Azərbaycanca

Erməniləri məyus edəcək təklif

07.02.2015 | 12:47

Movlut CavusogluTürkiyə XİN rəhbəri ortaq komissiya yaratmağı təklif edib

 

 

“Qondarma erməni soyqırımı iddiaları ilə bağlı ortaq bir komissiya yaradılsın və açıqlama verilsin, bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur”.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı ANS PRESS-ə istinadən  məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində keçirdiyi mətbuat konfransında qondarma erməni soyqırımı ilə bağlı sualı cavablandırarkən deyib.

 

 

 

Çavuşoğlu bildirib ki, bu iş məsələ ilə bağlı məhdud bilikləri olan siyasətçilərin öhdəsinə deyil, tarixçilərin öhdəsinə buraxılmalıdır.

 

 

“Siyasətçilərin məhdud biliklərlə və ya heç bir məlumatları olmadan, erməni lobbisinə əsaslanaraq qərar vermələri düzgün deyil. Bu səbəbdən də bu ihin tarixçilərin öhdəsinə buraxılmasını istəyirik. Cənab prezidentimiz Baş nazir olduğu vaxtlarda Ermənistana açıq məktub göndərmişdi. Gəlin ortaq komissiya yaradaq. Tarixçilər, elm adamları, hər kəs komissiyaya daxil olsun, arxivləri açaq. Üçüncü ölkələrdən də elm adamları gəlsin və o ölkələr də öz arxivlərini açsın”, – deyə Türkiyənin xarici işlər deyib.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

07.02.2015 12:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*