Azərbaycanca

Ermənilərin ədəbi dözümsüzlüyü

07.12.2013 | 15:26

Kamal Abd1386414817_still_life_with_open_bible_candlestick_and_novel-300x250ulla: “Zori Balayan təkcə bizim yox, elə erməni xalqının özünün də düşməndir”  

 

Ermənilər hər zaman ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımlar buna əyani sübutdur. Bu azmış kimi ermənilər öz düşmənçliklərini bədii ədəbiyyatda da aparırlar. İnsanlığın ən qəddar düşməni Zori Balayan “Ocaq” əsərində türkləri ermənilərin ən böyük düşməni kimi qələmə verib. Dəhşətlisi odur ki, küyə düşmüş erməni xalqı da belə sərsəmlərin felinə uyaraq “Ocaq” əsərini qızlarına cehiz verirlər. Silva Kapitukyan isə “Erməni uşağının beşikdə qulağına pıçıldamaq lazımdır ki, ey Tiqran, sənin əsas düşmənin türkdür” deyərək “Hayk oğullarına” iblisvari vəsiyyətini edir. Məsələn, “Dəmir Aşot” romanında “erməni xəstəliyinin” qorxunc simvoluna çevrilən Aşot deyir: “Mənim qılıncımdan türk qanı axıb töküləndə və mən o qanı tapdalayanda rahat olacağam”. Bu sözlər ermənilərin əbədi amalı, qantökmə hərisliyi, çirkin ehtirasıdır.  

 

Göründüyü kimi, ermənilərin “məşhur yazıçısı”, “ağsaqqalı”, “lideri” 1386415463_kamal-abdulla-210611vəhşilik aksiyalarında fəal iştirak edərək, erməni vandalizmi haqqında fəxrlə danışıb və erməni qəddarlığını bütün dünyaya bəyan edib, eləcə də bu vəhşiliyin yalnız ermənilərə məxsus olduğunu sübut edib. Bu faktlar onu göstərir ki, erməniləri vəhşiliyə, vandalizmə, türklərə qarşı düşmənçilik psixologiyasına yönəldən məhz onların “milli qəhrəmanları” – Andranik, Z.Balayan, S.Kapitukyan və başqaları kimi terrorçular olublar.   Ermənilər bizim düşmənimiz olsa da, bizdə ədəbi dözümlülük olub.  Ermənilərdən fərqli olaraq tolerantlıq göstərmişik. Erməni ilə türkün dostluğundan bəhs edən bədii ədəbiyyat nümunləri də ortaya qoyulub. Nəriman Nərimanovun “Bahadır və Sona”, Cəfər Cabbarlının “1905-ci ildə” əsərləri dediklərimizə sübutdur.  

 

1386415552_musa-yaqub1 (1)“Türklərə qarşı düşmənçilik ermənilərin strateji planıdır”  

 

 

“KarabakhİNFO.com” olaraq bu məsələylə bağlı bir neçə şair və yazıçını danışdırdıq. Fərqli-fərqli, polemik fikirlərlə qarşılaşdıq. Məsələn, Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqub dedi ki, xalqımız böyük ürək sahibi olduğu üçün bədii ədəbiyyatımızda ermənilərə qarşı nifrət dolu yazılara yol verilməyib: “Amma biz səhv etmişik, gərək edərdik. Çünki erməni ədəbiyyatında sətiraltı, sətirüstü, ümumiyyətlə, açıq-açığına azərbaycanlılara, türklərə qarşı nifrət həmişə olub. Onların senzurası bunu heç vaxt saxlamayıb, keçirib. Əvvəla, biz elə xalq deyilik. İkincisi, də bizdə yazsaydıq da bizim senzura buraxmazdı. Bu, xalqın xislətindən gəlir. Onların xisləti elədir. Ermənilər həmişə türklərə qarşı “nifrət qələmini” işlədiblər”.   

 

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas isə bildirdi ki, ermənilər 1386415543_aqil_abbas_170507uşaqlarını türklərə qarşı düşmənçilik ruhunda tərbiyə edirlər: “Bu, erməni ədəbiyyatında da özünü göstərib. Ümumiyyətlə, erməni xalqında türkə nifrətin yaradılması, onların strateji planıdır”. Onun sözlərinə görə, biz erməniyə deyə bimərik ki, gəl, qardaşlıqdan yaz. Amma A.Abbas ermənilərin də azərbaycanlılara qarşı hörmətlə yazan yazıçıları olduğunu vurğuladı.   Bu fikri Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla da bizimlə söhbətində təsdiqlədi: “Onlarda da hansısa əsərlər var ki, Azərbaycan–Ermənistan münasibətlərinin istiliyinə, yaxşılaşmasına yönəlik əsrlər kimi qiymətləndimək olar”, deyə yazıçı əlavə etdi.  Erməni ədəbiyyatında azərbaycanlıların pislənməsinə gəlincə, K.Abdulla bildirdi ki, hər kəs öz qabiliyyətini ortalığa qoyur: “Bizim qabiliyyətmiz buna çatır, onlarınkı da ona”.   BSU rektoru Z.Balayanla da bağlı fikrini bildirdi: “Z.Balayan təkcə bizim yox, elə erməni xalqının özünün də düşməndir. Bunu ermənilərin də çoxu belə hesab edir”.

 

1386415610_untitled-1_1371239280“Erməni ədəbiyyatı azərbaycanlılara  qarşı nifrət üzərində qurulub.”

 

 

Yazıçı-tədqiqatçı Aygün Həsənoğlu e-jurnalımıza açıqlamasında ermənilərdə nəinki ədəbi dözümsüzlük, ümumiyyətlə bütün xalqlara qarşı bir tarixi dözümsüzlüyün olduğunun vurğuladı. Onun fikrincə, erməni xalqını yönəldən qüvvələr, yazıçılar həmişə siyasətçilər kimi çıxış ediblər: “Onlar müəyyən bir ideya əsasında yazıb-yaradıblar. Türk xalqına münasibətdə onların dözümsüzlüyü ədəbiyyatda çox geniş şəkildə öz əksini tapıb. Hətta sovet dövründə belə S.Kapitukyan anti-türk şeirlər yazmaqdan çəkinmirdi. O bir şerində deyir: “Mənə şərab əvəzinə bir badə türk qanı verin”. S.Xanzadyanın isə həm elmi, həm də bədii əsərlərində çox dəhşətli bir türk obrazı var. Amma bizim ədəbiyyatımızda belə əsərlərə demək olar ki, rast gəlmək olmaz. Bu təbii ki, bizim humanist dünyagörüşümüz, ali bir milət olmamızdan irəli gəlir”.

 

  A.Həsənoğlu dedi ki, Azərbaycan ədəbiyyatında hər zaman erməni mövzusuna son dərəcə humanist yanaşılıb: “Ermənilər üçünsə hər zaman mənfi obraz bir azərbaycanlı olub. Amma Azərbaycanda əksinə, bir erməni qızı obrazı həmişə münasibətləri yumşaldan bir obraz kimi göstərilib. Təəssüf edirəm ki, bu gün də bir çox əsərlərimizdə bu var”.    Həmsöhbətimiz bildirdi ki, sözün həqiqi mənasında erməni ədəbiyyatı bu gün azərbaycanlılara  qarşı nifrət üzərində qurulub. Bütün bunlardan xəbərsiz olduğumuzu deyən A.Həsənoğlu erməni təhsil ocaqlarında bu əsərlərin dərs kimi keçirildiyini qeyd etdi: “Təsəvvür edin ki, erməni gənci o cür əsərlərlə “tərbiyələnir”. 2003-cü ilin statistikasına görə, təkcə Qarabağ müharibəsi ilə bağlı onlar 300-dən artıq bədii əsər yazıblar. Mənim araşdırmama görə, hər 24 aprel günü erməni məzarlığlında bizim əsirlərin başları kəsilir. Artıq onlar tərəfindən belə bir ənənə qoyulub. Mən yazıçılarımıza faktlar verdim ki, əsərlərində bədiləşdirsinlər. Onlardan bəziləri dedilər ki, bir gün barışıq olacaq və bu əsərlər pis qarşılanacaq. Amma mən bir yazıçı olaraq bu mövzulardan heç vaxt yan qaçmamışam. Hadisələr başlayan gündən mən yüzlərlə məqalə, hekayə, kino ssenarilər və s. yazmışam”.

 

Fuad Hüseynzadə  

 

 

“KarabakhİNFO.com”

07.12.2013 15:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*