Azərbaycanca

Ermənilər Qarabağın “müstəqilliyini” qeyd edir

02.09.2014 | 11:50

sarkisyanErmənistan prezidenti Serj Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı xəbər verir ki, onlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin 23-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak edirlər. Ermənistan mətbuatı yazır ki, nümayəndə heyətinin tərkibində nazirlər və xaricdə yaşayan ermənilər də var. Ermənistan prezidenti ilk olaraq Xankəndində hərbi paradda və daha sonra Şuşa şəhərində Geoloji Muzeyin açılışında iştirak edəcək. Qeyd edək ki, dünən sentyabrın 1-də Qarabağa Ermənistan parlamentinin bütün fraksiyalarını təmsil edən deputat qrupu səfərə edib.

 

 

Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Qarabğ separatçıları Azərbaycandan ayırlaraq qanunsuz olaraq öz müstəqilliklərini elan ediblər.

 

 

 

“KarabakhİNFO.com”

 

 

02.09.2014 11:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*