– Rövşən müəllim, Parlament yaz sessiyasını necə başa vurdu?
-Həmişə olduğu kimi Parlament həm yaz, həm də payız sesiyasında kifayət qədər önəmli qanunlar üzərində işləyir və çalışır. Və bu qanunların qəbul olunması ilə bağlı ciddi işlər görülür. Bu baxımdan işlərmiz uğurla davam edir. Bütün komitələr işlərini kifayət qədər maraqlı aparır və lazımi qanunların qəbul olunması üçün öz faydalı əməyini ortaya qoya biliblər. Çünki, peşəkar millət vəkilləri Parlametdə təmsil olunrlar. Onlar Azərbaycan qanunvericiliyində öz tutarlı işini apara biliblər.
-Postsovet məkanındakı “dondurulmuş” münaqişələrin hələ də heç biri həll olunmayıb. Demək olarmı, bu münaqişələrin həllinin məqsədili şəkildə qarşısını alırlar?
-Bu, beynəlxalq hüququn beynəlxalq hüquqsuzluğa uduzmasının nəticəsidir.Bunun haqqında gərək böyük dövlətlər düşünüb öz fikirlərini söyləsinlər.
-Yeri gəlmişkən, ötən həftə Ermənistan parlametində Xocalı təlatümü yaşanıb. Belə ki, Moldovanın ombudsmanı Aureliya Qriqoriu insan hüquqları və “dondurulmuş” münaqişələr mövzusunda çıxış zamanı Ermənistanı Azərbaycan xalqına qarşı soyqırım törətməkdə günahlandırıb. Ermənilərsə bu çıxışa sərt reaksiya veriblər. Hətta, onu ölümlə hədələyiblər…
– Biz xanım Aureliyanın bu çıxışını çox müsbət qarşılayırıq. Çünki o, haqqı ədaləti deyib. Ermənistanda ona qarşı olan bu münasibət gözləniləndir. Çünki onlar haqsızdırlar. Öz günahlarınıı boyunlarna almaq istəmirlər. Bu, Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir. Qorxu, terror, demokratik düşüncələrdən fərqli olan münasibətlərdən irəli gələn məsələlərdir. Normal dövlət özünü belə apara bilməz.
-ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
– ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız və yalnız danşıqlar yolunda görür. Bunun alternativi yoxdur. Amma ATƏT-in Minsk qrupunun fəaliyyətində təkmilləşmə aparılmalıdır. Yəni həmsədirlər daha tutarlı mövqedən çıxış etməlidirlər. Amma bizim burda başqa əlacımız yoxdur. Belə də olmalıdır və belə də olacaq. Onlar öz fəaliyyətlərində daha uğurlu addımlar atsalar, bu bizim üçün daha yaxşı olar. Çünki bütün beynəlxalq aləmin Azərbaycının ərazi bütövlüyünün təmin olunması üçün mövqeyi tam açıqıdır. Sadəcə, bu məsələdə ATƏT-in Minsk qrupunun apardığı iş daha ciddi olmalıdr.
– Sizcə, Ermənistan ATƏT-in Minsk qrupunun irəli sürdüyü Madrid prinsiplərini niyə qəbul etmir?
-Bu, Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir. Sərkisiyan hakimiyyəti Ermənistan xalqını və dövlətini inkişaf etdirmək istəyirsə, regional layihələrdə iştirak etmək istəyirsə başa düşməlidir ki, işğalçı siyasətindən çəkilməlidir. Ermənistan işğal siyasətini davam etdirdikcə Azərbaycanın mövqeyi olmadan heç bir regional layihələrə qatıla bilməyəcək. Bunun üçün də düşünməlidir ki, öz xalqını hara aparır. Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək bu cür halları özünə rəva bilir. Ona görə Ermənistanda demoqrafik vəziyyət kəskin dərəcədə pisləşib. Ermənistan iqtisadiyyatının heç bir uğuru yoxdur və ola da bilməyəcək.
-Bu gün Dağlıq Qarabağ məsələsində Ermənistan hakimiyyəti ilə erməni xalqının mövqeyinin üst-üstə düşməməsi nədəndir?
– Təbii ki, erməni xalqı işğalçı xalq deyil. Ermənistanda bu gün hakimyyətdə olan işğalçı siyasi rəhbərlikdir. Əgər erməni xalqı doğurdan da seçkilərdə öz mövqeyini ifadə edə bilsə, bütün demokratik dövlətlərdə olduğu kimi bu proses daha tez qurtarar. Qeyri-demokratik, avtoritar bir rejimdir. Ona görə də heç bir uğura onlar imza ata bilməyəcəklər. İşğal nəticəsində hakimiyyətə gələn və işğalı dəstəkləyən Ermənistan hakimiyyətinin heç bir uğuru yoxdur.
-Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların aparılması torpaqların işğaldan azad edilməsinə nə kimi köməyi dəyə bilər?
– Hər iki tərəf arasında dialoqun başlanması üçün biz bütün imkanlardan istifadə edirik. Amma təəssüflər olsun ki, Ermənistanda bu gün hakimiyyətdə olan siyasi rəhbərlik dialoqdan qaçır. Bu da onların qeyri-konsturiktiv mövqeyinin bir daha nümunəsidir. Bunlar hər vəchlə istəmirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının dialoqu başlansın və pozulmuş münasibətlər bərpa olunsun. Çünki, onlar başa düşürlər ki, insanlar heç də müharibə tərəfdarları deyillər. Əgər biz bu danışıqları bərpa etsək vətəndaşlar çox normal şəkildə bir-biri ilə ünsiyyətdə ola bilərlər və bu da sülh danışıqlarına öz töhfəsini verə bilər.
Fuad Hüseynzadə
Karabakhinfo.com