Azərbaycanca

Ermənilər Ramil Səfərovu istəyirlər

06.02.2015 | 14:03

Azerbaycanli girovlar1

Girov Dilqəm Əsgərovun oğlu sərsəm təklifə fikir bildirdi

 

 

“Ramil Səfərov onlara od qoyub. Mən özüm də heç vaxt belə bir işə razı olmaram. Ramil Səfərovun girovlardan birinə dəyişdirilməsi təklifi absurddur”.

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı  ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, “ermənilər hələ də Ramil Səfərovun etdiklərini həzm edə bilmirlər”.

 

 

Xatırladaq ki, ötən gün Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin “mətbuat katibi” David Babayan bildirib ki, Dağlıq Qarabağ hakimiyyəti kəlbəcərli girovlardan birini erməni zabiti Qurgen Markaryanın qatili Ramil Səfərovla dəyişməyə razıdır. O, kəlbəcərli girovların birtərəfli qaydada qaytarılmasının mümkün olmadığını deyib.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

06.02.2015 14:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*