Azərbaycanca

Ermənilərin daha bir oğurluğu

30.10.2014 | 11:28

imambayildi2Azərbaycanlıların, türklərin daha bir milli “İmam bayıldı” yeməyini ermənilər adlarına çıxmaq cəhdi göstərib. Rusiyanın “Aşan” (Auchan) gipermarketində Azərbaycanın işğal olunmuş torpaqlarında istehsal olunmuş mallar satılır. Burada piştaxtada satılan konserv məhsulunun üzərində “Ermənistan, Stepanakert” sözləri yazılıb. AŞAN bütün dünyada, həmçinin də Rusiyada təmsil olunmuş korporasiyadır.

 

 

Qeyd etmək lazımdır ki, Xankəndinin Ermənistana heç bir aidiyyatı yoxdur və 20 ildən artıqdır ki, işğal altındadır. Separatçı rejimin Azərbaycanın işğal edilmiş ərazilərində keyfiyyətli malların emal və istehsal etməsi inanılmazdır. Bilmək olmaz həmin turşular istehlakçıların səhhətinə nə kimi ziyan vura bilər.

 

 

10733694_10152373195642691_1792540625_nYuxarıda sadalananları nəzərə alaraq oxucularımıza təklif edirik “Aşan” qovşağının müdiriyyətinə məktubla müraciət etsin. Məktubu saytda göztərilən yeganə əlaqə ünvanına – m.kournossova@auchan.ru yollamaq lazımdır. Məktubun məzmunu aşağıda göstərilib:

 

 

Hörmətli “Aşan” (Auchan) rəhbərliyi!
10743377_10152373195457691_1984723983_nSizi dükanlarınızda satılan mənşəyi bilinməyən məhsul haqqında xəbərdarlıq etmək istərdim. Malın üzərində istehsal yeri kimi “Ermənistan, Stepanakert” göstərilib. Qeyd etmək istəyirəm ki, həmin yaşayış məskəninin adı Xankəndidir və dünyanın tanıdığı Azərbaycan ərazisidir. Xankəndi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzidir, hazırda Ermənistan tərəfindən işğal olunub. Bu barədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində yazılmışdır. Bütün dövlətlər həmçinin Rusiya Federasiyası da Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Yuxarıda sadaladığım faktları nəzərə alaraq satışdan bu məhsulu çıxarmanızı xahiş edirəm, çünki Dağlıq Qarabağ ilə bağlı hər bir kommersiya fəalliyyəti yalnız Azərbaycan hökumətinin icazəsi ilə geçəkləşə bilər”.

 

 

“KarabakhİNFO.com”

 

 

30.10.2014 11:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*