Azərbaycanca

Ermənilər Laçında yeni qəsəbə salır – FOTO+VİDEO

27.08.2014 | 12:22

IMG_0125 (1)Azərbaycanın işğal edilmiş torpaqlarının erməniləşdirilməsi prosesi bu günümüzə qədər  həyata keçirilməkdə davam edir və  işğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma prosesi sürətləndirib.

İşğal olunmuş torpaqlarımızda olan, Azərbaycan xalqının tarixi keçmişinə məxsus dini, mədəni və tarixi abidələrimiz ermənilər tərəfindən saxtalaşdırılaraq bu torpaqların guya onlara aid olmasını dünya ictimaiyyətinə sübut etməyə çalışırlar. Ermənilər tərəfindən Azərbaycan (türk) toponimləri dəyişdirilib uydurma erməni adları ilə əvəz edilir və bu cür uydurma məlumatlar müxtəlif xarici ölkələrin mətbuat səhifələrində də dərc olunmaqdadır.

İraqdan, Suriyadan və başqa ölkələrdən gəlmiş erməni ailələri işğal edilmiş yaşayış yerlərində, həmçinin Laçın rayonunda yerləşdirilir. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Laçının Zabux və Cağazur kəndlərində də ermənilər quruculuq, abadlıq işləri aparırlar. Belə ki, Laçın rayonu işğal edildiyi zaman tamamilə məhv edilmiş Zabux kəndi ərazisində yeni qəsəbə salınır və adı dəyişdirlərək Aqavno adlandırılıbdır. Zabux kəndi Gorus rayonu ilə həmsərhəd kənddir və Xankəndi ilə Gorus rayonunu birləşdirən maqistral avtomobil yolu bu kəndin içərisindən keçir. Qəsəbədə tikiləcək evlər günəş batareyaları ilə qızdırılacaq. Zabuxda yaşamaları üçün yerləşdirilən ailələrə əlavə olaraq yardım da veriləcək.

 

 

 

 

 

Məlumat üçün bildirək ki, Zabux Laçın rayonu inzibati ərazi vahidində yerləşir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

 

 

 

 

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən (Çay qovuşan) bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayın sol sahilində yerləşirdi. Sonradan kənd böyümüş – çayın o tayında Alxan dərəsində də evlər tikilmişdi. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində – Zabux çayın (Minkənd çayı da deyirdilər) üstündə idi. Kənd Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşirdi. Ermənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Üç kənddən ibarət (Zabux, Sus, Qızılca) “Komsomol” kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə ta qədimdən su dəyirmanı olub. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda silos quyuları, böyük anbarlar, geniş ərazidə ot taya yerləri vardı. Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər ), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdır.

 

 

 

1918-1920-ci illərdə erməni ordusu Andronikin rəhbərliyi ilə bu kəndin yaxınlığında məskən salaraq buradan Qarabağa keçmək istəyirdi. Xalq qəhrəmanı Sultan bəy Sultanovun başçılığı ilə yaradılmış yerli özünü müdafiə dəstələri Andronikin ordusu ilə bu kənddə qarşılaşmışdır.

 

 

 

 

1918-1920-ci illərdə  indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı Azərbaycan türklərinin apardığı müharibədə “Zabux döyüşü” nün xüsusi əhəmiyyəti var. Erməni generalı Andronikin başçılığı ilə Azərbaycan torpaqlarını  işğal etmək istəyən 15 minlik erməni ordusu Sultan bəy Sultanovun başçılığı ilə məhz Zabux kəndində məhv edildi.

 

 

 

Laçınlı Sultan bəyin Azərbaycanın ən qəddar düşmənlərindən biri, ermənilərin isə çox böyük önəm verdiyi Andronik üzərindəki qələbəsi hərb tariximizin çox şərəfli səhifələrindən biridir.

 

 

 

Tarixdə ermənilərlə  olan döyüşlərin ən böyüyü və ermənilərin ən çox əsgər, silah-sursat itirdikləri döyüş Zabux  döyüşü olmuşdur. Sultan bəy Sultanovun rəhbərlik etdiyi həmin döyüşdə Andronikin ordusu darma-dağın edilmişdir. Zabux  kəndindən  Abdallara (Laçına) qədər olan uzun bir məsafədə heç bir erməni əsgəri canını Sultan bəyin döyüşçülərinin əlindən qurtara bilməmişdir. Qırğının ən çox olduğu məkan isə Zabux çayından körpüdən keçən yerdə – körpünün hər iki sahilində olmuşdur. Sultan bəyin dəstəsi çox az itki vermişdir.

 

 

 

Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilmir. Onun səfərbər etdiyi 15 mindən çox erməni qulduru Zabux dərəsində Sultan bəy tərəfindən məhv edilir. Ermənilərin ona inamı itir. Tarix elmləri doktoru, professor Xəqani Məmmədov Andronikin sonrakı taleyi haqqında yazır: “Qarabağın qubernatoru Xosrov Paşa bəy Sultanovun qətiyyətli mövqeyi və tədbirləri nəticəsində Andronik məhv edilmiş ordusundan qalan  süvari və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçdı”.

 

 

 

Yazıçı S.Eloğlu “Zəngəzur hadisələri” kitabında Zabux döyüşü haqqında Laçın ağsaqqallarının xatirələrini təsvir etmişdir. O, göstərir ki, Sultan bəy Zabux döyüşündə Andronik 170 qatır yükü silahını, toplarını ələ keçirib  minlərlə əsgərini məhv etmişdir.

0818_Mayor-Matevosyan 0818_the-river-and-the-new-houses (1) 1426480_751334528246409_4561921098411171095_n 1501819_751334384913090_8972792610578150975_n 10403260_10203053668474961_8294618042031189920_n 10413423_751334314913097_5653462722674423999_n (1) (1) 10422160_751334584913070_2467320124151981451_n 10606489_751334394913089_9135804430925508533_n ari_project (1) AriVan-20-July-2014 DSCN1099 (1) DSCN1101 DSCN1214 IMG_0125 (1) IMG_0129 (1) (1) IMG_0138 (1)

 

 

 

 

 

 

 

 

 

Ramin Cəbrayılov

“KarabakhİNFO.com”

 

27.08.2014 12:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*