Azərbaycanca

Ermənilər helikopterin yeni görüntülərini yayıb – VİDEO

17.11.2014 | 11:04

76505Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində vurulan Ermənistanın hərbi helikopterinin yeni görüntüləri yayılıb.

 

Erməni mətbuatının yaydığı videoda hər iki helikopterin cəbhə xətti boyunca uçduğu və helikopterlərdən atəş açıldığı aydın şəkildə görünür. Halbuki, Ermənistan tərəfi bəyan etmişdi ki, həmin helikopterlərdə heç bir silah olmayıb və sadəcə uçuşlar həyata keçiriblər. Guya Azərbaycan Silahlı Qüvvələri dinc şəkildə uçuşlar həyata keçirən helikopteri vurublar.

 

 

Erməni mətbuatında yayılan bu video isə Ermənistan Müdafiə Nazirliyinin bu bəyanatının həqiqətə uyğun olmadığını ifşa edib. Belə ki, videoda hər iki helikopterdən atəş açıldığını görmək mümkündür.

 

 

 

“KarabakhİNFO.com”

 

 

17.11.2014 11:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*