Azərbaycanca

Ermənilər Cənubi Amerikada

20.02.2013 | 19:27

 1361373860_south_america Ermənilər Cənubi Amerikada

Erkən orta əsrlərdən başlayaraq bu və ya digər səbəblər üzündən dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər hətta okeanın o tayına da miqrasiya ediblər. Erməni tarixçilərinin və xarici ölkələrdə dərc olunan erməni mətbuatının yazdıqlarına görə Cənubi Amerikaya ermənilərin ilk gəlişi Uruqvaydan başlayıb. Ermənilər ilk dəfə Montevideoda məskunlaşıblar. Əvvəlcə az sayda ailələr şəklində gələn ermənilər burada bir küçədə yığcamlaşıb və bir müddətdən sonra yaşadıqları küçəni “Armeniya” adlandırıblar. Uruqvay ermənilərini ermənilər özləri Cənubi Amerikaya ilk ayaq basan “qədimdən gələnlər” kimi tanıyırlar. Ermənilər qısa zaman kəsiyində burada yerli əhali ilə münasibətləri nizama salmağa başladı. Bu ölkənin yüksək vəzifəli məmurlar və deputatları ilə daim yaxın ünsiyyət münasibətində olmaq ənənəsinə sadiqdirlər.

Uruqvay əhalisinin 85%-i şəhərlərdə və əsas hissəsi paytaxt Montevideoda yaşayır. Xatırladaq ki, 1969-cu ildə burada 2 milyondan artıq əhali qeydə alınıb. Yerli əhalinin 10%-i metislər, zəncilər və mulatlardır. Ermənilər isə burada azlıq təşkil edirlər. Belə ki, 20 aprel 1965-ci ildə “Tanıma barədə” ölkə parlamentinin qərarına əsasən dünya ölkələri içərisində ilk dəfə Uruqvay “erməni soyqırımı”nı rəsmi şəkildə tanıyıb və o zaman verilən məlumata görə burada ermənilərin ümumi sayı 10 minə yaxın idi.  Ölkədə hakim din xristianlıq olduğundan ermənilər burada daha rahat şəkildə hərəkət etməyə müvəffəq oldular.

XIX əsrin sonlarında Uruqvayda ermənilər artıq xırda-xırda icmalar şəklində formalaşmağa başladı. İcmalarda daha çox tacir və sənətkarlar, eyni zamanda missioner təşkilatları tərəfindən buraya oxumağa göndərilən tələbələr əksəriyyət təşkil edirdilər. XX əsrin əvvəllərində ermənilərin ilk siyasi təşkilatları yaranmağa başladı. Belə ki, 1921-ci ilin aprelində burada Komunist partiyasının şöbəsi yarandı və daha çox Sovet hökumətinin Kommunist partiyasındakı erməni üzvləri ilə çox sıx əlaqədə  olurdular. Qeyd etmək lazımdır ki, Ermənistan KP(b)MK-nın Bürosu 1963-cü ildə Diaspora təşkilatının yaranmasına qərar verdi. “Xarici ölkələrlə əlaqə” sektoru bir neçə ay qeyri-rəsmi olaraq MK-nın təbliğat şöbəsində tənzimləndi və Diaspora təşkilatı yaratmaq üçün hazırlıq işləri görüldü. 1964-cü ilin iyulun 25-də çağrılan konfransda Diaspora təşkilatı yaradıldı və komitənin üzvləri seçildi, Nizamnaməsi təsdiq olundu. Sədri isə Vartqes Hamazaspyan seçildi. Diaspor təşkilatının ilk işi Uruqvayda çox qısa müddətdə  müxtəlif adlarda erməni təşkilatları yaratmaq idi. Qeyd edək ki, burada ermənilərə aid ilk siyasi partiyaların filialları və humanitar təşkilatlar 1938-ci ildə yaradılıb.

XX əsrin 60-cı illərindən burada antitürk təbliğatı genişlənməyə başladı. Paytaxt Mondevideoda bu ərəfələrdə qondarma “erməni soyqırımı” rəsmi şəkildə tanındı və hətta 1915-ci ilhadisələri zamanı “tələf” olanların xatirəsinə abidə də ucaldıldı. Burada bolşevik-kommunist sisteminin əsas dayaq nöqtəsi ermənilər olduğundan siyasi siferada bir çox üstünlüklərə nail olmuşdular. Onların vasitəsi ilə Moskva burada öz maraqlarını təmin etmiş olurdu. Çünki Cənubi Amerika ölkələri içərisində ilk kommunist partiyası da Uruqvayda yaranıb.

ABŞ-da “sosializm qurmaq” məqsədi ilə Uruqvaydan başlamağı planlaşdıran SSRİ, sovet hökuməti üçün iş görə bilən bir qrup erməninin və güclü maaliyə vəsaitinin qoyuluşu hesabına siyasi dayaqlar yarada bildi. 1962-ci ildə “Azadlığın Sol Cəbhəsi” (ASF) və 1964-cü ildə “Zəhmətkeşlərin Əmək Komitəsinin” (ZƏK) fəaliyyətinin başlanmasına nail oldular. Lakin çox qısa müddət fəaliyyət göstərən bu təşkilatlar radikal mövqe tutduqları üçün 70-ci illərinəvvəllərində qapadıldı. Qapadılan təşkilatlarınəmməlləri açıqlanmadı və fəaliyyətlərinin bərpasına uzun illər icazə verilmədi. Qeyd edək ki, 70-ci illərin ortalarında burada bir neçə erməni məktəbi də açılmışdı. Bunlara misal olaraq Nubaryan, Manukyan, Ovnanyan məktəblərini qeyd etmək olar.

XX əsrdə Uruqvayda erməni diasporu ABŞ-dakı kimi fəal fəaliyyət göstərə bilmədi.Yalniz 60-cı illərdə bütün dünyada yeni erməni milliyətçiliyinin oyandığı bir  dövr kimi xarakterizə olunur və dünyanın hər tərəfində olduğu kimi Uruqvayda da bu proses gedib. Son zamanlarda bu ölkədəki erməni lobbisinin fəaliyyətində Türk dünyasına qarşı, ələxsusda Azərbaycanın ərazi bütövlüyünə qarşı, Dağlıq Qarabağa qarşı yeni “siyasi əməliyyat” hazırlanıb. 2011-ci ilin sentyabrında Uruqvayın Xarici İşlər naziri doktor Luis Dağlıq Qarabağın Müstəqilliyini tanıyacaqları barədə sərsəm fikirlər də səsləndirmişdir.

Bu gün Ermənistan Diaspor təşkilatının rəsmi sənədlərində, bir sıra erməni yazarların və həmçinin internet materiallarına nəzərən deyə bilərik ki, hal-hazırda Uruqvayda 19 000 erməni yaşayır. Bir qədər əvvəlki dövrə qayıdsaq bu əhalinin uruqvaya miqrasiya tarixini 3 dövrə bölmək olar:

  1. 1800-cü illərdə gələnlər;
  2. 1915-1921-ci illərdə başqa ölkələrdən gələnlər;
  3. XX əsrin sonlarında gələnlər.

Xatırladaq ki, 90-ciillərdə SSRi-nin süqutu, Qafqazda siyasi sabitliyin pozulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi, Ermənistanda 1988-ci il Spitak zəlzələsi və bu ölkədə sosial-iqtisadi vəziyyətin həddindən artıq dözülməz olması ilə əlaqədar olaraq ermənilərin daha çox üz tutduğu ölkələr okeanın o tayına yönəldi. Qeyd edək ki, Uruqvaydakı erməni kilsə xadimlərini daha çox narahat edən məsələ ermənilər arasinda assimilyasiya hallarının sürətlə getməsidir. Ermənilərin əksəriyyəti digər millətlərlə, əsasən də fransız və italiyan mənşəlilərlə ailə qururlar. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, son iyirmi ildə ailə quran 10 ermənidən altısı digər millətlərlə nigah bağlayıb. Bunun nəticəsidir ki  erməni gəncləri  arasında millilik ruhu getdikcə zəifləməyə başlayır, əksinə isə türk dünyasına qarşı irqi millətçiliyik duyğuları daha da yüksəlib. Həmçinin son 20 ildə ermənilər arasında protestantların sayı da xeyli artıb.

Eyni zamanda Montevideo şəhərində erməni rəqs qrupu fəaliyyət göstərir və mədəniyyət mərkəzi yaradılmışdır. Burdakı erməni ziyalıları və din xadimləri hər vasitələrə əl ataraq ermənilərin assimilyasiyasınının qarşısını almağa və milliliyin qorunmasına canfəşanlıqla çalışırlar. Son illərdə Uruqvaydan Ermənistana köçüb gələn, məskunlaşmaq istəyində olan və mülkiyyət əldə edənlər barədə məlumatlar yoxdur.

 

 

 

   Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

   KarabakhİNFO.com

 

 

   İstifadə olunan ədəbiyyat

 

  • Atamoğlan Məmmədli. Ermənilərin gerçək tarixi, Bakı, Elm nəşriyyatı,  2005, 441 s.
  • AMEA Şərqşünaslıq İnstitutu. Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və Dünyada, (hadisə və faktların xronikası), Bakı, Elm, 1994, 181 s.
  • Bəxtiyar Nəcəfov. Düşmənin iç üzü: XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorizminin tarixi, III cilddə, I Cild, Bakı Çaşıoğlu, 2007, 438 s.
  • Cəlal Əliyev., Budaq Budaqov. Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqi-qətin soyqırımı,  Bakı, Azərbaycan Nəşriyyatı, 2003, 71 s.
  • Maksim Musayev “Ermənilər Amerikada”, Bakı, Nurlar, 2012, 127

 

 

20.02.2013 19:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*