Azərbaycanca

Erməni yalanları Hollandiyada ifşa olunacaq

27.11.2014 | 15:49

10355621_814313531940756_6616479238170840256_oDiaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsinə start verib. Təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgə həyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusən Qarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməni yalanlarını ifşa etməkdir. Qeyd edək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması, yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digər türk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi və kitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri ilə görüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir. Layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir. Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdə bu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

27.11.2014 15:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*