Azərbaycanca

“Ermənilər yəhudilərə qarşı da soyqırım həyata keçiriblər”

26.05.2014 | 10:24

1401095637_pervin-darabadiBəşər tarixində çoxlu müharibələr, kütləvi insan tələfatı ilə nəticələnən hadisələr olub. Lakin heç biri ətrafında qondarma erməni soyqırımı qədər ajiotaj yaradılmayıb. Ermənilər yarım əsrdən artıqdır ki, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri erməni xalqına qarşı soyqırım aktı kimi qiymətləndirir. İddia edilir ki, o zaman türk dövləti 1 milyon erməninin qətlinə fərman verib. Rəqəmlər açıq-aşkar bu təbliğatda qərəzin olduğunu sübut edir. Əvvəla, o dövrdə ermənilərin sayı 1 milyon deyildi. İkincisi, bu qədər erməni əhalisi Osmanlı dövləti ərazisində ola bilməzdi. Əslində tarixi tədqiqatların mövzusu olan bu hadisə on illərdir ki, türk dövlətinə qarşı piar predmetinə çevrilib. Ermənilərlə yanaşı bu məsələdən istifadə edib, Türkiyəni sıxışdırmağa çalışan dövlətlər var. Ötən əsrin 50-ci illərindən etibarən ermənilər qondarma soyqırımı tanıtmağa başlayıblar. Bu günə qədər 19 dövlət hadisəni “soyqırım” kimi tanıyıb. Bəs əslində 1915-ci ildə nə baş verib? Osmanlı imperiyasının erməniləri bir yerdən başqa yerə köçürmə siyasətinin icrası zamanı kütləvi insan tələfatı qeydə alınıbmı? Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru, professor Pərvin Darabadi ilə söhbət etdik. P.Darabadi də hesab edir ki, məsələ ilə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır:

 

– “Erməni problemi” bəşəriyyətin bəlasına çevrilib. Müxtəlif xalqların tarixində xoşagəlməz hadisələr vaş verib. Qırğınlar, müharibələr zamanı kütləvi insan tələfatları olub. Amma bu faktlar tarixdə qalıb. Lakin erməni təbliğatı 1915-ci ildə baş vermiş hadisələrini gündəmdən düşməyə qoymur. Əslində bu aktual problem deyil. Bir çox xalqlar oxşar problemlərlə bağlı bir-birini ittiham edə bilərlər. Birinci və ikinci dünya müharibələrində buna bənzər xoşagəlməz hadisələr olmuşdu. Bir millət başqa bir millətə qarşı qırğınlar törətmişdi. Lap elə günümüzdə də bu cür hadisələr oldu. Xorvatlarla serblər, serblərlə müsəlmanlar arasında qırğınlar olmuşdu. Bu cür hadisələr çox olub. Amma nə serblər, nə müsəlmanlar bu hadisələri “qurdalamır”, bir-birlərini soyqırımda suçlandırmırlar. Vəziyyəti gərginləşdirirlər, çalışırlar ki, bu məsələlər tarixdə qalsın. Ancaq ermənilər “erməni soyqırımı”nı aktual məsələ ediblər. Obyektiv sürətdə araşdırmağa da qoymurlar. Müxtəlif əngəllər törədirlər. Türkiyə dövləti dəfələrlə bəyan edib ki, arxivlər açılsın, məsələni tarixçilər, ekspertlər araşdırsın. Buna da imkan vermirlər. Bilirlər ki, açılacaq faktlar onların xeyrinə olmayacaq. Gerçək tarix var, bunu rus alimləri, inglislər də yazıb, türklər də. Birinci dünya müharibəsində Qafqaz cəbhəsində rus ordusu ilə türk ordusu arasında şiddətli döyüşlər gedirdi. Bu döyüşlərdə Türkiyə ərazisində yaşayan erməni əhalisi müxtəlif terrorçu qrupların, xüsusən də Daşnakstyun təşkilatının təsiri altında “partizan dəstələri” yaradıb türk ordusuna arxadan zərbə endirirdi. Müharibə qanunlarına görə, türk ordusu buna qarşı hansısa tədbirlər görə bilərdi. Türk ordusunun imkanı vardı ki, qiyamçı erməni əhalisini tamamilə qırsın. Lakin Türkiyə buna getmədi. Türk dövləti dözdü-dözdü, axırda qərar qəbul etdilər ki, erməniləri deportasiya etsinlər, döyüş bölgəsindən uzaqlaşdırsınlar. Mesapotamiyada onlar üçün düşərgələr də yaratmışdılar. Amma deportasiya elə bir prosesdir ki, istər-istəməz itkilər olur. Bəşər tarixində buna dair çoxlu faktlar var. Bütün deportasiyalar itkilərlə müşayiət olunub. Uzağa getməyək, 1848-53-cü illərdə azərbaycanlıların Ermənistandan Azərbaycana, çeçenlərin Qazaxıstana deportasiyası zamanı əhalinin bir qismi qırılmışdı. Təəssüf ki, bu prosesdə qanunauyğunluq var. Sözsüz ki, ermənilərin deportasiyası zamanı da itkilər oldu. Onları qoruyan türk ordusu idi. Lakin quldur dəstələrinin hücumu nəticəsində ermənilər tələfat verirdilər. Say məsələsi isə ermənilərin dediyi kimi deyil. – Ermənilər müxtəlif rəqəmlər səsləndirirlər… – 1960-cı illərin ortalarında-“soyqrım” ın 50 illiyinin qeyd edəndə, yarım milyon deyirdilər. İndi artıb olub 1 milyon yarım. Bu rəqəmlər o qədər saxtadır ki, mübahisəyə yer yoxdur! Çünki 1915-ci ildə 1 milyon erməni əhalisi yox idi. Tutaq ki, onların dediyi kimi 1 milyon erməni ölüb. Bəs yerdə nə qədər qaldı? Əslində deportasiya zamanı ermənilərin çoxu Fransaya köçdü. Deməli, burada ən azı 3 milyon əhali olmalı idi. Amma belə deyildi.

 

Osmanlı ərazisində bu qədər erməni əhalisi yox idi. Əksinə, burada kütləvi qırğınlara məruz qalan azərbaycanlılar oldu. Başıpozuq erməni quldur dəstələri azərbaycanlı kəndlərinə hücum edir, insanları qırırdılar. O dövrlərdə Osmanlı ərazisində bir milyondan çox azərbaycanlı yaşayırdı. – Son illər erməni hərbi birləşmələrinin Şimali Azərbaycan ərazisində kütləvi insan qətliamı həyata keçirmələrinə dair yeni faktlar meydana çıxıb. Ermənilər daha çox hansı bölgədə qırğınlar törətmişdilər? – Son illər meydana çıxan yeni faktlardan biri Quba soyqırımıdır. Ermənilər 1918-ci ilin yazında Qubada yəhudilərə qarşı soyqırım həyata keçirib,10 minlərlə insan qırıblar. Rus kəndlərinə də divan tutulub. Bakının özündə qanlı mart qırğını həyata keçirilib. Qətlə yetirilən 10 mindən çox insan arasında rus, yəhudi, gürcülər də vardı. Əslində millət bayrağı altında onlar siyasi mübarizə aparıb, Bakını ələ keçirməyə çalışıblar. -Təəssüf ki, ermənilərin “soyqırım” təbliğatına inanan dövlətlər də tapılır… – Onlar ötən əsrin 50-ci illərində bu təbliğata başlayıblar. Bu günə qədər təəssüf ki, bir sıra dövlətlər erməni yalanlarına inanıb, müvafiq qərarlar çıxarıblar. Ermənilər türk dövlətini dalana dirəmək, Türkiyədən beynəlxalq məhkəmədə külli miqdarda təzminat almaq istəyirlər. Aparılan təbliğatın əsas məqsədi də budur. Amma qondarma soyqırım təbliğatı ciddi dəlillərə əsaslanmır. Ümumiyyətlə, bu məsələni araşdırmaq tarxiçilərin işidir. Tarixdə o qədər müharibələr, insan qırğınları olub ki. Bu məntiqlə gərək ruslar 300 il onları əsarətdə saxlamış, Rusiya şəhərlərini dağıtmış, insanları sürüb aparmış monqol-tatarları məhkəməyə çəksinlər. Almaniyailə Fransa Elzas və Lotaringiya uğrunda savaşaraq qan töküblər. O zaman onlar da bir-birinə qarşı məhkəmə iddiası qadlırsınlar. Ermənilər bu cür iddialarla heç nəyə nail ola bilməyəcklər. Onların yeni bir Nürnberq prosesinə nail olmaq, Türkiyənin nüfuzuna zərbə vurmaq planı iflasa uğrayacaq. Çünki Türkiyə qüdrətli dövlətdir. Sözü də beynəlxalq aləmdə keçir. Bu dövləti qondarma ittihamlarla məhkəməyə çəkmək qeyri-realdır. Qondarma soyqırım iddialarının əsas məqsədlərindən biri də Türkiyənin nüfuzunu sarsıdıb “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Türkiyə ərazilərinə sahib olmaqdır. İlk baxışdan qeyri-real görünsə də, ermənilər fors-major situasiyalar hazırlayırlar. İki ay öncə kim inanardı ki, Krım Rusiyaya birləşdiriləcək? Bu bölgədə ermənilər böyük problemlərlə üzbəüz qalıblar. Dövlət iqtisadi böhran keçirir, demoqrafiya problemi var. Sadəcə, bu xalqın bir xüsusiyyəti var ki, acından ölək amma “Böyük Ermənistan”ı bərpa edək. Hələ ki dözürlər. Amma bunun da bir həddi var. Ermənilər doğru qərarlar verib, işğaldan əl çəksələr belə Rusiya amili var. Rusiya təbii bazası olan Ermənistanı vermək istəmir. Ermənilər 90-cı illərdə Azərbaycanla dil tapsaydı, kompromisə getsəydi, indi onların durumu fərqli olardı. – Ukraynada baş verən son proseslər yeni dünya düzəninin yaranması kimi qiymətləndirilir. Sizcə, Rusiya SSRİ sərhədlərini bərpa edə biləcəkmi? – Ruslar son 20 ildə ideoloji boşluq içində idilər. İndi yeni bir ideologiya tapıblar. Bu Avrasiya İttifaqıdır. Onlar hesab edir ki, itirilən əraziləri bu ideya ətrafında birləşdirə bilərlər. Avrasiya İttifaqı Avropa Birliyinə bənzər qurum kimi nəzərdən keçirilir. Bir sıra MBD dövlətləri bu ideyalogiyaya müqavimət göstərirlər. Ancaq Ukraynada baş verən hadisələr göstərdi ki, Rusiya ölüm-dirim mübarizəsi aparır. Artıq ikinci soyuq müharibə başlayıb. SSRİ-nin sərhədləri tam mənada heç zaman bərpa oluna bilməz. Baltikyanı dövlətlər heç zaman Rusiya ilə ittifaqa girməyəcəklər. Rusiya yerdə qalan dövlətləri isə etnik münaqişələrdən istifadə edərək yola gətirmək istəyir. Gürcüstan istəmədi, Abxaziya ilə Osetiyanı qopardı. Moldovadan Dnestryanını qopardı. Rusiya ətrafında müstəqil dövlətlərin ittifaqı ideyasının aqibəti Ukraynada baş verən hadisələrdən asılı olacaq.

 

Elman Cəfərli

“KarabakhİNFO.com” 

26.05.2014 10:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*