Azərbaycanca

Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlər

21.10.2013 | 10:18

1382335649_x5Ermənilər türklərə qarşı həmişə qəddar və amansız olublar. Faktlar bir daha göstərir ki, erməni pisixologiyası bu gün də dəyişməyib. Bunu tək biz demirik. Elə ermənilər özləri də etiraf edir. Ümumiyyətlə, erməni təfəkkürünün kökündə özlərini təcridetmə, qarşıdurma yaratma və vandalizm əsas xətt təşkil edir. Ermənilərin bünövrəsi bəşəriyyətə, insanlığa qarşı yönəlib desək daha doğru olar. Onları faşistlərlə də müqayisə edənlər var. Amma diqqət yetirsək görərik ki, faşistlər işğal etdikləri ərazilərdə daha çox əsir götürürdü, nəinki qətliam həyata keçirirdilər. Lakin ermənilər işğal etdikləri ərazilərin sakinlərini qadın, uşaq demədən işgəncə ilə qətlə yetirməkdən sanki zövq alırlar. 2010-cu ilin yanvarında könüllü şəkildə Azərbaycana keçən və hazırda Bakı ətrafındakı hərbi şəhərciklərin birində saxlanılan erməni Yegişe Gevorkyan deyir ki, erməni terroru bu gün də dövlət siyasətinin əsasını təşkil edir. İllər ötsə də bəşəriyyətin düşüncə və yanaşması dəyişsə də erməni təfəkküründə demək olar ki, heç nə dəyişməyib.

 

Ermənilərin tarixən əzəli türk məskəni olan, indi Ermənistan adlandırılan torpaqlarda soydaşlarımızın başlarına açdıqları müsibətlər barədə erməni tarixçiləri özləri belə utanmadan, həyasızcasına danışırlar. Erməni tarixçisi A.Lalayan ötən yüzilliyin əvvəllərində ermənilərin vəhşiliklərini belə etiraf edir: “Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib”. Daşnak Vahram öz “qoçaqlığı” haqqında belə danışır: “Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar tökəsən. Belə də etdim: bütün kişiləri, qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm”.
A.Lalayanın daha bir etirafı: “Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920) azərbaycanlı əhalinin 60 faizini qırıb”. 1917-ci ilin dekabrından 1918-ci ilin avqustuna qədər təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər qətlə yetirilib. Bayazid, Eçmiədzin, İrəvan qəzalarında qarət olunmuş, doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı 200 min nəfərə yaxındır. Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü. İrəvan quberniyasında 1918-ci ilin martınadək 199 kənd dağıdılmış, 135 min nəfərlik əhalinin bir qismi qılıncdan keçirilmiş, bir qismi isə çətinliklə də olsa qaçaraq dəhşətli vəhşilikdən canını qurtara bilmişdi. 1919-cu ilin 9 ayı ərzində Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasında isə bütün kəndlər yerlə yeksan edilmişdi”.Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlər

 

Bu haqda Atamoğlan Məmmədli və Nuridə Allahyarovanın “Erməni elitasının etirafları” kitabında yer alan bəzi faktları da diqqətinizə çatdırırıq:

 

1828-ci ildə məşhur «Türkmənçay» müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsrgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə 200 mindən çox erməni köçmüşdür.
Zori Balayan. «Ocaq», səh 120, 192,273.

* * *
Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.
A.Lalayan. 1918-1920-ci illərdəki qırğınlar haqqında. «İnqilabi Şərq» jurnalı, N 2-3, 1936. Moskva

* * *
Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin Türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki Türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə böyük neft şəhərini ələ keçirdilər və şəhərin Türk əhalisindən 25.000 nəfərini qırdılar.
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. «İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində». ABŞ, İndianapolis, «Bobbs Meril kompani» nəşriyyatı, 1928.

* * *

Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlərErməni daşnakları qəsdən, bilərəkdən azərbaycanlı, türk əhalisinin qırılması siyasətini yeridirdilər. Erməni müəllifi Hovanesyan bu faktı təsdiq edərək yazırdı ki, təkcə «1918-ci ilin əvvəllərindən avqustun 1-dək 300 müsəlman kəndinin dağıdılması haqqında məlumat vardı… aşkara çıxmışdı ki, altı kəndin kişiləri öldürülmüş, onların qadınları isə erməni döyüşçülərinə hədiyyə edilmişdir. Azərbaycan öz torpaqlarının bir hissəsinin və adamlarının itkisi hesabına başa gələn belə vəhşiliklərə daha dözə bil-məz» (1).

 

Oxucu, diqqət yetir! Erməni alimi öz ölkəsinin müsəlmanlara qarşı törətdiyi qırğın və işgəncələri haqlı olaraq vəhşilik adlandırır. Hovanesyan daha sonra azərbaycanlı qaçqınların ölkə ərazisinin müxtəlif bölgələrində acınacaqlı halda, soyuq və şaxtalı hava şəraitində ölümə məhkum olunmalarından bəhs edərək yazırdı: «Ermənistanın paytaxtında daha 13.000 nəfər, paytaxt ətrafındakı kəndlərdə isə 50.000 müsəlman qaçqını erməni xristianlarının nəzarəti altında idi. Erməni xristianlarının paytaxtın cənubundakı ərazidə heç bir yaşayış vasitəsi olmayan 80.000 müsəlman qaçqını var idi və erməni rəhbərliyi onlara hər hansı bir yardım göstərməkdən imtina edirdi» (2).

 

Daşnak hökuməti qonşu respublikalara və xalqlara qarşı ərazi iddiaları ilə çıxış edirdi. Ermənilər 1919-cu ildə Türkiyənin şərq əyalətlərinə ərazi iddiaları ilə çıxış etdilər. Hovanesyan qeyd edirdi ki, «yaşadıqları ərazilərin hamısında ermənilər azlıqda qaldığı və əhalinin 30 və ya 35 faizindən artıq olmadığı üçün erməni problemi həmişə «sadəcə çətin» olmuşdur» (3).

      l.Richard G. Hovannissian. p. 180.

      2.1bid. p. 182-183. 3.1bid. p. 265.

* * *
Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar.
Anastas Mikoyanın 22 may 1919-cu ildə Leninə yazılan məktubundan.

* * *
Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının səbəblərindən biri də Türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.
Amerikalı erməni yazıçısı L.Z.Sürməliyan. «Xanımlar və cənablar, müraciətim sizədir» kitabından.

* * *

Erməni yazıçısı V.Papazyan XX əsrin əvvəllərində ermənilərin inkişafı barədə məlumat verərək yazırdı: «Erməni xalqı tamamilə cahil, avam, vəhşi və başlıcası şüursuz idi. Adamlar daha çox basqın və talançılıqla məşğul olurdular… onlar bir şimal vəhşiləri kimi təkcə ovla yaşayırdılar».
Stepan Şaumyan. İzbraniie proizvedeniya. Tom. 1, s 390.

* * *
Erməni alimi S.Zaveryan təsdiq edirdi ki, 1905-ci ildə azərbaycanlılar qırğına məruz qalan zaman, Şuşada 12, Cavanşir bölgəsində15, Cəbrayılda 5, Zəngəzurda 43, cəmi 75 müsəlman Türk kəndi yandırılıb dağıdılmışdır.
S.Zavaryan. Ekonomiçeskie usloviya Karabaxa i qolod 1905-1907 q. Perevod s armyanskoqo, Sankt-Peterburq (SPb), 1907, s 61.


Erməni qəsbkarları tərəfindən 1992-ci ilin 26 fevralında Xocalıda törədilmiş soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olmuşdur.  Ermənistanın sabiq prezidenti R.Koçaryan Avropa Şurasının mötəbər kürsüsündən dünya ictimaiyyətinə xitabən Dağlıq Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirmişdi. Bu hərbi cinayətdə iştirak edən R.Koçaryan əslində bununla soyqırımı aktına birbaşa rəvac verdiyini təsdiqləmiş oldu. Bu fakt Xocalıda baş verən qanlı hadisələrin Ermənistan rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırıldığını və həyata keçirildiyini göstərir.Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlər

 

Hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bir müddət öncə S.Sarkisiyan xarici agentliklərə verdiyi müsahibələrində Xocalı soyqırımında əli olduğunu etiraf edib. Onun sözlərinə görə, son ana qədər xocalılar fikirləşirdilər ki, onlar qadınlara, uşaqlara əl qaldırmayacaqlar. Sarkisiyan ki, ancaq o sterotipi sındıraraq azərbaycanlıların gözlərini qorxudmaq üçün heç kimə aman vermədən bu soyqırımı törədiblər. Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) buna görə,  Serj Sarkisyanı Avropa İnsan Haqları Məhkəməsnə veriblər.

 

Onu da bildirək ki, müxtəlif qurumlar tərəfindən İnterpola göndərilən siyahının başında R.Koçaryan və S.Sarkisyanın adları da yer alıb.

 

Erməni yazıçısı Zori Balayan Xocalıda baş verənlərlə bağlı yazdığı kitabda erməni xislətini bir daha açıb ortaya qoydu. O yazır ki, Xocalıya hücum əməliyyatından sonra yaxınları ilə həmin qanlı hadisələr törədilən yerdə olmuş və evlərdən birinin divarına 11 yaşlı bir türk qızının mismarlandığını görmüşdür: “Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

 

Z.Balayan yazır ki, “türklərə olan nifrətimi hələ də can verən qızın sinəsindən dərinin qopardılması ilə soyutmağa çalışdım”. Bu faktı qələmə alan erməni “ziyalı”sı azərbaycanlılara qarşı necə dərin nifrət bəslədyini açıq yazmaqla, törədilən qanlı olaya haqq qazandırır. Beynəlxalq axtarışda olan bu şəxsin tapılıb ciyanət məsuliyyətinə cəlb olunması üçün ciddi addımlar atılmalıdır.

 

Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlərXocalıya yaxın ərazidə yerləşən Daşbulaq kəndində ölüm düşərgələri yaradılmışdır. Bununla bağlı erməni müəlliflərinin özləri tərəfindən dünya mətbuatında çap edilmiş məqalələr diqqəti cəlb edir. Erməni müəlliflərinin Suriyada nəşr olunmuş “Xaç uğrunda”, Fransada çap edilən “Qarabağ gündəliyi” adlı kitablarında insanların başına gətirilən dəhşətli işgəncələrdən bəhs olunur. Biz erməni müəlliflərinin etiraflarından da istifadə edərək, Xocalıda törədilən vəhşiliyi dünya ictimaiyyətinə çatdırmalıyıq.

 

Yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

 

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.

 

Ermənilər qondarma “erməni soyqırımı”nın da yalan olduğunu etiraf edirlər. Türkiyə ermənilərinin tanınmış simalarından olan tarixçi-yazar Levon Panos Dabağyan da vurğulayır. Qeyd edək ki, Dabağyan erməni lobbisinin və Qərb dairələrinin “soyqırımı” kampaniyasına açıq şəkildə qarşı çıxan az sayda erməni ziyalılarından biri, bəlkə də birincisidir. Özü də Dabağyan “erməni soyqırımı” iddialarının əsassız olduğunu, sadəcə, deklarativ şəkildə deyil, tarixi tədqiqatlar nəticəsində nəzərə çatdırır. O, Osmanlı ermənilərinin tarixini uzun zamandan bəri tədqiq edir, 2003-cü ildə onun “Türkiyə ermənilərinin tarixi” adlı böyük kitabı çapdan çıxıb. Türkiyədə tarix boyu ermənilərə qarşı hər hansı soyqırımı hərəkəti olmadığını vurğulayan Dabağyan bu xüsusda səslənən bütün bəyanatların tarixi gerçəyə deyil, siyasi maraqlara dayandığını deyib: “Birinci Dünya müharibəsi dövründə Türkiyədə yaşamış ermənilərə qarşı deportasiya həyata keçirilib və bunu hər kəs etiraf edir, amma Türkiyə tarixində ermənilərə qarşı soyqırımı deyilən bir şey qəti şəkildə olmayıb”. Dabağyanın sözlərinə görə, sözügedən deportasiya qərarı müharibə dövrünün şərtlərinə görə alınmışdı və onun faciələrə yol açdığı da gerçəkdir: “Amma bunu heç bir halda soyqırımı adlandırmaq olmaz”.Ermənilər törətdikləri terror hadisələrini belə etiraf edirlər

 

2009-cu ildə Türkiyədə ermənilərin türklərə qarşı soyqırım törətdiyini etiraf edən hesabat kitab şəklində nəşr olunub. İstanbul Universitetinin tarix fakültəsinin müəllimi Mehmet Perincəkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının arxivindən əldə etdiyi hesabatı kitab şəklində nəşr etdirib. Hesabatı türk dilinə tərcümə edən M.Perincək APA-nın Türkiyə bürosuna bildirib ki, bu, son dərəcə mühüm sənəddir: “Çünki general Bolxovotinov Baş Qərargaha göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı üsyan etdiklərini və türk əhalini qətlə yetirdiklərini sənədlərlə ortaya qoyub. Təsəvvür edin ki, cəbhədə türklərə qarşı döyüşən və ermənilərə gizli dəstək verən bir ordunun generalı bildirir ki, Anadoluda ermənilər türklərə qarşı soyqırımı həyata keçiriblər. Bu sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda çoxlu sayda tarixi fotolardan istifadə etmişik. O fotolarda erməni quldurlarının türklərə qarşı soyqırımı törətməsi öz əksini tapıb”.

 

Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, S.Ohanyan, S.Sərkisyan, eləcə də R.Koçaryan və digərləri soydaşlarımıza qarşı törədilən soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

 

 

Fuad Hüseynzadə

 

“KarbakhİNFO.com”

 

 

21.10.2013 10:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*