Azərbaycanca

Ermənilər indi də diasporanı orduda xidmətə çağırırlar

15.01.2015 | 18:34

rdu

 

 

 

Ermənistanın unikal hakimiyyətinin ağlına yeni ideya batıb: diaspora gənclərini erməni ordusunda xidmət etməyə çağırmaq istəyirlər. Bu məqsədlə Ermənistan Müdafiə Nazirliyində hətta diqqətəlayiq  görüş də  keçirilib.

 

 

 

 

 

 

Diaspora naziri Hranuş Hakopyan təşkil etdiyi “Evə gəl” proqramı iştirakçısı olan erməni diasporasının 50 gəncini Ermənistanın müdafiə naziri Seyran Ohanyanın yanına aparıb. Görüş zamanı diaspora naziri “Evə qayıt” proqramı çərçivəsində Ermənistanın Müdafiə və Diaspora Nazirliklərinin əməkdaşlığını yüksək qiymətləndirərək qeyd edib ki, “əməkdaşlığın inkişafı “Orduya gəl” proqramını həyata keçirməyin mümkünlüyünü reallığa çevirir”.

 

 

Əlbəttə, bilirsiniz ki, Ermənistan hakimiyyəti bununla birdəfəlik bir neçə problemi həll etməyi qarşısına qoyub. Diasporaya guya erməni ordusunun nə qədər yaxşı olduğunu göstərmək üçün əvvəl bir neçə diaspora ermənisinin beynini yeyərək orduya aparacaqlar. Tez-tez baş verən qətllər və intiharlar isə yəqin təsadüflərdir. Sonra, madam ki, sürətlə artan miqrasiya, qətllər və intiharlarlar, bir-birini zədələmə və hərc-mərclik səbəbindən orduda əsgərlərin sayı azalır, həmin çatışmazlığın yerini bu qaydada doldurmağa ümid var. Lakin diaspora naziri erməni ordusunun imicinə görə həqiqətən narahatdırsa və həqiqətən nəsə yaxşı bir şey etmək istəyirsə, onda qoy “şanlı erməni ordusunun” adətləri haqqında məlumatı olmayan diaspora ermənisini orduya çağırmazdan əvvəl, yaxşı olar ki, erməni ordusunda xidmət keçməmiş hakim dairələr, çinovniklər və deputatlar üçün bu cür “Orduya gəl” proqramı təşkil etsin.

 

 

Ermənistanda dövlət səviyyəsində atılan bu cür hallar bu ölkədə hərbi kadr çatışmazlığının bariz nümunəsidir. Onsuz da “şanlı erməni ordusunun” “qəhrəmanlıqları” sərhəd tanımır. Əsgərlərin bir-birinə olan münasibəti, güllələmə və digər məsələlər. Üstəgəl də, hazırda ordudan yayınma halları da Ermənistan Respublikasında kifayət qədərdir.

 
Atılan bu cür addımlar işğalçı ölkənin acı taleyindən xəbər verir. Bu gün ermənilər nəinki Dağlıq Qarabağda, elə Ermənistanın öz ərazisində belə xidmət keçmək istəmirlər. Getdikcə qonşu ölkədəki kadr çatışmazlığı başqa mümkün variantları da nəzərdən keçirməyə vadar edəcək. Necə ki, ermənilər gəlib köçməyi və köçürməyi yaxşı bilirlər. Hansı ki, Suriya münaqişəsi zamanı Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa bir neçə erməni ailəsi köçürülmüşdü. İndi isə üzlərini diasporanın gənc kadrlarına tutublar. Torpaq əzəli, tarixi torpaq olmayanda tarix də səni cəzalandırır. Bu gün o torpağı qorumağa əsgər tapmayacaqsan, sabahsa o boş torpaqda yaşamağa adam.

 
Ermənistandakı son güllələnmə olayı da (Rus hərbçisi bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmişdi) Ermənistan ordusunun mövcud problemlərindən xəbər verir. Yeri gəlmişkən, bu ölkəni Rus əsgəri gəlib qoruyur, amma, erməni əsgəri yox! Kim bilir, erməniləri nəinki özləri, heç Allah da qorumayacaq . . .?!

 

 

 

 

 

Sabir Babayev

“KarabakhINFO.com”          

 

   

15.01.2015 18:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*