Ermənistanda prezident iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib
KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, etirazçılar övladları ölən əsgər analarıdır. Sarkisyan 4 il əvvəl onlara yanvarın 27-də, Prezidentin iqamətgahı yaxınlığında qətlə yetirilmiş övladlarının istintaq işinin dəqiq və qərəzsiz başa çatacağına söz versə də, vədinə yalançı çıxıb. Bu isə ölən əsgər analarını daha da hiddətləndirib. Aksiya iştirakçıları prezidentin igamətgahı qarşısında 4 il öncə Sarkisyanla görüşdə çəkdirdikləri şəkili ayaqları altına alıblar. Daha sonra isə fotoları yandırıblar.
Etiraçıları Prezident administrasiyasından qəbul edən olmayıb. Lakin erməni yepiskop Bahram Srbazan b etirazçılara yaxınlaşaraq onları sakitləşməyə dəvət edib. Valideynlər isə cinayətkarların cəzalarını almasından sonra sakitləşəcəyini bildiriblər. Daha ətraflı videoda:
“KarabakhİNFO.com”