Azərbaycanca

Ermənilər itkilərini etiraf edirlər

26.03.2015 | 13:03

Ermənilər daha bir əsgərlərinin ölüm xəbərini etiraf ediblər.

 

91798d7d9edb6a8a1178ac40dd7a4ae5

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb. Məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində yaralanmış erməni əsgərlərindən biri Samvel Sasunoviç Akopyan ölüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimizin düşmənə ağır zərbə vurduğu, 20-dək hərbi qulluqçusunun məhv edildiyi və yaralandığı barədə məlumat yayıb.

Ermənistan rəsmi qurumları isə yalnız bu ölkənin vətəndaşı olanlarla bağlı itkiləri açıqlasalar da, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdikləri əhali arasından hərbi xidmətə çağırılanlarla bağlı məlumatları KİV-dən və erməni ictimaiyyətindən gizlədirlər.

26.03.2015 13:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*