Azərbaycanca

Erməni yalanına cavab

15.05.2012 | 10:23
Yazıma ulu öndər Heydər Əliyevin bu fikirləri ilə başlamaq istərdim : “… Etiraf etməliyik ki, Azərbaycan xalqının böyük tarixi indiyədək lazımınca tədqiq edilməyibdir, hələ tədqiq edilməli olan çox-çox mərhələlər, dövrlər var”. Bir növ məsləhət xarakterli, öyüd-nəsihət formasında olan bu fikirlər elm adamlarımız – tarixçi, tədqiqatçı, ədəbiyyatşünas və yazarlarımız üçün çağırış, səfərbərlik ismarıcı idi. Tarixin demək olar ki, bütün dövrlərində mənəvi sərvətlərimizə, mədəniyyət və incəsənətimizə qarşı təcavüzkar əməllərə yol verilmişdir. Həmin bədniyyətli əməllərin böyük bir qismi ermənilərin – daha doğrusu hayların adı ilə bağlıdır. Ermənilər tərəfindən mənimsənilməyə çalışılan mədəniyyət nümunələimiz sırasında “Sarı Gəlin” mahnısı daha çox müzakirə mövzusu olmuşdur. Gəlin, bir daha bu mövzuya qayıdaq və haqlı olduğumuzu həmişəki kimi təsdiq edək. “ “Sarı Gəlin” mahnısını dinləyən hər bir azərbaycanlı üçün bu mahnı olduqca doğmadır. Əvvəla, ona görə ki, mahnının sözləri oğuz türklərinin Boyat boyunun yaratdığı ədəbi üslubda, bayatı janrında yazılıb. Cəmisi yeddi hecadan ibarət, olduqca sadə vəzndə yazılmış bu sözlər bayatı janrının bütün müsbət keyfiyyətləri, axıcılığı, sadəliyi, aydın ifadə tərzi və məhz xalq dili ilə yazıldığı üçün çox sevilir. Bayatı yalnız türklərə aid bir yaradıcılıq nümunəsidir. Bu üslub İraq türkmənləri və azərbaycanlıların ən çox istifadə etdiyi xalq yaradıcılığı nümunəsi olmaqla, başqa heç bir xalqın şifahi yaradıcılığında rast gəlinməyən bir nümunədir”. (Hikmət Babaoğlu “Akdamardan Sarı Gəlinədək erməni yalanı” ; Bakı 2011) Bəs təpədən-dırnağa qədər istər sözləri, istər musiqisi və istərsə də qəmli məzmunu il türk ruhunun daşıyıcısı olan bu mahnıya niyə başqaları sahib çıxmağa çalışır?! Bu mahnının tarixçəsi necədir?! Bu suallara çox yerdə cavab axtardım. Müəyyən mənbələrə nəzər saldım. Oxşar fikirlər, söz təkrirləri çox idi. Amma bir mənbə diqqətimi daha tez cəlb etdi. Çox yeni nəşr olsa da, gərəkli fikirlərin yer aldığı, müəllifi əməkdar jurnalist Hikmət Babaoğlu olan, 4 dildə – azərbaycan, rus, ingilis, türk dillərində çap olunmuş “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitab suallarıma cavab tapmağıma yardımçı oldu. Sözü gedən kitabda emənilərin Azərbaycan xalqının tarixinə, maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqdan bəhs edilir, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilir. Kitabda eyni zamanda, həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini – ideoloji kataklizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil edilir, onların tarixi və yaranma məsələləri elmi tədqiqata cəlb edilir. Yenidən qayıdaq birbaşa öz mövzumuza. Əvvəla, onu qeyd edək ki, “Sarı Gəlin” mahnısının mövzusu folklor nümunələrimizdən biri olaraq uzun müddət şifahi xalq ədəbiyyatımızda mövcud olub. Sonra musiqiləşib, daha sonra isə bu mahnının hekayəti böyük dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin süjetində qismən öz əksini tapıb. “Şeyx Sənan”-da da, “Sarı Gəlin”-də də aşiq müsəlman, məşuqə isə xristiandır. Mahnının məzmununu nakam bir eşq hekayəsi təşkil edir və bu hekayə olduqca təsirli sözlərlə təsvir olunur. Maraqlı bir məqam isə mahnının melodiyasının aşıq sənətindən qaynaqlanmasıdır. İlk baxışdan bu mahnının aşıq havaları ilə heç bir uyğunluğu olmadığını düşünmək olar. Amma, mahnıya diqqətlə qulaq asırıq və görürük ki, onun melodiyasının dərinliklərindən ən qədim aşıq havalarından olan “İrəvan çuxuru”-nun ritmləri eşidilir. Bəlkə bir az ləng, daha aramla, həzin formada. “Yaxşı bəs “Sarı Gəlin”-ə sahib çıxmaq istəyən ermənilər heç özlərinə sual vermirlərmi ki, nəyə görə bu mahnını türkcə yazıblar?! Axı hər xalqın yaradıcılıq nümunəsi öz dilində olur. İkincisi, haylar hind-qaraçı əsilli olduqları üçün onların qızları sarışın olmur… Beləliklə, nə antropoloji xüsusiyyətlərinə, nə rənginə, nə də digər milli-etnik keyfiyyətlərinə görə, ermənilərə bənzəməyən Sarı Gəlin necə erməni ola bilər?!… Biz isə ermənilərin əvəzindən də zəhmət çəkib onların dilində Sarı Gəlinin necə olduğunu dəyərli oxuculaımızın diqqətinə çatdırırıq. Haylar sarıya – “değn” deyirlər, gəlinə isə “hars”. Əgər çox xoşları gəlirsə, gedib özlərinə “değn hars” mahnısı yaratsınlar. “Sarı Gəlin” isə bizimdir!” (Hikmət Babaoğlu “Akdamardan Sarı Gəlinədək erməni yalanı” ; Bakı 2011) Bu məqamda dahi rus şairi A.S.Puşkinin dediyi sözlər yadıma düşdü : “Sən qulsan, sən oğrusan, sən ermənisən!” Bəlkə də dövrünün təhqir forması sayılan bu sözlər bu günün reallığıdır. Sonda isə prezidentimiz İlham Əliyevin aforizm sualını hamıya ünvanlayıram : “Əgər öz musiqimizi, öz ədəbiyyatımızı, dilimizi saxlamasaydıq, biz müstəqil ölkə kimi necə yaşaya bilərdik?!”   Sadiq Qaçayev 12 aprel 2012
15.05.2012 10:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*