Azərbaycanca

Ermənilərin Azərbaycan ərazisində törətdikləri terror aktları

16.08.2014 | 13:47

metro terroru_420x250Erməni millətçiləri əsrlər boyu türklərə, eləcə də azərbaycanlılara qarşı daim düşmənçilik münasibəti bəsləyiblər. Ermənilərin xalqımıza qarşı olan nifrətini tarixən sübuta yetirmək olar. Tarixə nəzər salsaq bu millət mütamad olaraq Azərbaycan və onun xalqına qarşı müxtəlif şəraitdə öz məkrli planlarını həyata keçiriblər.
Artıq dünya ölkələrinin əksəriyyəti Ermənistanı terrorçu ölkə kimi tanıyır. 1980-ci illərin axırlarından etibarən onlar Azərbaycan torpaqlarına göz tikdilər. Və torpaqlarımızın 20 faizini işğal etdilər.
Torpaqlarımızı işğal etməsinə baxmayaraq ermənilər öz məkrli planlarından yenə də əl çəkmədilər. Münaqişə başlanan zamandan etibarən ermənilər ölkə ərazisində çoxlu sayda terror hadisələri törədiblər. Onların törətdikəri terror hadisələri əsasən əhalinin daha çox istifadə etdiyi sərnişin avtobusu, qatar, metro və hava nəqliyyatı olub.
Ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi terror aktlarını oxucularımıza təqdim edirik.
Sərnişin avtobuslarında törədilən terror aktları:
1. 16 sentyabr 1989-cu il – Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər həlak olub, 25 nəfər yaralanmışdır.
2. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13 nəfər azərbaycanlı yaralanmışdır.

3. 11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanmışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar həmçinin 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunub, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər.

4. 10 avqust 1990-cı ildə “Şamxor-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF nömrəli avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 16 nəfər yaralanmışdır.

5. 10 avqust 1990-cı il – Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayəti törətmiş erməni terrorçuları Armen Мixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunubdur və 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilib M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilibdir.

6. 30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus ermənilər tərəfindən partladılıb, nəticədə 2 polis işçisi yaralanmışdır.

7. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılıb, 3 nəfər həlak olub, 4 nəfər yaralanıbdır.

8. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanmışdır.
Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olub. Məlumat üçün qeyd edək ki, ermənilər həmin tarixdə Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırıb, iki nəfər Qaradağlı kənd sakininin isə başını kəsmişlər.

 

 

Sərnişin və yük qatarlarında törədilən terror aktları:

 

1. 24 mart 1990-ci ildə “Noraşen-Bakı” yolunun 364-cü km-də dəmir yolu partladılıb, nəticədə teplovoz və 3 vaqon partladılıb, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür.
2. 30 may 1991-ci il Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 22 nəfər yaralanıbdır.
3. 31 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
4. 30 may 1991-ci ildə Dağıstanın Xasavyurt stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 22 nəfər ağır yaralanmışdır.
5. 31 iyun 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, 16 nəfər həlak olub, 20 nəfər ağır yaralanmışdır.
6. 28 fevral 1993-cü il – Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılıb, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
7. 2 iyun 1993-cü il – Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılmışdır. Həlak olan və yaralanan yoxdur. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir.
8. 1 fevral 1994-cü ildə – Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilib, 3 nəfər həlak olub, 20 nəfər yaralanıbdır.
9. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılıbdır.
10. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

 

Hava nəqliyyatında törədilmiş terror aktları

 

1. 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər – AR Milli Məclisin deputatı, Dövlət katibi T. İsmayılov, Baş nazirin müavini millət vəkili Z. Hacıyev, Dövlət müşaviri millət vəkili M. Əsədov, Baş Prokuror İ. Qayıbov, millət vəkilləri V. Cəfərov və V. Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, Meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q. Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ. Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S. İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N. Cinkin, AR Dövlət katibinin köməkçisi R. Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşları, A. Mustafayev, A. Hüseynzadə və F. Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər general-mayor M. Lukaşov, və podpolkovnik V. Koçarov, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini S. Serikov və 3 nəfər ekipaj üzvü həlak olubdur.

 

2. 28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olubdur.

2. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulub, 34 nəfər həlak olubdur.

 

 

Bakı metropolitenində törədilən terror aktları

 

 

1. 19 mart 1994-cü il Bakı metropoliteninin 20 yanvar stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilibdir.
2. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may – Gənclik stansiyaları arasında elektrik qatarında törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Statistik rəqəmlərə görə, indiyədək ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı 338 terror aktı törədilib. Bu zaman həlak olanların sayı 881 nəfər, yaralananların sayı isə 1239 nəfər olubdur.

 

sabir-rustemxanliErmənilərin Azərbaycan ərazisində törətdikləri terror aktlarına münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı “KarabakİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında bildirdi ki, terror ermənilərin əlində mübarizə silahıdır. Bu millət millət kimi formalaşmağa başlayandan etibarən terror yolu ilə nəsə əldə etmək istəyir: “Ermənilərdən nə desən, hətta ağlımıza gəlməyən, deyə bilmədiyimiz hərəkətləri, davranışları və təxribatları gözləmək mümkündür. Çünki təxribatçılıq, ağıla gəlməyən hərəkətlər etmək bu millətin genetik kodlarında olan və onu istiqamətləndirən eybəcərliklərdir və onun qarşısını almaq mümkün deyil”.

 

 

Sabir Rüstəmxanlının sözlərinə görə, hansı ölkədə terror hadisəsi baş verirsə həmin hadisəni törədən şəxslərdən biri mütləq erməni olur.

 

 

Yazıda istifadə olunan statistik məlumatlar human.gov.az saytından götürülmüşdür.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

 

 

16.08.2014 13:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*