Azərbaycanca

Erməniləri ifşa edəcək “Hərəkətdə Güc Birliyi Protokolu” imzalanıb

27.08.2014 | 16:07

ASİMDER-300x300Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) ilə Vyana Azərbaycan Mədəniyyət və İş adamları Dərnəyi arasında birgə fəaliyyət protokolu imzalanıb.

 
ASİMDER rəhbəri Göksel Gülbey “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirib ki, “Hərəkətdə Güc Birliyi Protokolu”nda əsas məqsəd, erməni lobbisinin yalanlarını ifşa etmək və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı faktını dünya ictimaiyyətinə çatdırmaqdır.

 
“Həmçinin istəyimiz təşkilatlanmış Türk dərnəkləri ilə protokollar imzalayaraq, dünyada Türk lobbisini yaratmaqdır”, deyə o əlavə edib. Dərnək sədri qeyd edib ki, birgə fəaliyyət və erməni yalanlarını ifşa məqsədilə görülən işlər Avstriyada işıq üzü görən “Bizim səsimiz” qəzetində də əksini tapacaq.

 
Fuad Hüseynzadə

 
“KarabakhİNFO.com”

 

 

27.08.2014 16:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*