Azərbaycanca

“Ermənilər babamı, nənəmi, əmilərimi bir sözlə bütün nəslimi dama yığıb yandırıblar”

30.03.2013 | 10:24

1364624821_deportasiyaXX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı üç mərhələdə aparılıb: Birinci mərhələ – 1905-1920-ci illər; ikinci mərhələ – 1948-1953-cü illər; üçüncü mərhələ – 1988-1992-ci illər. Statistik və arxiv sənədlərin də təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. 

Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib. Proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca,  uşaq və qadınların da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 min dən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Tarixi məlumatlara görə, 1918-ci ilin avqustunda Zəngəzur vilayətinin (indiki Azərbaycan ərazisilə Naxçıvan Muxtar Respublikası arasında yerləşir ) 118 kəndindən 50 mindən çox azərbaycanlı deportasiya olunub. Sonra SSRİ NazirlərSovetinin qərarı ilə 1948-53-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlı deportasiya edilib. Onların bir hissəsi yollarda,  digəri Azərbaycanın aran hissəsində acınacaqlı həyat şəraitində həlak olub. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Müsahibimiz erməni deportasiyasının ağrı-acısını bütün taleyi ilə yaşamış 85 yaşlı Əliyeva Fatma Pənah qızıdır. Fatma xanım hazırda ağır xəstə olduğundan o günləri çox çətinliklə xatırlasa da, taleyindəki deportasiya izini illərin ağrı-acısı, xoş günləri belə unutdura bilməyib.        1364624897_nn– 1927-ci ildə Vedi rayonunun Göl kəndində anadan olmuşam. 1941-45-ci illərdə İrəvan Dövlət Pedaqoji Texnikumunu bitirmişəm. 1960-cı ilə qədər orta məktəbdə müəllim işləmişəm. Valideynlərim əslən Məngük kəndindən olublar.

-Ermənilərin valideynlərinizin, xüsusilədə atanızın taleyinə vurduğu zərbənin daha dəhşətli olduğu deyilir…       

 

     – Mən erməni vəhşiliyini bütün həyatımla yaşamışam. Onların bizim nəslimizə etdiyi zülmlər ömür boyu məni izləyib. Ötən əsrin əvvəlində ermənilərin bizə məlum olan ilk soyqırımında – 1905-ci ildə erməni zülmündən bir qism azərbaycanlılar indiki İran tərəfə qaçıb, qalanlarını isə ermənilər işgəncə ilə qətlə yetiriblər. O zaman ermənilər Şahablı, Dəhnəz, Qarabağlar, Çimənvə adı yadımdan çıxan bir çox kəndlərdə iclas keçirmək adı ilə azərbaycanlıları çağırıb məscidlərə, damlara yığıb, hamısını işgəncə ilə öldürüblər.Mənim babam Molla Hümbəti, nənəm Həcər xanımı, əmilərimi birsözlə bütün nəslimi damlara yığıb yandırıblar. Bu hadisələr zamanı nəslimizdən sağ qalan yeganə insan atam olub və ölənə qədər bu dəhşətləri unuda bilmədi. Xaraba qalmış kəndləri göstərib deyirdiki, mənim əzizlərimi ermənilər bax, bu damlarda yandırıblar. Həmin dağ kəndlərinin bir çoxunun viran olmuş xarabalıqları hələ də qalırdı. Əksəriyyətində yaşayış yox idi. İnanki, aradan neçə illər ötməsinə baxmayaraq, yağan yağış, qar o damlardakı hisi-pası təmizləyə bilməmişdi. Hələdə o xarabalıqların yaxınlığından keçəndə qəribə qoxu gəlirdi. Adama elə gəlirdi insanları orada sanki indicə yandırıblar. Ermənilər özləri də etiraf edirdilərki, bu xarabalaıqlada ermənilər azərbaycanlıları diri-diri yandırdıqlarına görə, nə iy çəkilir, nə də his-pas təmizlənir.  

 

-Sonra siz özünüz də bünövrəsi hələ ötən əsrin əvvəlində qoyulmuş münaqişənin daha bir günahsız qurbanına çevrilərək yurdunuzdan didərgin düşdünüz.      

 

– Hə, elədi. Nəslimizə divan tutduqları azmış kimi sonra da özümüzü doğma torpağımızdan didərgin saldılar. İndi gördüyünüz kimi, artıq 20 ildən çoxdur evimizi tərk etmişik. Bu da o deməkdir ki, erməni vəhşiliyi bir ömür boyu məni izləyir. Yəqinki, illər sonra da belə olacaq.  

 

 

Naibə Qurbanova

“KarabakhİNFO.com ”  

30.03.2013 10:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*