Azərbaycanca

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb

22.09.2016 | 10:37

8b4948fa2da3fd0406d324f526abccb4

Ziya Əmirxanlı – APA. Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

 

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir.

 

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərindən aydın eşidilir.

Apa.az

22.09.2016 10:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*