Azərbaycanca

Ermənilər Cənubi Qafqazda aborigen deyillər

26.08.2013 | 17:38

1392811936_musa_qasimli124Musa QASIMLI

Milli Məclisin deputatı

Tarix elmləri doktoru,professor

 

Azərbaycanın Dağlıq Qarabağ regionu Ermənistanın Azərbaycana təcaüvüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizdə bir sıra əsərlər, məqalələr yazılıb. Ölkəmizlə yanaşı xarici ölkələrdə də bu sahədə bir sıra məqalələr çap olunub. Mənim öz fəaliyyətimə gəldikdə isə deyə bilərəm ki, Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra Azərbaycan, Rusiya, Türkiyə, Argentina və digər ölkələrdə kitab, məqalə və tezislərim dərc olunub. Bütövlükdə Azərbaycan tarix elmi bu istiqamətdə əhəmiyyətli işlər görüb, amma mən hesab edirəm ki, onlarla kifayətlənmək olmaz. Daha çox xarici ölkələrin arxivləri, xüsusən Rusiya və Gürcüstanda olan arxivlərin materialları elmi dövriyyəyə daha çox gətirilməlidir. Mən Rusiya və Gürcüstan arxivlərində işləyərək bir çox materialları elmi dövriyyəyə gətirmişəm. Onların nəticəsi yaxınlarda işiq üzü görəcək kitablarda əks olunacaq. Bununla belə hesab edirəm ki, gəncləri bu işə daha çox yönəltmək lazımdır. Gənclərimiz bu məsələ ilə daha yaxından məşğul olmalıdırlar. Mən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş erməni müəlliflərinin yazdığı “əsər”lərlə yaxından tanış olmuşam. Həmin “əsərlər”də tarix saxtalaşdırılır, Ermənistanın təcavüzünə haqq qazandırılır, lakin tarixi gerçəklik bundan ibarətdir ki, təkcə Dağlıq Qarabağ regionuna deyil, bütövlükdə Cənubi Azərbaycan ərazisinə ermənilər Azərbaycan bölüşdürüldükdən sonra yerləşdiriblər. Onlar bu regionda aborigen deyillər, sonradan gəlmədilər, köçürülmədilər. Erməni müəllifləri hər vəchlə Dağlıq Qarabağın işğalını əsaslandırmağa çalışırlar. Lakin onu unudurlar ki, Cənubi Qafqazda erməni dövləti heç bir zaman mövcud olmayıb, yalnız 1918-ci ildə Azərbaycan torpaqlarında yerləşdiriliblər.

 

26.08.2013 17:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*