Azərbaycanca

Ermənilər Qarabağ müharibəsində qadağan olunmuş kütləvi qırğın xarakterli raketdən istifadə edirmiş

25.03.2013 | 13:01

1364201934_1494Müsahibimiz Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri, vəkil, Qarabağ döyüşçüsü Azad İskəndərlidir

      –Azad müəllim, ilk öncə döyüş yolunuz haqda məlumat vermənizi istərdik. Yəni neçənci illərdə, hansı bölgələrdə döyüşmüsünüz?

 

-Mən 1991-ci ildən döyüş bölgəsində döyüşmüşəm. Sonralar polis sıralarında davam etdirmişəm, könüllülərdə əlmuşam, daha sonra isə ordu yaradıldı. Yarıtmaz rəhbərlik ucbatından ordu da demək olar ki, heç bir effekt vermirdi. Mən 1991-ci ildə Şuşa, Kəlbəcər, Laçın rayonunda, 1992-93-cü illərdə Qubadlı rayonunun Mahmudlu, Qəzyan, Xanlıq kəndlərində, Fizuli rayonunun Aşağı və Yuxarı Seyid Əhmədli, Horadiz, Qaraxanbəyli kəndlərində, Ağdamın, Güllücə, Suma, Qərvənd, Tağıbəyli, Papravənd və Sırxavənd kəndlərində, Zəngilan rayonunun Məmmədbəyli kəndi yaxınlığında gedən qanlı döyüşlərin iştirakçısıyam. Çiynimdən yara almışam, 2 –ci dərəcəli kantuziya almışam, şəkər xəstəliyinə tutulmuşam döyüşdə 22 yaşım olarkən. Müharibə veteranıyam. Dövlət də bununla bağlı hər ay 32 manat pul verir mənə.

 

Bir çox şahidlərdən eşitmişik ki, ermənilər Qarabağ döyüşlərində xüsusi “nayomnik”lərdən istifadə ediblər.Sizin qarşınıza da belələri çıxıbmı?

 

Ermənilər Qarabağ müharibəsində  qadağan olunmuş kütləvi qırğın xarakterli raketdən istifadə edirmiş-Bəli, ermənilərdən çox, döyüşənlər Rus ordusunun əsgər və zabitləri idi. Üstəgəl ingilis və amerikan vətəndaşları olan snayperçiləri olurdu onların. Aralarındahətta qadınlar da vardı. Yadımdadır , bir dəfə Ağdamda bir snayperçini vurduq, 2 metr boyunda , 130 kq çəkisində bir zənci idi. Ümumiyyətlə , ermənilər ən çox muzdlu döyüşçülərdən istifadə edirdilər, çünki Qarabağa Ermənistan vətəndaşlarının 80 faizi döyüşə gəlmək istəmirdi. Onlar buna məcbur idi. Bir dəfə mənim arxamca bir BMP markalı döyüş texnikası düşdü Ağdamın Suma kəndində. Hardasa 2 km kimi məni qovdu, amma vurmadı. Sonda bir viran qalmış həyətə daxil oldum , o da arxamca girdi həyətə və texnikadan bir rus zabiti çıxıb aşağı endi , tapançanı alnıma dirədi, 10 –a qədər saydı və düz qulağımın dibindən atdı havaya. Bu hərəkətindən sonra mənə bildirdi ki, “Neujeli vı dosixpor ne ponyali çto vı proiqrali etu voynu”? (mənası: Siz axı indiyə qədər niyə başa düşmürsünüz ki, bu müharibəni uduzmusunuz?!) Belə şeylər çox olub.

 

Məlumdur ki, ermənilər əksər vaxtlarda müharibə qanunlarını pozublar. Bu “qanun pozuntu”larından hanısları misal çəkə bilərsiniz?

 

-Yadımdadır , bir dəfə Füzuli rayonunun Seyidəhmədli kəndinə qadağan olunmuş “Kristal” deyilən , tərkibi həm kimyəvi maddədən , həm də kütləvi qırğın xarakterli bir raketdən istifadə etmişdilər. Hətta Beynəlxalq təşkilatların ciddi reaksiyasına baxmayaraq onlar o raketdən bir neçə dəfə də sonralar istifadə etdilər. Biz inanırdıq ki, bütün bunları edən Rus ordusudur. Ümumiyyətlə , müharibəni bizimlə aparan Rus dövləti idi . Ruslar ermənini o zamanlar da, bu gün də əllərində maşa kimi oynadıblar.

 

     -Ermənilər müharibə zamanı əsgərlərimizə qarşı əsasən hansı vəhşiliklər ediblər?

 

-Meyitlərin üzərində zorakılıq əməlləri aşkar olunurdu. Gözləri çıxarılmış, qarın boşluqlarının cırılmış vəziyyətdə olduğunu , iç orqanlarının çıxarıldığını görürdük. Əsasən döyüş dayanandan sonra onlar tərəfdən bir helikopter düşürdü döyüş sahəsinə və 10 dəqiqə müddətində yaralanmış əsgərlərimizin iç orqanlarını çıxarıb buzlu qablara yığaraq tez qalxırdılar havaya. Əsirlərimizin isə burnunu və qulaqlarını kəsirdilər əsasən.

 

Bu gün hiss edirsinizmi Dağlıq Qarabağla bağlı elə bil ki, əhalidə bir süstlük var…

 

Ermənilər Qarabağ müharibəsində  qadağan olunmuş kütləvi qırğın xarakterli raketdən istifadə edirmiş-Bu gün Qarabağla bağlı insanlarımızda həddindən artıq bir susqunluq var.Hətta bu vəziyyətlə barışmış kimi bir vəziyyət yaranıb. Bu millətin faciəsidir. Milli Birlik yaranmalıdır həm Azərbaycanda, həm də bütün Türk dünyasında. Mən türkün qanayan yaralarının yalnız və yalnız Böyük Türk Birliyi yaranarsa duracağına inanıram. Gənclərimizi milli ruhda tərbiyə etməliyik, uşaqlarımızda hərbi vətənpərvərlik ruhunu aşılamalıyıq.

 

      – Erməni terrorizminin ifşa olunması istiqamətində sizcə hansı addımlar atılmaldır?

 

-Milli Birlik, Dövlət başçısı-Ali Baş komandana dəstək, Orduda nizam-intizam. Milli Birlik dedikdə yuxarıda qeyd etdiyim bütün halları nəzərdə tuturam.

 

 

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

25.03.2013 13:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*