Azərbaycanca

Ermənilər tarixən türklərin rəhbərliyi altında yaşamış millətdir

28.09.2013 | 10:04

1380348131_nzam-1Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, professor Nizami Cəfərov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib.

-Nizami müəllim, son zamanlar “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına erməni hakerlərinin hücumu artıb və bunun nəticəsi olaraq biz müşahidə edirik ki, ermənilər türk dilində çox səlis danışırlar və öz saxtakarlıqlarını türk dilində çatdırırlar. Buna münasibətiniz?

 

-Türkiyədə yaşayan ermənilər türk dilini səlis şəkildə bilirlər. Onların aralarında elələri var ki, erməni ola-ola heç erməni dilində bilmirlər, erməni dilini unudublar, amma türk dilini çox gözəl bilirlər. Ermənilər tarixən türklərin rəhbərliyi altında yaşamış bir millətdir. Uzun əsrlər, uzun illər boyu ermənilər türk dilində şeirlər yazıblar. XVI əsrdən XX əsrə qədər 300-ə qədər erməni şairi azərbaycanca, Türkiyə türkcəsində yazıblar.

 

Bizim erməni dilini bilməyimiz nə dərəcədə əhəmiyyətlidir?

 

-Bizim erməni dilini bilməyimiz iki səviyyədə- elmi və siyasi səviyyələrdə çox əhəmiyyətlidir. Başqa səviyyələrdə isə o qədər də əhəmiyyətli deyil. Bizim erməni dilini öyrənməyə iqtisadi səviyyədə ehtiyacımız yoxdur. Amma , əlbəttə ki, tarixi araşdırmaq, öyrənmək, tədqiqat aparmaq üçün erməni dili bilən alimlərimiz olmalıdır. Erməni dilini bilən mütəxəssislərimiz var, ancaq azdır. Xüsusilə qədim erməni dilini bilmək bizim mütəxəssislərimiz üçün vacibdir. Belə mütəxəssislərimiz də vaxtilə olub. Mərhum Mirəli Seyidov erməni dilini çox yaxşı bilirdi. Hazırda erməni dilini bilənlərdən görkəmli tarixçimiz Fəridə Məmmədova var. Bu istiqamətdə ,əlbəttə, bizim ali təhsil müəssisələrimizdə də erməni dilini, ədəbiyyatını, tarixini öyrənmək üçün müəyyən ixtisaslar olmalıdır. Gənclərimiz gərək onalrı mütəxəssis olacaq səviyyədə öyrənsinlər.

 

-Ermənilərə qarşı informasiya mübarizəsi daha çox hanısı dillərdə əhəmiyyətlidir?Ermənilər tarixən türklərin rəhbərliyi altında yaşamış millətdir

 

Ermənilərə qarşı informasiya müharibəsini təkcə erməni dilində yox, daha çox beynəlxalq dillərdə- türk, rus, ingilis, alman, fransız dillərində aparmaq lazımdır. İnformasiyanın erməni dilində yayılması digər dillər qədər əhəmiyyətli deyil. Ermənilərə qarşı erməni dilində mübarizə aparmaq az əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, ermənilərlə onların daxilində mübarizə aparmağa çox güc sərf etməyə ehtiyac yoxdur. İnformasiya mübarizəsini beynəlxalq dillərdə aparmaq daha vacibdir. Amma bir daha qeyd edirəm ki, elmi baxımdan, ictimai-siyasi baxımdan erməni dilini bilmək əhəmiyyətlidir.

 

 

 Gənclərimizin Qarabağ haqqında biliklərini, fəaliyyətlərini necə qiymətləndirirsiniz?

 

Bizim gənclərimiz Qarabağ məsələsində kifayət qədər həssasdır. İctimai-siyasi proseslərdə gənclərimiz kifayət qədər fəal iştirak edirlər. Qarabağ haqqında olduqca zəngin biliyə malikdirlər. Gənclərin bu sahədə çox böyük uğurları var. Gənclərimizdən Qarabağ məsələsi ilə bağlı narahat olmağa heç bir səbəb yoxdur. Görülən işlər, aparılan təbliğatlar, tarixin öyrənilməsi, dünyada gedən proseslər, Qarabağ məsələsi, erməni məsələsi və s. bunları bizim gəncliyimiz kifayət qədər yaxşı bilir.

 

-Daha hansı addımları atmaq lazımdır?

 

Xaricdə təhsil alan gənclərimiz təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etsinlər. Xarici ölkələrdə ermənilərin apardığı təbliğatın qarşısında dayana bilsinlər. Hətta, onların yalançı təbliğatlarına qarşı layiqli cavab verib onları susdura bilsinlər. Bu cür işləri daima aparmaq lazımdır. Bunlar da bizim dövlət siyasətimizin bir tərkib hissəsidir. Gənclər təşkilatlarında da bu sahəyə xüsusi diqqət yetirirlər. Mən gənclərdə Qarabağ haqqında olan biliklərin aşılanması baxımından ciddi bir problem görmürəm.

 

Sevda Sevinc

 

“KarabakhİNFO.com”

28.09.2013 10:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*