Azərbaycanca

Ermənilər qondarma erməni soyqırımının yalan olduğunu etiraf edirlər

26.04.2014 | 14:35

1398507972_levonErmənilər türklərə qarşı həmişə qəddar və amansız olublar. 1915-1919-cu illər, Birinci Dünya müharibəsi dövründə rus ordusu ilə ittifaqa girən Daşnak, Hnçak və Ramgavar erməni birləşmələri Türkiyənin Şərqi Anadolu bölgəsi-Alaca, Cinis, İlıca, Ərzurum, Tımar, Xorasan, Qars, Van, İğdır və Azərbaycanın müxtəlif regionlarında soyqırım təşkil edərək bir milyon türkü qətl yetiriblər. Əliyalın xalq türk olduğu üçün amansız faciənin qurbanı oldu.   Hazırda ermənilər də qondarma “erməni soyqırımı”nın yalan olduğunu etiraf edirlər. Erməni lobbisinin və Qərb dairələrinin “soyqırımı” kampaniyasına açıq şəkildə qarşı çıxan, Türkiyə ermənilərinin tanınmış simalarından olan tarixçi-yazar Levon Panos Dabağyan da “erməni soyqırımının” yalan olduğunu inkar etmir. O, fikirlərini sadəcə deklarativ şəkildə deyil, tarixi tədqiqatlar nəticəsində əldə olunan faktlarla da izah edir.   Türkiyədə tarix boyu ermənilərə qarşı hər hansı soyqırım olmadığını vurğulayan Dabağyan bu xüsusda səslənən bütün bəyanatların tarixi gerçəyə deyil, siyasi maraqlara dayandığını söyləyir: “Heç kəs inkar etmir ki, Birinci Dünya Müharibəsi dövründə Türkiyədə yaşamış ermənilərə qarşı deportasiya həyata keçirilib. Lakin Türkiyə tarixində ermənilərə qarşı soyqırım qəti şəkildə olmayıb”. Osmanlı ermənilərinin tarixini uzun zamandan bəri tədqiq edən tarixçi-yazarın 2003-cü ildə “Türkiyə ermənilərinin tarixi” adlı böyük kitabı da çapdan çıxıb.   Erməni tarixçisi A.Lalayansa ötən əsrin əvvəllərində ermənilərin türklərə qarşı amansız rəftarından söz açaraq körpələrin, qadınların vəhşi şəkildə qətlə yetirildiyini etiraf edir: “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib”. (“İnqilabi Şərq” jurnalı, № 2-3, 1936. Moskva).   2009-cu ildə Türkiyədə İstanbul Universitetinin tarix fakültəsinin müəllimi Mehmet Perincəkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının arxivindən əldə etdiyi kitab şəklində nəşr olunan hesabatında da erməni soyqırımından bəhs edilir.     Məcmuəni türk dilinə tərcümə edən M.Perincək bildirib ki, general Bolxovotinov Baş Qərargaha göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı üsyan edərək törətdikləri vəhşilikləri sənədlərlə ortaya qoyub: “Bu sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda bir çox tarixi fotolardan da istifadə etmişik. O fotolarda erməni quldurların türklərə qarşı soyqırım törətməsi əksini tapıb”. Faktlar bir daha göstərir ki, erməni pisixologiyası bu gün də dəyişməyib. Bunu tək biz demirik. Elə ermənilər də etiraf edir. 2010-cu ilin yanvarında könüllü şəkildə Azərbaycana keçərək Bakı ətrafındakı hərbi şəhərciklərin birində saxlanılan Yegişe Gevorkyan deyir ki, erməni terroru bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Budur, erməni psixologiyasının bariz üzü. İllər ötsə də bəşəriyyətin düşüncə və yanaşması dəyişsə də erməni təfəkküründə demək olar ki, heç nə dəyişməyib.   Qeyd edək ki, hazırda Şərqi Anadolu bölgəsində Daşnak və Hnçak birləşmələrinin qətl etdiyi bir müsəlman-türkə aid 185 toplu məzar var.  

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

26.04.2014 14:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*