Azərbaycanca

Ermənilərin hərbi təcavüzünün psixoloji təsiri

04.04.2014 | 15:52

1398081101_285606_358763304237789_1077831137_nKönül Vaqifqızı: “Əzizlərini, el-obasını, varidatını itirən, məhrumiyyətlərə düçar olan insanların hansı hisslər keçirdiyini anlamaq çətin deyil”

Ermənilərin hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Qarabağ müharibəsində zəngin təbiətə malik rayonlar mənfur düşmənlərimiz tərəfindən işğal olundu. Torpaqlarımız işğal olunarkən xalqımız tək iqtisadi, mədəni, sosial deyil, həm də psixoloji zərbələrlə üzləşdi. 1 milyona yaxın insan doğma yurd-yuvasından didərgin düşdü, yüzlərlə insanın gözünün qarşısında doğması can verdi.

 

Psixoloq Könül Vaqifqızı  “KarabakhİNFO.com” beynəlxalq e- jurnalına açıqlamasında yurd-yuvasından didərgin düşən, doğmalarını gözü qarşısında itirən insanların sarsıntı keçirərək psixoloji travma aldıqlarını deyir: “İnsanlar birdən-birə güllə səsinə ayılırlar. Beləcə nə olub bitdiyinin fərqinə varmadan qaçqın,  məcburi köçkün həyatı yaşayırlar. Yurd-yuvasından qaçqın düşən, çətinliklərə, məhrumiyyətlərə düçar olan insanların bir qismi bu acını taleyin qisməti kimi qəbul etdi. Digər qismi isə qaçqınlığın, məcburi köçkünlüyün nə olduğunu başa düşmədən ağır psixoloji travma aldı. Bunlar qaçqın və məcburi köçkünə çevrilən uşaqlardı. Onlar hələ uşaq ikən öz isti yuvasından qovulmaqla psixoloji durumları zərbə altına düşür. Nəticədə belə uşaqlara zaman keçdikcə tolerantlıq və dözümlülük dəyərlərini aşılmaq  çətin və mümkünsüz olur. Yaşa dolduqca intiqam hissi onlara aqresiya, mənəvi stressdən azad olmağa imkan vermir. Çünki əzizləri gözləri önündə öldürülən, özü yurd-yuvasından didərgin salınan körpə başqa cür düşünə də bilməz”.

 

K.Vaqifqızı onu da əlavə etdi ki, ermənilərin Azərbaycan torpağına təcavüzü nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 1 milyona yaxın insan doğma yurdundan didərgin düşərək qaçqın olub: “Əzizlərini, el-obasını, varidatını itirən, məhrumiyyətlərə düçar olan insanların hansı hissləri keçirdiyini anlamaq çətin deyil. Sarsıntılar, yaranan psixoloji travma köç etdikləri yaşayış məskənlərinə adaptasiya olunmaqda problemlər yaradır.  İnsanlar özlərini ifadə etməkdə  çətinlik çəkir, cəmiyyət üçün faydalılıq əmsalının olmaması qənaətinə gəlir. Bu isə onların özlərinə qapanmasına, əsəb gərginliyinə səbəb olur”.

 

 

Günel Cəlil

“KarabakhİNFO.com” 

 

04.04.2014 15:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*