Azərbaycanca

Ermənilər silahlanır

14.02.2015 | 13:17

73296Sarkisyanın Təhlükəsizlik Şurasında çıxışı çaxnaşma yaradıb

 

 

“KarabakhİNFO.com” beynəlxaql elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, Ermənistanın hakim elitası tərəfindən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın təhqir edilməsi cəmiyyətdə böyük həyəcan doğurub.

 

Sarukyanı min cür cinayətdə günahlandıran prezident Serj Sarkisyan ondan yalnız bir şey tələb edir- siyasətdən çəkil və yalnız bizneslə məşğul ol. Belə tələb ölkə Konstitusiyasının pozulmasıdır. Bu barədə Erməni Milli Konqressi Partiyasının bəyanatında bildirilir. “Biz bu cür əməlləri hakim partiyanın ictimaiyyətin diqqətini öz günahlarından uzaqlaşdırmaq cəhdi kimi dəyərləndiririk”, – deyə bəyanatda qeyd edilir. Əslində, müxalifətə susmaq və hakimiyyəti tənqid etməmək əmri verilib.

 

 

Hakimiyyətə saxtalaşdırılmış seçkilərlə gəlmiş Serj Sarkisyan fərqli düşünənlərin axırına çıxmaq istəyir. “Biz Qaqik Sarukyanın şəxsiyyətinin təhqir edilməsini qınayırıq. Serj Sarkisyan və onun əlaltıları ölkədə siyasi vəziyyəti gərginləşdirir və bu, onlara baha başa gələcək”, – deyə “İrs” partiyasının bəyanatında bildirilir.

 

 

Bu Cənubi Qafqaz respublikasının ekspertləri hesab edir ki, Ermənistanda kabus axtarışına başlanıb. Bu kampaniyanı prezident başlayıb. Məhz onun göstərişi ilə Ermənistan Təhlükəsizlik Şurası ayrı-ayrı müxalifət liderlərinin fəaliyyəti ölkənin təhlükəsizliyi baxımından müzakirə olunmağa başlayıb.

 

 

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın özü ölkə prezidenti Serj Sarkisyanın ittihamlarına yetərincə kəskin cavab verib. O, erməni xalqını azadlıq uğrunda mübarizəyə çağırıb. Onun fikrincə, günlərlə davam edən mitinqlər, yürüşlər, kampaniyalar Ermənistanın Sarkisyandan və onun əlaltılarından xilas olmasına səbəb olacaq. “Çiçəklənən Ermənistan”ın lideri sanır ki, onlar qələbə çalırlar.

 

 

 

 

“KarabakhINFO.com”

 

 

 

14.02.2015 13:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*