Azərbaycanca

Ermənilərin gor eşən göyərçini

19.02.2015 | 11:04

84111

ABŞ rəsmisi Viktroiya Nulandın İrəvanda dedikləri şok doğurdu

 

 

 

 

 

 

 

 

Girovlar geri qaytarılmalıdır.

 

 

ABŞ erməni rəsmilərini azərbaycanlı girovları Bakıya verməyə çağırır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland İrəvanda keçirdiyi yekun mətbuat konfransında bildirib.

 

 

Yada salaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov, həmçinin ermənilərin öldürdüyü Həsən Həsənov keçən ilin yayında Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda Ermənistan silahlı birləşmələri tərəfindən tutulub. Dərhal onları casusluqda və terrorda ittiham ediblər, halbuki on kilometrlərlə məsafədə bütün evlər dağıdılıb və heç bir hərbi obyekt yoxdur. Tutulanlar bildiriblər ki, onlar öz vətənlərinə valideynlərinin məzarını ziyarət etməyə gəliblər. Amma heç kim onları dinləmək belə istəməyib. “Humanist” ermənilərin təşkil etdiyi məhkəmə məzhəkəsi Dilqəm Əsgərova ömürlük həbs kəsdi, Şahbaz Quliyevə isə 22 il həbs qərarı verdi.

 

 

İrəvanın Vaşinqtonun tələblərini nəzərə alıb-almayacağı barədə dəqiq heç nə demək mümkün deyil. İndiyə kimi bu məsələ ilə bağlı Ermənistan rəhbərliyinə siyasi liderlər, beynəlxalq ictimai təşkilatlar dəfələrlə müraciət edib. Amma İrəvan hələ də azərbaycanlı girovları saxlamaqda davam edir, görünür, onları hər hansı bir kozır kartı kimi əlində tutmaq istəyir.

 

 

Mətbuat konfransında Nuland həmçinin qeyd edib ki, ABŞ Ermənistanı dəstəkləməkdə çox maraqlıdır. Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, amerikalı diplomat sülhə verdiyi töhvələrə görə İrəvana çox təşəkkür edib.

 

 

Amma bir şeyi anlamaq olmur ki, amerikalı Viktoriya xanım həzrətləri ermənilərin sülhə verdiyi töhfədən danışanda nə demək istəyir. Bəlkə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalını yada salır?..

 

 

 

 

 

 

ANS PRESS

 

 

 

 

19.02.2015 11:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*