Azərbaycanca

Ermənilər dumanlı Albionda

27.02.2013 | 17:53

1364820698_1354274316_taleh_bey“Ermənilər Hindistanın işğalına kömək ediblər”

İngiltərə ABŞ və Fransaya nisbətən erməni diasporunun sayca çox az olduğu ölkələrdən biridir. Bu gün sorğu və araşdırma mərkəzlərinin apardıqları araşdırmalara görə İngiltərədəki ermənilərin ümumi sayı 15-20 min arasında olduğu qeyd edilir. İngiltərədə ermənilərin təxminən 200 ildir Osmanlı imperatorluğuna və daha sonra Türkiyəyə qarşı bir kompaniya təşkil etdiyi və XIX əsrin sonlarında bir neçə 100 nəfərlik bir icma ilə İngiltərə cəmiyyətinə necə təsir etdiyi diqqətçəkici bir məqamdır. İngiltərədə ermənilərin fəaliyyətini təhlil etdiyimiz zaman qeyd edə bilərik ki, İngiltərənin uzun müddət beynəlxalq aləmdə Türkiyəyə qarşı erməni fəaliyyətlərinin mərkəzi olmasıdır. ABŞ-da erməni lobbisi güclənməsinə qədərki mərhələdə erməni diasporu mövqeyini London mərkəz olmaqla davam etdirmiş, Avropa və ABŞ-da XX ikinci yarısında yerdəyişdirmə hərəkətləri ilə mərkəz okeanın o tərəfinə keçmişdir. Buna baxmayaraq İngiltərə Avropa və ABŞ-da arasındakı coğrafi mövqeyini və dünya ictimaiyyətini təsir gücünə görə hələ də öz mövqeyini saxlamaqdadır.

Erməni alimlərinin fikirlərinə görə ermənilərin İngiltərədəki mövcudluğu VII əsrə təsadüf edir. Məhz bu dövrdə İngiltərədəki ermənilərin sayı onlarla ifadə edilməkdədir. Bəhs olunan dövrdə İngiltərəyə gələn ermənilərdən bəziləri Ərəb İslam dövlətinin, Cənubi Aralıq dənizi, Ərəbistan, Bəsrə körfəzi və İrandakı miqrasiyaları nəticəsində Avropaya gələn ermənilərdir və bunlardan az sayda olsa da, bir qismi Böyük Britaniya adalarına, hətta İrlandiya adasına da keçmişdir. Buraya gələn ilk ermənilər arasında Bizans və fars sənətini mənimsəyərək təkmilləşən ermənilər daha çox sənətkarlıq sahələri ilə məşğul olmağa başladılar. Bunlar içərisində memar, rassam və pinəçilərin sayı üstünlük təşkil edirdi.

Qeyd etmək lazımdır ki, orta əsrlərdə tayfalararası və dövlətlərarası əlaqələrdə din və ticarət əlaqələri sürətlə inkişaf etməkdə idi. Xüsusilə, Xaç yürüşləri ərəfəsində Kilikiya bölgəsindəki ermənilər ilə İngiltərədən bu yürüşə qatılanlar arasında qurulan ilk münasibətlər çox yüksək səviyyədə idi. Müsəlman dövlətlərə qarşı xaçlılar ilə bir ittifaq yaradan ermənilərin bu isti münasibəti, digər xaçlılar kimi, ingilis xaçlıları arasında da bir rəğbət formalaşdırdı. Erməni mənbələri “Şir ürəkli Riçard” ilə erməni kralı II Leonun 1191-ci ildə Kiprdə görüşdükləri və bu əlaqələrin IV Leonun Fransa və İngiltərə səfərləri ilə davam etdirildiyini yazmaqdadır. İngilis ortadoks kilsəsi isə İngiltərədə ilk erməni din xadiminin 1250-ci ildə Cronicles of Matthevv Parisdə yerləşdiyini və buna görə də tatar işğallarından qaçan bir qrup erməninin İngiltərəyə sığınmış olduğunu, ancaq İvoya gəldikləri zaman erməni din xadiminin öldüyünü qeyd edir. Tarixçilərdə maraq doğuran digər məsələ erməni kralı V Leonun Londona gələrək (1385) Misir məmlük axınlarına qarşı Avropada bir erməni kompaniyası formalaşdırmasıdır.  Başqa bir sənəddə isə kral III Henry ilə Hetum arasındakı məktublaşma bu iki toplum arasındakı münasibətlərin bir dəlili kimi qeyd etmək olar.

XVI əsrdə İngiltərədəki ermənilərin bu ölkəyə daha çox Avropa qitəsindən gəldiyini qeyd etmək olar. Bu köçlərin əsas ağırlıq mərkəzi Hollandiya olduğu üçün buradan İngiltərənin cənub limanlarında məskunlaşması üçün münbit şərait yaranmışdı. Köçlərin sayəsində burada xırda erməni icmaları formalaşmaqda idi. Kral Kromvelin hakimiyyəti dövründə Pyemont (Cənubi İngiltərə) yaxınlığında az sayda erməni icmasının olduğu haqqında məlumatlar mövcuddur.

İstər xaç yürüşləri, istərsə də sonrakı dövrlərdə bu ölkədə məskunlaşan ermənilər İngiltərə və digər Avropa ölkələrindən yardım kampaniyalarına başladılar. XVII əsrdə ölkənin müxtəlif ərazilərinə səpələnmiş bir çox erməni tacirləri bu işdə ön plana keçdilər. Çünki erməni tacirləri şərq dillərini farsca, hindcə, osmanlıca və s. dilləri çox yaxşı bilirdilər. Eyni zamanda ermənilərin xristian olmaları onların həm şərqdə, həm də qərbdə mövqelərini gücləndirirdi. Məhz bu üstünlüklərini möhkəmləndirən ermənilər bir müddət sonra İngiltərənin xarici siyasətində mühüm rol oynamağa başladılar.

XVII-XVIII əsrlərdə Hindistanda və ən əsası Asiyada sümürgəçilik siyasəti aparan İngiltərə üçün ermənilər çox yaxşı bir vasitə ola bilərdi. Biz bunu İngiltərənin Hindistana ilk girişində ermənilərin önəmli rol oynadığını qeyd edə bilərik. Xüsusilə, bölgəni çox yaxşı tanıyan və dil problemi olmayan ermənilər ilk olaraq ingilislərə könüllü şəkildə yardım etdiklərindən İngiltərənin Şərq ticarətində önəmli bir paya sahib oldular. Ermənilərin İngiltərə ilə Hindistan arasındakı ticarətdə daha çox Maniçestr-Kəlküttə xəttində ön plana çıxdıqları qeyd edilə bilər. Bu gün İngiltərədəki erməni icmaları Hindistanın İngiltərə tərəfindən tarixən işğalçılıq siyasətinə hər an dəstək verdikləri üçün özlərini çox xosbəxt hiss edirlər.

XVII əsrin sonunda (1688) erməni tacirlərin yuxarıda qeyd etdiyimiz xidmətləri nəzərə alınaraq Kral fərmanı ilə mükafatlandırılaraq “İngiltərənin Azad Vətəndaşları” statusu  əldə etmişlər. İngilislər ilə ermənilər arasında bu isti münasibətlər 1947-ci ilə-İngiltərənin Hindistandan çəkilməsi dövrünə qədər davam etmişdir. Ümumiyyətlə, bu dövr ərzində ermənilər xristian olduqları üçün ingilislər tərəfindən “təbii müttəfiq” kimi qəbul edilmişdilər. İngiltərənin Hindistandakı ağalığı aradan qalxdıqdan sonra ermənilərin mühüm bir qismi bu ölkədən köç etmək məcburiyyətində qaldılar. Hal-hazırda İngiltərə erməniləri erməni kilsəsi ilə əməkdaşlıq nəticəsində Hindistanda erməni varlığını davam etdirməkdədirlər.

Ticarətdəki nailiyyətləri ermənilərin ingilis cəmiyyətinə yaxınlaşmasını asanlaşdırmış və beləcə sənətdən ədəbiyyata müxtəlif sahələrdə ermənilər mövqe tutmağa başladılar. XVIII əsrin əvvəllərində saylarının çox az olmalarına baxmayaraq ermənilər ermənicə və ingiliscə mətbuat sahələrində iş qurmaq üçün Kraliça Ann nəzarətində fəaliyyətə başladılar. Bunun üçün Baş yepiskop Tomas Vanadetsi Kraliça ilə görüşərək ondan bu iş üçün maddi və mənəvi dəstək istəmişdir. Vanadetsi bununla yanaşı York baş yepiskopu ilə də görüşdü və nəticədə Amsterdamda özü tərəfindən nəşr edilən ermənicə kitabların geniş bir kolleksiyasini Oksford Bodlein Kitabxanasına bağışlamışdır.

Getdikcə özlərinə mühüm mövqelər qazanan ermənilər 1780-ci ildə burada ilk mətbəələrini yaratdılar. 1736-ci ildə erməni mənşəli Whiston qardaşları Londonda Movses Khorenatsinin “Erməni tarixi” adlı əsərini latın dilinə çevirdilər. Məhz bununla kitab Avropa məkanına yayılmağa başladı. Əsər 1752, 1827, 1865 və 1881-ci illərdə ermənilərin azlıq təşkil etdikləri Venediktdə (İtaliya) dəfələrlə nəşr edildi. Əsər 1841-ci ildə fransız , 1869-cu ildə isə alman dillərinə tərcümə edildi.

XIX əsrdə İngiltərə erməniləri sosial-iqtisadi baxımdan elə də ciddi imtiyazlar əldə edə bilməmişdilər. Getdikcə burada erməni icmaları diaspor halında birləşməyə başladılar.

 

 

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

KarabakhİNFO.com

 

 

   İstifadə olunan ədəbiyyat:

  1. Kamuran Gürün. Ermeni Dosyası, İstanbul, Bilgi yayınevi, 2012, 473 s.
  2. Bayroman Kodaman. Türkler-ermeniler ve Avrupa, Ankara, Süleyman Demirel Üniversitesi Fen-Edebiyat Fakültesi, 1994, 57 s.
  3. Sedat Laçıner. Ermeni Sorunu, Diaspora ve Türk Dış politikası, Ankara, Uluslararası Stratejik Araştırmalar Kurumu, 2008, 654 s.
  4. Samuel A. Uimz. Ermenistan Terörist “Hıristiyan” ülkenin sırları, İstanbul, 2006, 390 s.

 

 

27.02.2013 17:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*