Azərbaycanca

Ermənilər Osmanlı hakimiyyəti dövründə

04.04.2014 | 10:42

1396593599_ermeniler-osmanli-hakimiyyeti-dovrunde1324-cü ildə Bursa osmanlılara mərkəz olunca Kütahya və Əskişəhər ətrafında yerləşmiş ermənilər Bursaya köçdülər. Onlarla birlikdə erməni ruhani rəisi (patriarx) də Bursaya köçdü. Fateh Sultan Məhməd İstanbulu fəth etdikdən (29 may 1453) sonra özünü Roma imperatorluğunun yeganə qanuni varisi saymışdı. Yunanlı Georgios Trapezuntios da Fatihə belə xitab etmişdi: “Heç kim şübhə etməz ki, sən Roma imperatorusan. İmperatorluq mərkəzini hüquqən əlində tutan kəs kimdirsə, imperatoru da odur. Roma imperatorluğunun mərkəzi İstanbuldur.” (52). Beləcə, Fateh Sultan Məhmədin fəthdən əvvəl Ədirnə sarayında topladığı yüksək bir məclisdə söylədiyi tarixi və uzun nitqində dediyi kimi (53): “Türklər tarixi vəzifələrini yerinə yetirib atalarına xeyirli bir xəlifə olduqlarını ortaya qoyacaqlar…” Həqiqətən də, türklər Bizansın varisi olmağı haqq edəcəkdirlər.

 

Fateh Sultan Məhməd İstanbulu fəth edib iylənmiş Bizansa son verdikdən sonra rumlara lütf və ehsan etdiyi din və vicdan hürriyyətini ermənilərdən də əsirgəməmişdir. Ermənilərin Osmanlı idarəsinin altına girmədən əvvəl nə siyasi, nə də iqtisadi bir təşkilatlanmaları vardı. O bölgələrdəki güclü dövlətlər onları yüzillər boyunca bir qul kimi çalışdırmış, onlara bir haqq verməyi heç düşünməmiş, din və iqtisadi mövzularda özlərilə birləşmələri üçün onları təzyiq altında tutmuşdular. Erməniləri bu vəziyyətdən qurtaran, onlara hər cür haqqı verən və erməniləri himayəsi altına alan Fateh Sultan Məhməd İstanbulu fəth etdikdən sonra erməniləri dini inamlarında sərbəst buraxmış, Bursadakı erməni ruhani rəisi Hovakimi İstanbula gətirərək erməni patriarxlığını qurdurmuş, ona “Bütün Türkiyə ermənilərinin patriarxı” adını vermişdir. Bu patriarxa Rum ortodoksları xaric, bütün digər xristian məzhəblərinin din işlərini idarə etmək vəzifəsi də verilmişdir. İstər erməni, istərsə də rum patriarxları öz camaatlarının dini və sosial işlərilə maraqlanır, camaatlarına aid əmlakı idarə edir və bu əmlakın gəlirlərini toplayardılar. Osmanlı idarəsindəki ermənilər nə siyasi, nə də ictimai bir təşkilat qura bilməmişlər, ancaq islamın xoşgörüsündən faydalanaraq din və vicdan hürriyyətlərilə birlikdə milli mədəniyyət və varlıqlarını qoruya bilmişlər. Osmanlı idarəsi altında türklərin adətlərini mənimsəmişlər. Dövlətin güclü zamanlarında əllərində hər hansı bir pislik etmə imkanı olmadığı üçün sadiq bir varlıq olaraq düşünmüşlər. Onlar əsgərliyə alınmadıqlarına görə sayıları çox tez artdı. Türk-islam dövlətinin bağışladığı hürriyyətlərdən geniş ölçüdə istifadə edərək sənət, ticarət və ziraətdə irəlilədilər. Türkiyənin ticarət və sənətini əllərinə aldıqları kimi, Anadolunun ən məhsuldar torpaqlarının da sahibi oldular. Ermənilər Osmanlı imperatorluğun çökmə dövründə özlərinə hami deyə qəbul etdikləri Rusiyaya Türkiyədə çox azad və xoşbəxt yaşadıqlarını anlatmışlar. Erməni tarixşünası Vartanyan belə deyir: “Türkiyə ermənisi rus ermənisinə görə erməni mədəniyyəti, dili, tarixi və ədəbiyyatı baxımından çox güclü və sərbəst idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq hələ Avropada bilinmirdi. Erməniləri yer üzünə dağılmış tacirlər, öz mənfəətlərindən başqa bir şeylə əlaqəsi olmayan şəxslər, yəhudilər kimi vətənsiz, milliyyətsiz, sərsəri olaraq tanıyırdılar”.

 

Ermənilər bu dövrdə o zamana qədər heç bir məmləkətdə və bir başqa dövlətin idarəsində çata bilmədikləri din, dil, düşüncə sərbəstliyilə siyasi və sosial haqlara Osmanlı dövlətinin hər hansı bir vətəndaşı kimi sahib olmuş və beləcə yaşamışlar. (54). Əslində ermənilərin Bizansın zülmündən qorunmaları üçün Anadoluda ayrı bir camaat olaraq təşkilatlanmalarına icazə verənlərin ilki Osmanlı padşahı Orxan (1326-1362) olmuşdur. Məzhəb yönündən birlik göstərmələri səbəbilə milli ehtiraslarını qoruya bilməmiş, türkləşmiş, hətta dil olaraq belə türkcəni mənimsəmiş bir cəmiyyət olan ermənilər (55) XIX əsrin əvvəllərində “Milli Sadıka” adı ilə adlandırıldılar. Onlar 1856-ci il islahat fərmanından sonra valilik, baş müfəttişlik, elçilik, hətta nazirlik mövqelərinə belə gətirildilər(56).

 

Başlanğıcda siyasi mövzularla maraqlanmayan erməni din adamları zaman keçdikcə siyasətdə çox əhəmiyyətli rollar oynamağa başladılar. İrəlidə bütün ayrıntılarıyla açıqlayacağımız erməni “probleminin” ortaya çıxmasında XIX əsrin sonlarında Osmanlı torpaqlarında müxtəlif əməlləri olan xarici dövlətlərin təhrikləri nəticəsində müxtəlif məqsədlərlə fəaliyyət göstərən erməni komitələri ilə birlikdə erməni din adamlarının da böyük payı vardır.

 

Osmanlı idarəsi ermənilərə o qədər geniş haqlar vermişdi ki, erməni patriarxı öz ixtiyarı ilə ruhani rəislərini tutduqları vəzifələrdən azad edir, keşişləri ruhanilikdən ayırır, dini ayinlər haqqında qərar verir, nigah işlərini idarə edirdi. Xülasə, ermənilər Türkiyədə çox xoşbəxt bir həyat sürürdülər. Ermənilərin Osmanlı idarəsində bu qədər sakit və xoşbəxt həyatlarını pozan tək bir məsələ onların öz aralarındakı məzhəb davaları idi. Bəzi ermənilər 1701-ci ildə papalığa, yəni katolik məzhəbinə qarşı meyl hiss etməyə başladılar. Bu hadisə ermənilər arasında çəkişmələrə, hətta vuruşmalara yol açdı. Günlər keçdikcə ermənilərin öz aralarındakı dini çəkişmələri xaricilərin Osmanlı dövlətinin daxili işlərinə müdaxiləsi şəklini almağa səbəb oldu. Osmanlı dövlətinin güclü zamanlarında onun sadiq varlıqları olan ermənilər öz aralarındakı dini çəkişmələri dövlətin daxili işlərinə qarışmaları vəziyyətinə salma istəyinə düşdülər.

1830-cu ildə Osmanlı dövlətinin çox çətin daxili və xarici məsələlərə başı qarışdığı zaman fransızlar katolik erməniləri himayə etməyə və beləliklə, dövlətin daxili işlərinə burunlarını soxmağa başladılar. Fransızların bu hərəkətlərinin qarşısını almaq üçün Osmanlı dövləti erməni məsələsini qaydaya salmaq

lüzumunu hiss etdi. Beləcə, ermənilər ilk dəfə dövlətin daxili işlərinə xaricilərin qarışması yolunu açmış oldular.

Osmanlı dövləti bütün Avropa dövlətlərinin əvvəldən bəri izlədikləri xaçlı siyasətinin təzyiqi altında yeni-yeni hadisələrlə qarşılaşmağa başlamışdı. Dövlətin bu çətin, qarışıq vəziyyətindən faydalanmaq istəyən ermənilərin də qorxaq və çəkingən addımlarla digər azlıqların izlədikləri siyasəti təqib etdiklərini erməni tarixşünası Vartanyan belə açıqlayır: “Türk idarəsi pozulmuşdu. Açıqgöz və təhsilli ermənilər millətlərinin yüksəlməsinə qeydsiz qala bilməzlər. Qafqazdakı katolikos Nerses və digər din adamları iranlılara qarşı çarpışarkən, ermənilər “xəstə” Türkiyənin mirasından faydalanmaq istədilər. Onların gözləri qabağında əsrlik qonşuları olan rumlar türk boyunduruğundan qurtulmağa çalışırdılar. Bunlar da qorxaq addımlarla işə başladılar…” Vartanyan bu sətirlərə bir məsəl olan ermənilərin “Tebai-Sadıka” sözünün necə uydurulmuş və türkləri unudmaq üçün çıxarılmış olduğunu, imperatorluq üzərinə çökən qara buludlardan necə faydalanmaq istədiklərini çox yaxşı açıqlamışdır.

Osmanlı imperatorluğunun sadiq bir varlığı olan ermənilərin birdən-birə asi bir hala gəlmələri və müəyyən bir dönəm içərisində bu hallarını qətiyyətlə sürdürmələri tarixçi və siyasət adamlarını düşündürməlidir. Çünki Rusiyanın Osmanlı imperatorluğundakı digər cəmiyyətləri üsyan etdirdiyi zaman millətlərarası münasibətlər tərəfindən bir erməni məsələsi mövcud deyildi. XVIII əsrin sonlarına doğru polşalı səyyah Mikoşa (57) Osmanlı imperatorluğunda yaşayan ermənilərin vəziyyətlərini belə təsvir edirdi: “Ermənilərə türklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilməkdədir. Onlar rumlardan daha geniş bir hürriyyətə malikdirlər.” Mikoşa ermənilərin “keçmiş ədalətlərini” tamamilə unutmuş olduqlarını izah etdikdən sonra belə davam edir: “Keçmişdə özlərinin nə olduqları üzərində qətiyyən düşünmürdülər… Fikir baxımından bir ixtilal planını qavraya biləcək qabiliyyətdə deyildilər. Hətta Osmanlı dövlətinin çökəcəyi günün yaxınlaşmaqda olduğu özlərinə söyləndiyi zaman bundan məmnun olmadıqları belə görülmüşdür.” Bir erməni lideri olan Mıqırdıc Dadyan da 1867-ci ildə qələmə aldığı bir tədqiqat əsərində Osmanlı rejiminə təşəkkür etməkdə idi. XIX əsrin ilk yarısındakı erməni cəmiyyətini anladan bu yazısında Mıqırdıc Dadyan, Osmanlı ermənilərinin tam bir hürriyyət içərisində sosial inkişafları türklər tərəfindən əngəllənmədən dini təşkilatlarını necə inkişaf etdirdiklərini şübhəyə yer buraxmayan bir şəkildə göstərməkdədir. (58). Elə isə ermənilərin Osmanlı imperatorluğunda yüzillər boyunca zülm gördüyü, əzildiyi və himayəsiz buraxıldığı yolundakı iddiaların tarixi həqiqətlə bir əlaqəsi yoxdur. Bunların sənədləşdirilməsinə də imkan olmadığı üçün təbliğat məhsulu iftira və isnadlar olaraq qəbul edilmələrindən başqa görüləcək bir iş yoxdur.

 

Erməniləri müstəqillik xam xəyalına sürükləyənlərin başında erməni patriarxı və din adamları ilə fransız ixtilalının və o günün modası sayılan hürriyyət aşiqliyinın olduğuna şübhə yoxdur. Osmanlı dövləti başda Rusiya olmaqla, Avropa dövlətlərinin təzyiqlərindən qurtulmaq üçün 1839-cu ildə reform fərmanını elan etdi. Reform fərmanının gətirdiyi yaxşılığı öyənlərin yanında onun Osmanlı dövlətinin çökməsini hazırlayan səbəblərin başında gəldiyini iddia edənlər də çoxdur. Buna görə izahlı Osmanlı tarixi xronologiyası yazıçısı İsmail Hami Danışmendin düşüncələrini əks etdirən şərtlərin aşağıda qeyd olunmasını mövzumuza uyğun görürük: “Gülhanə fərmanının yenilik və demokratiya baxımından böyük dəyərinə qarşılıq dövlət daxilindəki təhlükəli təsirini də inkar etmək qəbul deyildir. Bütün imperatorluqlarda bir hakim millət vardır. Avstriya imperatorluğunda alman irqi, Moskva çarlığında rus, İngilis cəmiyyətində ingilis, Amerika Birləşmiş Ştatlarında anqlo-saksonlar hakim vəziyyətdədirlər. Bu dövlətlərin varlıqları o hakimiyyətlərə bağlıdır. Bu baxımdan Osmanlı imperatorluğu bir istisna sayılır. Osman qazinin istiqlal tarixi 1299-cu ildən islahatın elanına qədər (1839) keçən 540 illik dövrdə hakim bir millət yoxdur. Hakim bir ümmət vardır. Dövlətdə “müsavatı-islamiyyə” – islam bərabərliyinin hakim olması qılınc altında baş vermişdir. Bu dövr məğlub millətlərdən bosnakların, romanların, çıtakların və bir çox millətlərin dövlətin sahibi olan türk irqilə hüquqi bərabərliyə sahib olduqları və ortaq bir hüquqi kütlə təşkil etdikləri dövrdür. Bu dövlətdə qurucusu və sahibi olan türk millətinin xanədanlığından və rəsmi dilin türkcə olmasından başqa bir türklük işarəti olmamışdır. Belə bir vəziyyətdə ümmət hakimiyyətinin yıxılması o zaman belə xalq arasında narazılığa səbəb olmuş, oyandırmış, müsəlmanlar kədərlənmiş, qeyri-müslümlər isə sevinmişlər…”

 

Tanınmış tarixşünas Əbdürrəhman Şərəf bəy də: “Bütün rütbə və dövlət məqamları qeyri-müslümlərə açıldı. Müsəlmanların şahidlikləri dinlənməzkən, müsəlmanlara hökm etmək üzrə məhkəmə üzvlükləri qeyri-müslümlərə verildi. Müsəlmanların nail olduqları nemətlərə ortaq olmaqdan əlavə, ticarət və sərraflıq işlərilə pul qazanıb tərəqqilərə və rifaha qovuşdular. Bu da onlarda artıq dərəcədə ehtiras və istəklər əmələ gətirdi…”- deyir.

Xarici məmləkətlərdə, xüsusilə də Rusiyada təqib, işgəncə və zülmə uğrayan ermənilər Osmanlı dövlətinin himayəsinə sığınaraq, canlarını qurtarmış, Anadoluya yerləşərək mal, sərvət sahibi olmuşlar. Beləcə, Osmanlı dövlətində ermənilərə təhlükəsizlik və etimad XIX əsrin yarısından sonuna qədər davam etmişdir. Bu tarixdən sonra Osmanlı dövlətinin siyasi vəziyyətindən faydalanmaq istəyən xarici dövlətlərin əlində alət olan erməni komitəçilərlə azadlıq ideyaları ilə beyinləri yuyulmuş ermənilərin istəyilə ortaya bir “erməni məsələsi” çıxarılmış və dövlətin ermənilərə olan keçmiş etimadı və təhlükəsizliyi sarsılmışdır.

 

Bəxtiyar Adiloğlu

 

 

“KarabakhİNFO.com”

 

 

04.04.2014 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*