Azərbaycanca

Ermənilər yezidiləri qorxu altında saxlayır

21.08.2014 | 16:41

25434021_h31344400Qondarma Dağlıq Qarabağ Republikasının rəhbərinin “mətbuat katibi” David Babayanın İraqdakı yezidləri Qarabağda yerləşdirmək barədə sərsəm fikirindən sonra Ermənistanda erməni-yezd qardaşlığı barədə bəyanatlar səslənməyə başladı. Lakin həqiqətdə isə Ermənistanda yezidlər bu gün yerli hökümət və əhali tərəfdən ən aşağılayıcı vəziyyətdə yaşayırlar.

 

 

Dünya yezidləri ən çox Qafqaz, Qara dəniz sahilləri, Mərkəzi Asiya və Ərəbistan yarımadası ərazilərində geniş yayılmışdırlar. Dünyada 129.000 yezid vardır.

 

 

İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yaşamışdılar. 1834-cü ilin məlumatına görə, İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məksunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərində gəlib çıxmışdılar. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdir.

 

 

Hal-hazırda Ermənistanda bu ölkənin vətəndaşı olan 40,620 nəfər Yezidi Kürd yaşayır. “Dünya Yezidilər İttifaqı”nın sədri Əziz Tamoyan bildirib ki, yezidilər Ermənistana XX əsrin əvvəlində köçüblər və sayı 40 mindən artıqdır.
Tamoyanın sözlərinə görə, Ermənistanda yezidilərin hüquqları kürdlər tərəfindən pozulur. Belə ki, onları kürd adlandıraraq, kürd dilində oxumağa məcbur edirlər. Əsasən erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə 1990-cı ildən Yerevanda “Danqs Ezdya” (“Yezidinin səsi”) qəzeti nəşr edirlər.
Yezidilərə Ermənistanda aşağı millət kimi baxırlar. Misal üçün Yezidlərin adət-ənənələri yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır. Belə ki, onlarda qız uşaqlarının 12-13 yaşlarında ərə verilməsi praktikası mövcuddur ki, bu vəhşi adət bu gün də qorunub saxlanılır. Yezidi icmalarının rəhbərləri 18 yaşlı qızın “qarımış” olduğunu hesab edirlər və öz xalqlarının bu adətini müdafiə edirlər. Ermənilər bunu daima onların başına çırpır, yezidləri sivilizasiyadan kənar millət sayırlar.
Başqa bir problem isə yezidilərin əsasən dağlıq bölgələrdə yaşamaları və ermənilərlə az ünsiyyətdə olmalarıdır. Bunun sayəsində bir xalq kimi onlar assimiliyasiyaya az uğrayıblar. Başqa bir misal yerli televiziya kanallarından birində “Nə? Harada? Nə vaxt?” verilişində iştirak edən Manvel Badeyan jurnalistlərdən birinin: “Ermənistan televiziyasında rus dilində aparılan verilişin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi düzgündürmü?” – sualını cavablandıran millət vəkili deyib: “Elə bilirsən, jurnalistsənsə axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı belə səviyyəsizsən? Küçədə dayanan yezid belə sual versəydi təəcüblənməzdim”.
2012-ci ilin mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə “Ermənistan ermənilər üçün” prinsipini irəli çəkərək, yerdə qalanları ikinci dərəcəli ermənilər olmağa, heç bir hüququ olmayan qula çevrilməyə vadar edirlər. Hazırda dünya ictimaiyyəti üçün nümunə kimi etniklərdən ibarət xırda qruplarda milli azlıqlar olsa da, yezidlərdən başqa digər etnik millət də yoxdur, onların vəziyyəti isə bu cür acınacaqlıdır. Deməli, Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini daima nümunə göstərməyə çalışırlar.
Trend-in icmalçısı Arzu Nağıyevin araşdırmasına görə yezid və kürdlərin müxtəlif etnik qruplarda təmsil olunması məsələsi bilərəkdən hakimiyyət tərəfindən gündəmə gətirilir. Onların arasında ayrı-seçkilik salan iqtidar bundan yararlanır, öz növbəsində etniklər isə milli mənşəyini gizlətməyə məcbur edilirlər. İşsizlik və iqtisadi imkanların olmaması, iqtisadi böhran yezidlərin öz şəxsiyyətlərini təsdiq etməyə qoymayan əsas səbəbdir. Ermənilərin əksəriyyəti üçün Ermənistanda iş tapmaq çətin məsələ olduğu halda, yezidlər üçün ümumiyyətlə qlobal problemdir. Bu səbəbdən də istər kənd, istərsə də şəhərdə yaşayan yezidlər digər ölkələrə miqrasiya edirlər.
İqtisadi problemlər isə hətta bəzi yezidləri ərzaq və digər yardım almaq üçün xristianlaşmağa məcbur edir. İrəvanın şimalında yerləşən Amre kəndində əhalinin 35 faizi Yevangelist xristianların “protestant”larına çevriliblər. Bu yeni iman isə onların qərb missionerləri tərəfindən verilən yardımlara görə qəbul etdikləri inancdır.
2009-cu ilin iyununda Ermənistanda yezid Məcid Qasoyan, Zərifə Qasoyan, qızları Narine və nəvəsi Tengizin evlərində ölü tapılması dünya yezidlərini ciddi narahat edib. Belə ki, Abovyan rayonunda var dövlətlərinə görə qətl edilən ailə üzvlərinə 80-dən çox bıçaq zərbəsi vurulub və ailənin bütün üzvləri cinsi zorakılğıa məruz qalıblar. Qeyd edək ki, qonşuları tərəfindən təcazüzə və qətlə məruz qalan yezid ailəsi xeyirxah və humanist bir ailə kimi tanınırdı. www.ezdixandi.com saytında bu hadisəyə kəskin reaksiya verən yezidlər qeyd edirlər ki, bu hadisə birinci deyil, dəfələrlə yezidlər ermənilərə etibar edib və sonda belə sonluqla həyatlarını başa vurublar. Saytda yazılır ki, ermənilər yezidləri ona görə öldürürlər ki, onları millət kimi saymırlar. Assimiliyasiya olunmayan yezidləri ermənilər bu cürə qorxu altında saxlayırlar.
2011-ci ilin avqustunda isə Ermənistandakı Zovuni kəndində ermənilərlə yezidilər arasında dava düşüb. Dava edən ermənilərdə ov tüfəngləri olsa da, onlar atəş açmayıblar. Süpürləşmədə 7 yezid müxtəlif bədən xəsarəti alıb. Ermənilərdən biri Ermənistan Yezidlər İttifaqının sədri Əziz Tamoyanın alnına tapança da dirəyib. Buna baxmayaraq qorxu altında yaşayan Əziz Tamoyan yezidlərin erməniləri dəstəklədiyini yazır. Ermənistan xüsusi xidmət orqanları onun ailəsini qorxu altında yaşamasını etiraf etməsə də Əziz Tamoyanın sifarişləri Ermənistan təhlükəsizlik nazirlyindən aldığını gizlətmir.
Maraqlısı budur ki, məhkəmə zamanı yezidləri 1915-ci il hadisələrində türklərə kömək etməkdə ittiham edən ermənilər onları ölkələrində Türkiyənin agentləri deyə adlandırılar. Bu cürə irqçi siyasəti yeridən Ermənistanın İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi də gülünc görünür. Ermənistan Kürdlər İttifaqının sədri Knyaz Həsənov yezidləri həmsərhəd regiona dəvət etmək çağırışını erməni və kürdlərin yezidləri gələcəkdə müharibə olacağı təqdirdə Azərbaycan tərəfdən ilk hədəf olacaqları ilə izah edən yezidi icması daha Ermənistan ordusu üçün Qarabağada vuruşmayacaqlarını deyirlər. Yezidilər bunu bilərəkdən də «yağışdan çıxıb yağmura düşmək» niyyətində deyillər. Belə ki, bu günə qədər hələ heç bir yezidi kürd İraqdan qaçaraq Qarabağa və ya Ermənistana yerləşmək üçün Ermənistan Miqrasiya Xidmətinə müraciət etməyib.
Maraqlısı budur ki, Qarabağda Ermənistan tərəfdə olan yezidlər bu gün İraqda İŞİD-in təhlükəsi ilə üz-üzə qalan yerlilərinə kömək istəyəndə Ermənistan prezidenti Serj Sərkisyan və baş nazir Ovik Abramyanla İraqda İŞİD-in mühasirəsində qalan və qaçqın düşən yezidi kürdlərə cəmi 50 min dollar ayıracağını elan edib. Baxmayaraq ki, Serj Sərkisyan beş qat məbləğdə yardımı xaricdə yaşayan ermənilərə edir. Yezidlər bu 50 min dolları təhqir kimi qəbul edirlər və etiraf edirlər ki, Ermənistanda hazırda ən böyük etnik qrup olan yezidlər hakimiyyətin loru dildə desək “vecinə” deyil.
Yezid liderləri də düşmən arasında yaşamaq üçün yezidləri birləşməyə çağırır, öz dövlət və ya “Yezidistan” birliyi olan muxtariyyətlərinin yaradılması üçün ümumi bir siyasətdə birləşməyi tövsiyə edirlər. Nə qədər ki, imkan var, yezidlər bu şansdan istifadə etməyə çalışırlar.
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

 

 

21.08.2014 16:41

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*