Ermənistan Azərbaycan mülki vətəndaşları, uşaqları və yaşlıları üzərinə atəş açmağı dayandırsın!
Bu kampaniyaya qoşulmaq nəyə görə önəmlidir?
Erməni tərəfi tez-tez atəşkəs rejimini pozur və erməni hərbçiləri mülki əhalini nişan alır. Nəticədə, azərbaycanlı mülki əhali, uşaqlar və yaşlılar qətlə yetirilir.
Ermənilərə qarşı informasiya müharibəsini genişləndirmək və onların mülki əhaliyə qarşı törətdikləri zorakılıqları Amerika Konqresinin diqqətinə çatdırmaq üçün online imzatoplama kampaniyasına start verilib. Kampaniyanı Nəsimi adlı bir şəxs secure.avaaz.org/tr/ saytında başladıb.
Prosedur çox sadədir:
Aşağıda göstərilən keçidə daxil olub e-mail adresinizi, bu kampaniyanın sizin üçün nə səbəbdən önəmli olduğunu, adınızı, yaşadığınız ölkəni və yaşadığınız şəhərin poçt kodunu (məsələn, Bakı AZ1000) qeyd edin və “imzalayın”.
Hal-hazırda 1660-dan çox şəxs bu kampaniyaya dəstək olub. Hədəf imzalarımızın sayını 50 000-ə çatdırmaqdır. Hədəfimizə nail olsaq petisiya ABŞ Koqresinə təqdim olunacaq və erməni tərəfinin törətdiyi zorakılıqlar dünya ictimaiyyətinə çatdırılacaq.
Bir vətəndaş olaraq Dəstək Olaq!
Fərid Əliyev
“Karabakhinfo.com“