Azərbaycanca

“Ermənilər qələbə üçün qızlarını, qadınlarını ruslara verirdilər”

26.08.2014 | 12:10

4Qadınlar zərif, incə məxluqdurlar. Amma elə zərif qadınlar var ki, onlar kişilərlə bərabər çiyin-çiyinə dayanıb vətən uğrunda mübarizə aparıblar. Mənfur düşmənimiz olan erməniləri ağlar qoyan, müatəqil Azərbaycanın ilk qadın snayperçisi Növrəstə Yusifovadır.
N.Yusifova “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının qonağı oldu. Növrəstə xanım bizimlə Qarabağ müharibəsində iştirakı, döyüş xatirələri, şahidi olduğu qan donduran hadisələr barədə söhbət etdi.
N.Yusifovanın sözlərinə görə, o 1991-ci ildə tikintidə, qülləli kranda işləyirdi və 7-ci dərəcəli krançı idi: “İşlədiyim yerdə yeganə azərbaycanlı qadın idim. 1991-ci ilin noyabr-dekabr aylarında əsasən Əfqanıstanda olmuş təcrübəli döyüşçülərdən ibarət 1-ci Şıxov batalyonunun təşkil olunduğunu eşitdim. O zaman Qarabağ Könüllü Müdafiə Batalyonu Şurası yaradılmışdı, indiki Binəqədi Rayon İcra Hakimiyyətinin binasında idi. Bir neçə dəfə Şuraya getdim, mühafizəçilər heç qapıdan da buraxmadılar. Fevralın 26-da Xocalı hadisəsi baş verdi, sarsıntı keçirdim. Daha icazə gözləmədim, hasardan aşdım və Şuranın binasına daxil oldum. Yenə də mənə olmaz, sən döyüşə gedə bilməzsən dedilər. Səbəb kimi deyirdilər ki, bəs döyüş yerində, səngərlərdə qadınlar yoxdur, vaqonlarda tibb bacıları, həkimlər var. Rəhim Qazıyev də o vaxt Şuraya gəlmişdi, sürücüsü ilə birlikdə. Sürücü mənim döyüşə qatılmaq istəyim barədə qışqır-bağrımı eşitdi və yaxınlaşıb soruşdu ki doğrudan döyüş bölgəsinə getmək istəyirsən? Mən böyük bir həvəslə döyüşdə vuruşmaq, ermənilərdən qisas almaq istədiyimi bildirdim. Sürücü mənə dedi ki, sən burda gözlə mən Rəhim müəllimi razı salaram ki, o səni qəbul etsin. O zamanlar Rəhim Qazıyev müdafiə naziri idi. Nazir məni qəbul etdi və otaqda şuranın Qərargahının rəhbəri Etibar Məmmədovda orda idi. Onlar məndən soruşdular ki, müharibə ocağına getsən nə edəcəksən, hansı bacarıqların var. Mən onlara cavabımda bildirdim ki, maşın sürə bilirəm, atıcılıq sahəsində təcrübəm var. Məlumat üçün qeyd edim ki, 1975-ci ildə həvəskar atıcılıq üzrə respublikada birinci yer tutmuşam. Həmçinin onlara idmanın əksər növləri üzrə dərəcəm olduğunu, iynə vura bildiyimi, bir çox dərmanları tanıdığımı bidirdim. Dedim ki, əsgərlərin mən sarıdan nigarançılıqları qalmayacaq, 2 metr arxada quyu qazıb, orada gizlənəcəm, şəraitə uyğun hərəkət edəcəm. İşdir, əsir düşsəm, özümü öldürəcəm. Etibar Məmmədov mənə diqqətlə qulaq asdı və sonra dedi ki, aşağı düş, sənə hərbi paltar versinlər. Bu sözü eşidən kimi otaqdan elə qaçaraq çıxırdım ki, birdə eşitdim ki, arxadan “bu elə əsgər kimi yeriyir” dedi. Bu sözü eşidib daha da ürəkləndim. Dərhal aşağı düşdüm ki, hərbi paltar alım. Şuranın komendantı Mərdan adlı bir nəfər idi. Ona mənə paltar verməli olduğunu deyəndə o mənə inanmadı və dəqiqləşdirməyə getdi. Beləliklə, bir neçə dəfə həkim müayinəsindən keçdim, hərbi paltar aldım. Qeydiyyatın aparıldığı 7-ci jurnalda 100-cü əsgər kimi adım yazıldı. Orada əmrə görə nişançı yazıldım.

 

 

“İlk döyüşüm Şuşada olub”

 

 

Evdən mıx, çəkic, kürək, kəlbətin, tibb ləvazimatları, yol üçün yemək və başqa şeylər götürüb və Şuraya qayıtdım. Ordan mənə bildirdilər ki, Novruz bayramından sonra, martın 21-də saat 9-da burada olun, döyüş bölgəsinə gedəcəksiniz. Saat 9:00 üçün desələr də, martın 21-də saat 6:30-da artıq orada idim. Saat 9-da Rəhim Qazıyev çölə çıxıb döyüşə gedənlərlə görüşdü.
Sonra bizi avtobusla göndərdilər, ancaq hara getdiyimizi demədilər. Avtobusda olarkən avtobusa minən oğlan və kişilər məni görüb heyrətə gəlirdilər ki, qadının burada nə işi var? Mən yollardan Şuşaya getdiyimizi anladım. Çünki 1975-ci ildə Mərkəzi Klinik Xəstəxanada mühasiblikdə işləyərkən putyovka ilə Şuşaya Nevroloji Xəstəxanaya gəlmişdim. O vaxt Şuşanı başdan-ayağa gəzmişdim, hər cığırına bələd idim. Şuşada bizi taborun qərargahı ilə üzbəüz məktəbdə yerləşdirdilər. Martın 23-də məni Şişqayaya apardılar. Şişqayanın sol tərəfindən Cıdır düzünə, Nəbilər kəndinə yol gedir. Orada ermənilərin hücumu dəf olunan zaman əldə edilmiş 2 snayper tüfəngini mənə verdilər. 1-ni atdım, işləmədi. İkincisi 200 metrdə 4 metr fərq verdi. Avtomat götürməyi təklif etdilər, razılaşmadım ki, mən bura nişançı kimi gəlmişəm. O zaman tabor komandiri idman müəllimi olan Tofiq Oğuz idi. Tofiq Oğuzun şəxsi beşatılan tüfəngi vardı. O silahı mənə verməyi çernobıl əlili olan, sonradan Qarabağda döyüşlərdə həlak olan Qorxmaz dayıya tapşırdı. Mənə öz mövqelərimizin səngərlərini göstərdilər. Tutaq ki, bir gün Şişqayada qarovulda olacaqdımsa, səhəri gün Cıdır düzü tərəfə gedəcəkdim. Qorxmaz dayı 3 gün mənə səngərləri göstərdi. O yerlərin hamısı mənə 1975-ci ildən tanış, doğma idi. Ancaq ermənilər atdıqları güllələrlə orada Vaqifin məqbərəsini, qəbiristanlığı dağıtmışdılar. Beləliklə, martın 23-dən səngərdə idim, döyüş günüm başladı.
Səngərdə olmaq vaxtım bölünmüşdü. Axşam saat 6-dan 12-yə qədər bir qrup gedirdi, sonra əvəzlənirdik. Gecə saat 12-dən 6-ya kimi başqa qrup gedirdi. Mənə gündüz nəsib olmayıb, gecələr getmişəm. Gündüz az atırdılar, yerlərini bildirmirdilər, atışmalar əsasən axşamlar olurdu. Elə günüm olmayıb ki, səngərdə olmayım. Ermənini, hədəfi vuranda fərqlənənlərə 5 gün məzuniyyət və maddi yardım da verirdilər. Tofiq Oğuzla da danışmışdım, tağım komandirimiz Nail Kazımova da demişdim ki, mənə bunların heç biri lazım deyil, hədəfi vuranda belə məni məzuniyyətə göndərməyin, zorla bura qaçıb gəlmişəm. Onu da dedim ki, zorla məzuniyyətə göndərsəniz, başqa taborda döyüşməyə gedəcəm.
Şuşada Qarabağ könüllü müdafiə taborunun tərkibində döyüş yolum başladı. Elə vaxt olurdu ki, işıqlı güllə atırdılar və bu zaman hədəfə atəş açmaq asan idi. İşıqlı güllə atılmasa da, sakitlik, külək olmayanda hiss etmək olurdu ki, haradan atırlar. Təxmini o istiqamətə 3 güllə atırdım. Uşaqlar həmişə gecə uzağı yaxşı görməyimə və həssas eşitmə qabiliyyətimə həsəd aparırdılar. Çayın şırıltısında belə dəyişiklik olanda hiss edirdim. Beşatılan üzərinə görmə cihazı taxdırmışdım. Onun mənfi cəhəti o idi, ki, ay işığında hərəkət etdirəndə şüşə ay işığını əks etdirirdi. Sonradan mənə gecəgörmə cihazı gətirdilər. Onun şüşəsi yaşıl rəngdə olduğu üçün ay işığını əks etdirmirdi. Adi bir tüstünü, közərtini o gecəgörmə cihazı göstərirdi və mən dəfələrlə belə hədəflərə atmışam. Gündüzlər də olub ki, ermənilərin atəş nöqtəsini müəyyənləşdirmək üçün məni çağırıblar.

 

 

“Ermənilərin üzümlükdəki bunkerini partlatdım”

 

 

Birinci uğurlu döyüş əməliyyatım aprel ayında olub. Daşaltıda xırda üzüm kollarından ibarət böyük sahə vardı. Günorta oradan mövqelərimizə atəş açırdılar. Lakin konkret üzümlüyün harasından atıldığını müəyyənləşdirmək olmurdu. 3 hərbçimizi yaralamışdılar. Mənimlə Qorxmaz dayı da gəlmişdi. Binoklla baxırdıq, sakitlik idi. Müşahidə etdim, paslanmış çəlləyəbənzər bir şey diqqətimi çəkdi. Şübhələndim. Qorxmaz dayı mənə 3 zirehdeşən güllə verdi. Birini atdım, dəydi. İkincisini də ora atdım, boğuq bir səs və ağ-boz tüstü çıxdı. Sən demə, orada ermənilərin bunkeri və bunkerdə silah-sursatları varmış. Sonra radiostansiya ilə ermənilərin danışıqlarından bildik ki, bunkerdə 3 erməni ölüb. O müşahidə bunkeri yerin altı ilə Nəbilər çayının altına gedib çıxırmış. Sonradan uşaqlar kəşfiyyat zamanı həmin bunkerin girişini aşkarladılar. Ora partladılandan sonra artıq həmin yerdən bizim hərbçilərə güllə atmadılar. Bildilər ki, ora aşkar olunub.
Laçından Şuşaya gələn yolda, Turşsu ilə Şuşanın zastavası arasında, dağın döşündə, ağaclıqda ermənilər bir tank gizləmişdilər. O tankı ora necə çıxarmışdılar, bilinmirdi. Hətta 1992-ci ildə Şuşaya Tibb Universitetinin 4-cü və aşağı kurs tələbələri avtobusla gələrkən həmin avtobusu partlatmışdılar. Bir nəfər sağ çıxa bilməmişdi, yanmışdılar. O avtobusu işıqsız ekskavatorla “Kamaz”ın arxasına qoşmuşdular və dağın bir az yayılan tərəfinə qoymuşdular. Bir dəfə axşam Laçından Şuşaya maşın gəlirdi, işığını yandırmışdı. Ermənilər tankdan maşına sərrast atmadılar. Mən həmin vaxt Şişqayada postda idim. Ora 4 zirehdeşən güllə atdım, partlayış baş verdi. Sonradan radiostansiya ilə danışıqlarını tutduq. Deyirdilər ki, tankımızı partlatdılar, ora növbəti tank qaldıra bilməyəcəyik, çünki yerimizi təyin etdilər. Ondan sonra Turşsunun yoluna atan olmadı. O yolla tanklarımız, maşınlarımız işıqlarını yandırmadan rahat hərəkət edirdi.

 

 

“Ad günümü də unutmuşdum”

 

 

Aprelin 19-u ad günüm olduğunu belə unutmuşdum. Şuşanın qərargah rəisi, həm də komandirimiz olan Mehman müəllim məni çağırdı və ad günümü təbrik etdi. Mənə kiçik bir suvenir hədiyyə etdi. Həmin hədiyyəni indi də saxlayıram. İçi boşalmış güllədir və iplə boğaza bağlamaq olur. Onu da deyim ki, mıx şəklində olan bu güllələri ermənilər atırdılar, zəhərli idi. Bu mıx insanın bədəninə yapışırdı, içəri daxil olmurdu. Ancaq zəhəri insanı öldürürdü.
Cıdır düzündə Qəhrəman və rabitədə olan Şamillə 3 günlük kəşfiyyatda olduq, şübhəli yerləri qeyd etdik. Mayın 3-də Şişqayaya getmişdim, demişdilər ki, Yevlaxın Xaldan kəndində2n olan Həsən müəllimin temperaturu qalxıb. İynə vurdum, gördüm, titrədir. Dedim, burada qalmağın ziyanı var, qərargaha aparın. Qayıdanda mənə dedilər ki, Tofiq Oğuz çağırır. Tofiq Oğuz mənim ezamiyyətə gedəcəyimi və bunun müzakirə olunmayacağını söylədi. Getməyəcəyimi söyləyəndə 3 gün həbs verəcəyi ilə hədələdi.
Mayın 5-dən 6-a keçən gecə sarı avtobus gəldi. Dedim ki, tez dəyib qayıdacam. Mayın 6-da sübh tezdən məni “buşlat”sız, ayağımda çəkələk avtobusa mindirdilər. Heç üstümdə sənədlər də yox idi. Mənə verilən arayışa baxanda gördüm ki, 27-ci adamam, hardasa 30 nəfəri mayın 3-dən məzuniyyətə yola salırlarmış.
Avtobusda məndən başqa rəhmətlik Əliağa, Kamran da vardı. Mayın 7-də Bakıya çatdıq, Şuraya gəldim. Hava artıq qaralırdı. Arayışı Şuraya göstərdim, qol çəkdilər. Soruşdum ki, nə olub, bizi niyə Bakıya çağırıblar. Katib oğlan dedi ki, evə gedin, səhər gələrsiniz, Etibar bəy burada deyil, səhər sizin geri çağırılmanızın nə ilə əlaqədar olduğunu o sizə deyəcək. Mayın 7-də axşam bildim ki, Şuşaya hücumla bağlı Etibar bəy Laçın koridorundadır. Şurada dedilər ki, gözləyin.
Etibar bəy qayıdanda onun özündən nə səbəbdən geri çağrılmağımı soruşanda mənə dedi ki, səni mən çağırmışam, orda qalsaydın öləcəkdin, ermənilər sənin başına pul qoyublar. Mən ölümdən qorxmadığımı deyib yenidən döyüş bölgəsinə getmək istədiyimi bildirdim. O mənə: “Gözlə səni çağıracağıq”- dedi. Bir neçə gün keçdi gördüm ki, məni çağırmırlar. Mənimlə birlikdə geri qayıdanlar və kəndllilər belə qərara gəldik ki, Ali Sovetin qarşısında yığılaq, bir yerdə döyüşə gedək. Mayın 15-də Ali Sovetin qarşısındakı “Moskva” mehmanxanasında atışma oldu. Ayın 15-də də hər gün olduğu kimi gözləyirdik ki, Şəhidlər Xiyabanına kimi aparırlar, tanıdıqlarımızdan varmı? Dəfnlərində iştirak edirdik.
Qərara aldıq ki, Şuşaya, Laçına yaxın rayonların birində gedək, bəlkə Şuşanı, Laçını geri ala bildik. Naili komandir təyin etdik. Getdik Yevlaxa, ordan Goranboya, Tərtərə, axırda Ağdamın Qərvənd kəndində məktəbdə məskunlaşdıq. Komandir müavini Dərələyəzdən olan Hafiz təyin olundu. Biz hərbi hissə kimi orada status aldıq. 10 gün keçdi, mən, qrup komandiri əmircanlı Mehman Əliyev və Şuşadan gələn 10 nəfərimizi Gülablıya göndərdilər. Gülablıda əslən Masallıdan olan, Rusiyada hərbi təhsil almış Xaqani qərargah rəisi idi. 10 nəfər getdik, səngərlər qazmağa başladıq. Qərvənddən ora məsafə çox idi. Tabor orada qaldı, bizi həyət evlərində yerləşdirdilər.
Bizim səngərlərlə qaldığımız yer arasında 1 kilometr məsafə vardı. Ermənilər bizi nişan almağa başladı. Döyüş başladı. Şuşadakı kimi hədəfi tapıb dəf etməkdən söhbət getmirdi. Burada ermənilər hücuma da keçir. Ağdərə istiqamətində bizim 8 uşaq ermənilərin tağımını dəf edib komandirlərini vurmuş, tağımı qırmışdılar. Onlardan müasir snayper tüfəngi də götürülmüşdü. Uşaqlar həmin tüfəngi mənə verdilər. Ermənilər işıqlı güllələr atanda mənim üçün daha rahat idi. Ağır silahların yerini dəyişmək olmur. Avqustun 4-dən başlayaraq ermənilərin bizə 3 gün Yenikənddən hücumu oldu. Gecə-gündüz güllə yağışı yağırdı. Orada bizim tank tağımı vardı, komandiri Əmircandan olan Əli idi. O, Ağdərə istiqamətində heykəlin yanına getmişdi. Sən demə, heykəlin altı bunker imiş. Bizim bir tankı sıradan çıxarmışdılar, ancaq Əligil bunkeri dağıtmışdılar. Qayıdanda mərmi düşmüşdü, Əlinin barmağı yaralanmışdı. Ölən olmamışdı. Gündüzlər tüstüsündən bildik ki, bizə zəhərli silahlar atırlarmış. Çünki tüstüsü göy, yaşıl rəngə çalırdı. Ondan sonra uşaqların bir neçəsinin dərisində səpki yaranırdı.

 

 

Tağım komandiri, Bala Bəhmənlidən olan rəhmətlik Əliağa başından travma almışdı. O vəziyyətdə ola-ola, yoldan keçən su borusunu sındırıb, Paşa adlı sürücünün maşının qabağında əzilmiş hissədə qalan ayaqlarını çıxarmağa çalışmışdı. Oradan da piyada dağın ətəyi Gülablıya qalxmışdı. Polislərin “Villis”inə qoyub, onların Mahrızlıya apardıq. Paşanın ayağı parça-parça idi. Ondan başqa da yaralılar var idi. Səhər Qərvəndə getdik ki, Nailə məruzə edək. Maşına oturub mən də gəlmişdim ki, Mahrızlıya gedəm, görüm uşaqlar necədir. Nail mənə dedi ki, 14 ağır yaralı var, vertolyot gəlib, bu dəqiqə vertolyota otur, yaralıları Bakıda yerbəyer et, deyirlər ki, yaralı əlindən xəstəxanalarda yer yoxdur. Təsəvvür edin ki, səhər saat 6-da postdan çıxmışam, əynimdə “buşlat” da yoxdur, maşına minmişəm ki, yaralıların nə vəziyyətdə olduğunu öyrənim, axşam Gülablıya qayıdım. Elə Qərvənddə həyətdə vertolyota mindirdilər, 13 nəfər də ağır vəziyyətdə olan yaralını, o cümlədən Paşanı vertolyota qoydular. Uşaqlara tapşırdım, bir balon qatıq gətirdilər. Qatığı yanğısı olan yaralılara verirdim. Vertolyot teleqüllənin ətrafında, yuxarı hissədə saxladı. Artıq orada təcili yardım maşınları gözləyirdi. Xəstələrin 6-nı Papanindəki hospitalda yerbəyer etdik, digərlərini Kliniki Tibbi Mərkəz və Travmatologiya İnstitutunda yerləşdirdilər. Axırıncı Paşa və 2 nəfər üzü tamam yanmış yaralı vardı, onları da Travmatologiyaya yerləşdirdilər. Mənə də dedilər ki, indi geri qayıtmağa heç nə yoxdur.

 

 

Biz avqustun 15-də Yenikəndin üstünə hücuma keçməli idik, hazırlaşırdıq. Kəşfiyyat işləri aparılmışdı. Mən də tələsirdim ki, hücuma çatım. Çıxanda da Nailə demişdim ki, oradakı 7-8 tibb bacısından bir-ikisini göndərsin, mən döyüşə qayıdım. 2-3 gün gözlədim, heç kim gəlmədi. Avqustun 15-də səhər saat 4-5-də Cavanşirlə Səfər xəstəxanaya gəlirdilər. Onu da deyim ki, xəstəxanada yatmağa yer də yox idi. Reanimasiyada 8 xəstə vardı. Onlara 1-2 dəfə tibb bacısı dəyirdi, ya yox. Birinin adamı vardı, birinin adamı yoxdu6r. Su istəyənə su, yemək istəyənə yemək verirdim. Daha əldən getmişdim. Onların yeməklərindən də ağzıma qoya bilmirdim, ürəyim ağrıyırdı. Cavanşirlə Səfər gələndə dedim ki, yaxşı gəlmisiniz, indi gedib Naili də, yanlarındakı qızları da güllədən keçirəcəm. Döyüşçü adamam, onlar niyə gəlmir? Dedilər ki, hücum da olmadı, hücum avqustun 28-ə qaldı. Getdilər, qayıdanda məni də götürəcəklərinə dair söz verdilər. Ancaq qayıtmadılar. Bir də gördüm ki, səhər saat 4-də rəhmətlik Hafiz Ağazadə, qərargahın komandiri Xəqani, rəhmətlik Əzizağa və Nailin sürücüsü gəldilər. Pul-zad, ərzaq, siqaret gətirmişdilər. Dedim ki, mənə söz vermişdiniz ki, qızlar gələcək, hanı qızlar, mən də düyüşdə olmalı idim! Qayıtdılar ki, döyüş oldu, itkilərimiz oldu. Pis vəziyyətə düşdüm. Cavanşirlə Səfər 5-6 saat əvvəl mənə demişdilər ki, hücum avqustun 28-ə qalıb. Dedilər ki, Əliağa, Eldar, uşaqların qaymaqları öldülər. Bəs necə olduğunu soruşanda dedilər ki, Yenikəndi aldılar, ancaq onlara kömək gəlməyib.

 

 

“Tək Qız adlı yerdə kəşfiyyatda olduq”

 

 

Sentyabrın 11-də evə zəng etdilər. Dedilər ki, səni Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən soruşurlar. Dedim: “Xeyir ola, nə etmişəm?” Fikirləşdim ki, bəlkə Nail şikayət edib. Keçmiş “Əzizbəyov” metrosunun yanına, çağırılan yerə getdim. Gördüm ki, uşaqlardan Əfqanıstanda olmuş Mehdi, tağım komandirimiz Mehman oradadır. Habil Hüseynov adlı bir nəfər gəlib bizimlə danışdı. Dedi ki, 10 nəfərlik qrup təşkil edin, kəşfiyyat dəstəsi formalaşdırılacaq. Mehdi Əfqanıstanı, Mehman da müharibəni görmüş insan idi, onun üçün bu, sadə işdi. Razılıq verdim. Vəfaya da zəng vurduq ki, tibb bacısı kimi yardım edər. 10 nəfər olduq. Bizə erməni dilini öyrətməyə başladılar. Mən söyüşləri bilirdim. Əvvəllər işlədiyimiz idarə və təşkilatlarda ermənilər vardı. Ermənilər yavaş danışanda başa düşürdüm, ancaq aksentlə danışırdım. Bizə müəllim tutmuşdular, erməni dilində dərs deyirdi. Təzə növ silahlarla bizi tanış edirdilər. Birinci dəfə oktyabrın 7-də çağırılacağımızı söylədilər. Silah-sursatımızı götürdük. Evdən hər ehtimala qarşı yorğan-döşək də götürdüm. Qubadlıya getdik. Qubadlı meşəsində döyüş gedirdi. Orada polkovnik Firudin Şabanovu görmüşəm, bilməmişəm ki, bu kimdir. 2 gün yağışın altında meşədə qaldıq. Bizə dedilər ki, qayıdırsınız. Artıq erməniləri dəf etdilər, biz döyüşə qoşulmadıq. Bizi Qubadlının Xəndək kəndinə gətirdilər, Əsas qərargah da Başaratda yerləşirdi.
Biz Tək Qız adlı yerdə kəşfiyyatda olduq, müsbət nəticə ilə qayıtmışdıq. Xəndəkdə qayalıqda məşq etdik. 5 gün əvəzinə 1 ay klubda qaldıq. Firudin Şabanovla orada tanış olduq. Başaratda qərargahımızı da dağıtdılar. Ancaq bir gün əvvəl Firudin Şabanov xəbər tutub qərargahı başqa yerə köçürmüşdü.
Bir dəfə getdik, qayıda bilmədik, ermənilərlə üzbəüz gəldik. Qrupumuzda olan Mehdi Hüseynov bizi oradan çıxardı. Mina sahəsindən keçdik. Ermənilər də elə bilmişdilər ki, artıq ölmüşük. Çünki Tərtər rayonundan gələn polislər bizi erməni sayıb, atəş açmağa başlayıblar. Birtəhər oradan qurtardıq. O gün qayıda bilmədik, səhərə yaxın qayıtdıq. 1993-cü ilin martında kəşfiyyatın ağsaqqalı vardı, deyəsən adı Ələkbər idi, Baba deyirdilər. Martın 19-da gəldi, hər birimizə təşəkkürünü bildirdi. O, bizi Novruz bayramına görə 2 günlük evə buraxdı. 1994-cü ilin yanvarına qədər kəşfiyyatın tərkibində olmuşam. Son gedişimiz Zəngilana olub. 3 gün orada Şabanovun yanında qaldıq. 1993-cü il avqustun 10-da çıxmışdıq. 3 nəfərimiz çatmırdı, dedilər ki, gedin, tam tərkibdə gəlin. Geri qayıtdıq. Biz hazırlanıb qayıdana qədər dedilər ki, Zəngilan gedib.
Bizi sonra xüsusi təyinatlıların təlim sahəsində hazırlayırdılar. Bir həftədən sonra vertolyotla Füzulidə “Qırmızı bazar” adlanın yerə əməliyyat üçün atacaqdılar. Elə oldu ki, həmin vaxt qardaşım rəhmətə getdi. Onun azyaşlı uşaqları vardı. 4 dəfə raport yazdım, dördüncüdə, 1994-cü ilin yanvarında məni buraxdılar. Yoxsa ölənə qədər gedəcəkdim…”

 

 

“Ermənilər həyatda qalmaq üçün hər şeyi etməyə hazır idilər”

 

 

N.Yusifova döyüş zamanı ermənilərin necə qorxaq olduğunu da anlatdı: “Ermənilər həyatda qalmaq üçün hər şeyi etməyə hazır idilər. Ermənilər tərəfdə ruslar və muzdlular döyüşürdü. Biz radiostansiya məlumatlarında dəfələrlə ermənilər qızlarını, arvadlarını rusların ixtiyarına verdiklərini, qələbə yolunda bu addıma hazır olduqlarını eşitmişdik. Ermənilərin Kosalar kəndinə hücum zamanı isə bizim uşaqlar iki nəfərə dəyən güllələrin təsir etmədiyini görüblər. O iki nəfər akvalanqa oxşayan paltarlar geyinmişdilər. Əslən Gürcüstandan olan, əvvəllər ovçuluqla məşğul olan Bico ləqəbli bir döyüşçümüz onlardan birinin altına atəş açaraq öldürdü. Digərini də alnından başqa birisi vurdu. Üstlərindən vəsiqə çıxdı, biri Livandan, biri də Fransadan idi. O meyitləri Şuşaya gətirdilər. Akvalanq paltarına bənzəyən, ancaq bizim ağır zirehli gödəkçələrdən fərqli olaraq yumşaq və yüngül olan o geyimlər Bakıya, Müdafiə Nazirliyinə aparıldı. Ermənilər əlaqə yaradaraq bizə təklif etdilər ki, nə istəyirsiniz verək, o meyitləri qaytarın, əvəzində qadın-uşaq, yaşlı olmaqla, 122 əsirimizi qaytaracaqlarını bildirdilər. 122 nəfər Şəki Zastavası istiqamətdə əsgərlərimizin müşayiəti ilə gəlirdi. Əsirlərimizin gəldiyini eşidib, ora getdik. Qaytarılan əsirlərin üzünə baxmaq olmurdu. Çünki onlara verilən işğəncələrdən bə5llziləri psixi sarsıntı, bəziləri isə tanınmaz hala düşmüşdü. Əsirlərin içərilərisində uzun saçları olan bir qız vardı. O qıza təxminən 30 yaş verilərdi. Həmin qız qəfil onların içərisindən çıxdı və özünü uçurumda atdı. Aşağıda tut ağacı vardı. Budağın biri çənəsindən girib, başından çıxmışdı. Qucağında körpə uşaq olan anası saçlarını yoldu. O qız da əsirlikdə özünü öldürmək istəyirmiş, əlinə heç nə keçmirmiş. Sonra anasından da öyrəndim ki, 30 yox, 15 yaşı varmış. O qədər əzab çəkib ki, yaşlı görünürdü.

 

 

“Ermənilər körpə uşağı belə zorlayıblar”

 

 

Sonra öyrəndik ki, oradakı əsirlərin, gəlinlərin, qızların başına ermənilər hər cür oyun açıblar. Bacını qardaşın, atanın, ananın, hamının gözü qarşısında dəfələrlə zorlayıblar. İçərilərində zorakılığa məruz qalmayanı yox idi. Körpə uşağa qarşı da belə hərəkət etməkdən çəkinməmişdilər. Allah ermənilərin bəlasını versin 6 aylıq körpə qız uşağını belə…”.
Xanım Yusifova gördüyü hadisələri hər gün xatırladığını dilə gətirdi. N.Yusifova sonda onu da əlavə etdi ki, o ermənilərdən qisas almayınca rahat olmayacaq.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

26.08.2014 12:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*