Azərbaycanca

Ermənilər arxivlərin açılmasında maraqlı deyil

19.04.2013 | 07:21

1366362904_qasim3man Qasım Hacıyev: “İfşa olunacaqlarından qorxduqları üçün saxta sənəddən ibarət layihəni tanıtmaqla məşğuldurlar..

 Qarabağ regionunun hazırda işğal altında olduğunu nəzərə alsaq, bu ərazi haqqında daha çox biliklərin öyrənilməsinə ehtiyac olduğunun vacibliyi gündəmə gəlir. Amma təəsüf ki, Qarabağın siyasi, sosial-iqisadi, mədəniyyət tarixi, o cümlədən tarixi keçmişini araşdırmaq üçün çox az qurumlar fəaliyyət göstərir. Baxmayaraq ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut etmək üçün belə qurumların mütəmadi fəal olması vacib məqamlardan olmalıdır. Hazırda daha çox Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin bu sahədə fəallığı diqqət çəkir. Qeyd edək ki, sözügedən şöbə Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq 2011-ci il yanvarın 24-də yaradılıb. Şöbənin əsas istiqamətini XIX-XXI əsrin əvvəlində Azərbaycan Respublikasının Qarabağ regionunun siyasi, sosial-iqtisadi, mədəniyyət tarixi və o cümlədən XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən ermənilərin Şimali Azərbaycanın Qarabağ regiona köçürülməsi və bu siyasətin Azərbaycan xalqı üçün törətdiyi fəlakətlərin nəticələri, XX əsrdə SSRİ dövlətinin antiazərbaycan siyasəti və müasir dövrdə Rusiya Federasiyası, ABŞ, Fransa və digər dövlətlərin Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsində tutduqları mövqe, bu münaqişənin yaradılması tarixi və digər elmi məsələlər təşkil edir.

“Qarabağ tarixi” şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Qasım Hacıyevlə rəhbəri olduğu qurumun fəaliyyəti ilə yanaşı, ermənilərin 24 apreldə ildönümünü qeyd edəcəkləri qondarma erməni soyqırımı barədə də söhbətləşdik.

 

–         Ermənilər qondarma soyqırım məsələsini müəyyən fasilələrlə tez-tez gündəmə gətirsələr də və müəyyən mənada irəliləyişlər əldə etsələr də, bəzi azərbaycanlı tarixçilər bu fəallığın nəticəsiz olacağını deyirlər…

öçürülmə barədə həm ermənilərin, həm rusların xeyli yazılı mənbələri var. Təəssüf ki, son dövrlərdə də irticaçı siyasət mütərəqqi siyasəti üstələyib və Azərbaycana müstəmləkəçilik gözü ilə baxılıb. Bütün bunlar Rusiyanın Azərbaycana olan münasibətidir. 1905-cı ildə ermənilər Qarabağda iğtişaşlar törədən zaman Rusiya onları silahla təmin edib, maddi köməklik göstərib. 1918-ci ildə Azərbaycanda xalq cümhuriyyəti yaranan kimi yenə Rusiya Ermənistanı silahlandırdı və Azərbaycana qarşı yönəltdi, 31 mart soyqırımı törədildi. Sovet hökuməti qurulandan sonra da münasibət dəyişmədi. 1937-ci ildə Rusiyadan növbəti zərbə Azərbaycan ziyalılaraının repressiyalara məruz qalması ilə vurulan zərbə oldu. 1948-53-cü ildə azərbaycanlıların doğma torpaqlarından –  qərbi Azərbaycandan qovulması da Ermənistan-Rusiya birgəliyinin növbəti addımı oldu. 1988-ci ildə isə yaxın keçmişdə baş verən Dağlıq Qarabağın işğalının başlanğıcı oldu.

 

–         Bu artıq belədir və ermənilər özləri də bu qondarma söhbətlərdən bezdiklərini etiraf edirlər. Əvvəlcə onu qeyd edim ki, guya 1915-ci ildə olmuş erməni soyqırımı hadisəsinin 50 ildən sonra təbliğatına başlanılması elə saxtakarlığın başlanğıcı idi. İlk dəfə 1965-ci ildə Komunist Partiyasının göstərişi ilə SSRİ KQB-si xarici ölkələrdə erməni soyqırımı haqqında böhtan dolu yazılar çap etdirməklə, mitinqlər təşkil etdirməklə bu məsələni gündəmə gətirməyə çalışdı. Məqsəd SSRİ-nin tərkibində olan respublikalar içərisində ən zəifi olan, nə keçmiş, nə də orta əsrlərdə bir dövlət kimi mövcud olmayan Ermənistanı dirçəltmək idi. Məlumdur ki, Rusiya hər zaman Ermənistanın himayədarı olub və Cənubi Qafqazda iqtisadi maraqlarını gücləndirmək üçün özünün vasitəçisi edə biləcəyi dövlət olaraq Ermənistan əlverişli dayaq məntəqəsi idi. Rusiya bu addımı ilə ermənilər üçün həm də daimi vətən yaratmış oldu və bu da azmış kimi, Göyçəni, Zəngəzuru bir sözlə, Qərbi Azərbaycanı ermənilərə verməklə, dini baxımdam da bu ərazidə mövqeyini möhkəmlətmiş oldu. Belə ki, İran, Türkiyə kimi müsəlman dövlətləri arasında xristian dövlətini yaranması Rusiyanın siyasi maraqları baxımından da əlverişli addım idi. Bu k

–         Bəzi siyasilər belə hesab edir ki, Qarabağda yaşayan erməniləri Ermənistanda, Ermənistanda yaşayanları isə Qarabağda məskunlaşdırmaqla münaqişəni həll etmək olardı və bu zaman müharibədən də qaçmaq olardı…

 

–         Müxtəlif dövrlərdə dəyişmə haqqında söhbətlər olub. Hələ Mircəfər Bağırovun, Xuruşşovun da hakimiyyətdə olduğu vaxtlarda da bu məsələ gündəmə gəlib. Amma o vaxt adi etnik məsələ yox, siyasi bir məsələ olduğu üçün belə söhbətlər rəsmi şəkildə cavablandırılmayıb. Ermənistan hazırda özünün əhalisini o torpaqlarda yerləşdirə bilməyəcəyi halda bizim torpaqları işğal altında saxlayır. Hazırda Ermənistanda 1.8 00000-dən artıq əhali yaşamır və bu da o deməkdir ki, Ermənistanın bu səviyyədə dövlət adı ilə saxlanılması, Dağlıq Qarabağ maraqları olan böyük dövlətlərin apardığı siyasətin nəticəsidir. Yəni faktiki Qarabağ hazırda Ermənistan tərəfindən işğal olunsa da, 20 ildən artıqdır ki, həmin torpaqlar boşdur. Bundan əlavə, hətta Ermənistandan tarixi torpaqlardan deportasiya olunmuş həmvətənlərimizdən sonra həmin torpaqlarda belə yerləşdirməyə Ermənistanda o qədər əhali yoxdur.

 

–         Hər dəfə qondarma erməni soyqırımı məsələsi gündəmə gələndə və yaxud da gətiriləndə ermənilər arxivlərin açılmasından boyun qaçırırlar. Sizcə, bu elə “erməni soyqırımı” deyilən bir məfhumun yalan olması demək deyilmi?

 

–         Ermənilər bütün dövrlərdə Rusiyanın kartı rolunda olub və onlara lazım olan vaxtlarda qabağa verilib. Türkiyədə – Vanda, Kahraman Maraşda, Sivasda, Ərzurumda ermənilərin törətdiyi qırğınların nəticəsi olaraq toplu məzarlar var və mən şəxsən öz gözlərimlə görmüşəm. Bunlardan cəmi 7-si açılıb. Sonra onlar Cənubi Azərbaycanda və Şimali Azərbaycanda soyqırımı davam etdiriblər. Mən illər öncə Vanda İbrahim Həqqi adlı 101 yaşında bir qoca ilə görüşdüm, o hansı ki, erməni vəhşiliyini gözləri ilə canlı şəkildə görənlərdən idi. O, deyirdi ki, ermənilər iki günün içərisində Van bölgəsinin 80 faizini məhv ediblər. Camaatı məscidlərə yığıb yandırıblar. Beləliklə, arxiv sənədləri açılsa məlum olacaq ki, ermənilər daha çox qırğınlar törədib və buna görə də ermənilər arxivin açılmasında maraqlı deyillər, əvəzində bir-iki saxta sənəddən ibarət layihəni dünya dövlətlərinə tanıtmaqla məşğuldurlar. Amma dünya özü Türkiyəyə qarşı ikili standartlardan çıxış edərək qondarma erməni soyqırımı məsələsini tanımaqda maraqlıdı. Çünki bu siyasəti təkcə ermənilər yox, həm də türkləri sevməyənlər aparır.

 

 

 

 

Naibə Qurbanova

KarabakhİNFO.com

19.04.2013 07:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*