəfindən yalançı soyqırım iddilarına uyğunlaşdırmalarının bizim məlumatsızlığımızdan irəli gəldiyini deyir. “Biz elə məsələlərdə məlumatsızıq ki, müəyyən bilgilərimizi artırmağa ehtiyac var. Ermənilər bəzən bizim bu vəziyyətimizdən məharətlə istifadə edirlər. Onlara elə primitiv situasiyalarda cavab verə bilmirik ki, bu məni çox əsəbiləşdirir. Yəni elə şeylər var ki, onu bilmək üçün rəssam olmaq lazım deyil. Məsələn, Vereşaginin antimüharibəni təbliğ edən məşhur “Apofeoz voynı” adlı bir əsəri var (ətraflı buradan da tanış ola bilərsiniz http://ru.wikipedia.org/wiki/%D0%90%D0%BF%D0%BE%D1%84%D0%B5%D0%BE%D0%B7_%D0%B2%D0%BE%D0%B9%D0%BD%D1%8B) hansı ki, ermənilər bu şəkilin erməni soyqırımından bəhs etdiyini deyir. Gülməlisi odur ki, Vereşagin bu əsəri 1871-ci ildə çəkib və o vaxt ermənilərin 1915-ci ildə olduğunu iddia etdiyi soyqırımın izi-tozu yox idi.
Ermənilərin Azərbaycanlı əsir və girovlara verdiyi işgəncələr
Vaqif Ucatayın “Bax! Gör! Unutma! ” kitabından)
Məzlum – yaltaq – qorxaq – satqın – erməni!
“Erməni futbolu” adlandırdığım bu rəsmdə ancaq ermənilərin ağlına gələ biləcək bir dəhşət var. Ermənilər kəsdikləri türk başları ilə futbol oynayırlar.
Əslən Ağdaşdan olan qeyrətli Türk oğlu Hamlet Məmmədovun başını lehim lampası ilə ütmüşlər.Daha sonra isə ağacdan ayağından asmışdılar.
Ermənilər əsir düşmüş hamilə qadınların qarnını yırtaraq həm yetişməkdə olan insan övladını, həm də ananı məhv edirdilər.
Naibə Qurbanova
KarabakhİNFO.com