Azərbaycanca

Ermənilərin informasiya müharibəsi

01.10.2013 | 15:23

1380625570_2222Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin bir-birilərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır və bu yolla özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər.

 

Bu gün Ermənistan Azərbaycana qarşı informasiya savaşı aparır. Əslində bu savaş təkcə Ermənistan tərəfindən yox, ümumiyyətlə, antiazərbaycan qüvvələr tərəfindən yönləndirilir. Bu savaşda Azərbaycan cəmiyyətində təxribatlar törətməyə hesablanmış saytları xüsusi qeyd etmək lazımdır. Harada qeydiyyatdan keçdiyi, ofisinin harada olduğu məlum olmayan bu cür xəbər saytları və media orqanları çox vaxt xarici domenlərlə fəaliyyət göstərirlər.

Araşdırmalar göstərir ki, faktiki olaraq erməni xüsusi xidmət orqanları tərəfindən yönləndirilən azərbaycan dilində saytlar da mövcuddur və onların Azərbaycanla bağlı pozucu fəaliyyəti barədə də qeyd edilir. Əslində belə yalan məlumatlar haqqında həmişə danışılıb, yazılıb. Bəlkə də  ermənilərin bu  yazılarını  ciddi qəbul etməyərək əhəmiyyət verməmək olardı.  Ancaq  heç bir sərhəd tanımayan internetdən  dünyanın hər bir yerində  istifadə edilir. Ermənilərin çox hiyləgərcəsinə  yaydığı bu  saxta məlumatlardan  görün  nə qədər  əcnəbi vətəndaş  Azərbaycan haqqında səhv  informasiyalar  əldə edir.

Erməni diasporunun təbliğat işində KİV orqanlarının xüsusi yeri var. Xarici ölkələrdə, əsasən də, Birləşmiş Ştatlarda güclü maliyyə dəstəyinə malik olan erməni KİV-ləri geniş informasiya şəbəkəsi qurmuşlar. Qərb ölkələrində bu gün ingilis və erməni dillərində çoxlu qəzet və jurnallar nəşr edilir, TV və radio proqramları yayınlanır. “Erməni məsələsi”nə həsr olunan yazılara böyük qonarar verməklə erməni qəzet və jurnalları qeyri-erməni jurnalistləri onlarla əməkdaşlığa cəlb etməyə çalışır və çox zaman buna müvəffəq olurlar. TV-də tez-tez erməni filmləri nümayiş etdirilir, radio proqramlarda erməni musiqisi səsləndirilir. Birləşmiş Ştatlarda nəşr edilən qəzet və jurnallardan aşağıda adları sadalananlar, demək olar ki, bütün ştatlara yayılır.

XX əsrin 70-ci illərindən Amerika siyasətində təsirli olmağa başlayan erməni lobbisi 1984-cü ildə bütün erməni təşkilatlarını Amerika Erməni Assambleyası (Armenian Assembly of America – AAA) ətrafında birləşdirməklə daha da qüvvətləndi. Assambleya 1972-ci ildə Vaşinqtonda yaradılmışdır. Mərkəzi Vaşinqtonda yerləşməklə yanaşı, Nyu-Yorkda, Los-Ancelesdə, Bostonda, Yerevanda və Azərbaycanın işğal olunan Xankəndi şəhərində də şöbələri mövcuddur. Assambleya erməni məsələsi ilə bağlı ictimaiyyəti məlumatlandırır, Amerika ermənilərinin Amerikanın siyasi proseslərində iştirakını təmin edir və Ermənistanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsinə yardım edir. 1988-ci ildə Ermənistanda baş vermiş zələlə ilə əlaqədar olaraq Assambleya yenidənqurma işlərinə kömək etmişdir və 1989-cu ildə İrəvanda ofisi açılmışdır. Amerikada erməni diasporu üçün lobbi fəaliyyətini həyata keçirən bu təşkilatın sadəcə 1994-cü il büdcəsindəki qeydlərə əsasən icraedici və qanunverici orqanlarla münasibətlərin qurulmasına 272.870 dollar xərcləndiyi qeyd edilmişdir. Lakin təşkilatın dolayı lobbizmə ayırdığı məbləğin 7 milyon dollardan çox olduğu bildirilir.Ermənilərin informasiya müharibəsi

Təşkilatın əsas mətbuat orqanları «Ermənistandan gündəlik xəbər raporu» (Daily News Report from Armenia), «Ermənistan bu həftə» (Armenian This Week), «Asambleya bu həftə» (Assembly This Week), «Ermənistandan aylıq xəbərlər» (Monthly Digest of News from Armenia) və s-dir.

Erməni diasporunun maddi imkanlarından istifadə edərək, Daşnaksütun Avropada, Asiyada, Şimali və Cənubi Amerikada bir çox kilsə təşkilatları, gənclərlə iş üzrə təşkilatlar və erməni məktəbləri yaradır. Həmçinin Daşnaksütun erməni diasporunun KİV-lərinin yaradılmasında və formalaşmasında da böyük rol oynayır.

XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı apardığı informasiya müharibəsi strategiyası müəyyən ideoloji taktikalarla həyata keçirilir. Hər şeydən əvvəl ermənilərin azərbaycanlılara qarşı informasiya müharibəsində ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlərdən istifadə olunur. Məsələn, onlar azərbaycanlıları “vəhşi”, “köçəri”, erməniləri isə “qədim tarixə malik”, “mədəni” xalq kimi dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya mübarizəsinin bütün imkanlarından istifadə etmiş və bundan sonra bu iki xalqın birlikdə yaşaya bilməyəcəkləri ideyasını qlobal informasiya məkanında ictimai şüura yeritməyə çalışmışlar.

1899-cu ildən nəşr olunan “Nairenik Weekly”, “Eritassart Nayastan”, “Asbarez Armenian Daily”, “Armenian Mirror Srectator”, “Armenian Weekly”, “California Courier”, “Armenian Life Nai”, “Massis Armenian Weekly”, “Armenian Observer”, “Armenian Reroter” və s. qəzetlər diaspor mühitində daha çox oxunan qəzetlərdir.

Amerikada sayı 113-ə çatan bülleten və jurnallar bütün ştatlarda dərc olunur. Bunlardan “Armenian International Magarine”, “Navasart”, “AMAA News”, “Yournal of Armenian Studies”, “Diasrora”, “Trans Caucasus, A Chronology”, “NAASR NEWsletter”, “Sevan Newsletter”, “Locus U.C.L.A.”, “Nye Syarzhoom” və digərlərinin adını çəkmək olar.

Radio proqram və kanalların sayı Birləşmiş Ştatlarda 22-yə çatır. Bu radio kanalların bir hissəsi 24 saat, bir hissəsi isə müxtəlif saatlarda yayınlanır. Amerikanın bir çox ştatında qulaq asılan radiolardan aşağıdakılar daha populyardır:

ARARAT Ametur Net”, “Neritage of Armenian Culture”, “Armenian TELE-Radio”, “Armenian Culturel Nour”, “Voice of America”, “Armenian Service”, “Armenian Outreach Radio”, “Armenian Amerikan Radio Nour” və digər kanallar.

Birləşmiş Ştatlarda təkcə Kaliforniya ştatında erməni diasporuna məxsus 6 TV kanalı yayınlanır. Bunlar “Andre Danik Show”, “Armenia Today”, “Armenian Teletime”, “Tele Armenia”, “Norizon Armenian TV NOR Serount”dur.

Amerikanın ştatlarında erməni informasiya – təbliğat işini aşağıdakı qaydada qeyd edə bilərik

1. Kaliforniya: 27 qəzet, 19 bülleten, 16 jurnal, 4 TV və radio kanal, 9 nəşriyyat, 2 agentlik, 11 video mərkəz.

2. Arizona: 2 qəzet, 4 jurnal, 1 TV və 2 radio kanal, 2 nəşriyyat, ermənilər üçün jurnalistika fakultəsi.

3. TEXAS: 7 qəzet, 5 jurnal, 2 TV və 2 radio kanal, 3 nəşriyyat, 1 agentlik.

4. Lunziana: 3 qəzet, 2 jurnal, ermənilər üçün tarix və jurnalistika fakultəsi, 2 TV və 3 radio kanal, 1 nəşriyyat.

5. Florida: 5 qəzet, 3 jurnal, 7 agentlik, 1 nəşriyyat, 2 TV və 2 radio kanal.

6. Virciniya: 1 qəzet, 2 jurnal, 1 agentlik, 1 nəşriyyat.

7. Vaşinqton: 14 qəzet, 7 jurnal, 8 TV və 4 radio kanal, 6 nəşriyyat, 71 bülleten, 3 agentlik, 14 videostudiya.

8. Pensenvaniya: 3 qəzet, 21 bülleten, 2 TV və 2 radio kanal, 1 agentlik, 2 nəşriyyat.

9. Nyu-York: 12 qəzet, 9 jurnal, 16 bülleten, 4 agentlik, 4 TV və 6 radio kanal, 22 videostudiya.

10. Men: 1 qəzet, 1 jurnal, 1 agentlik, 6 nəşriyyat, 2 videoqeydiyyat, 3 videokanal.

11. Miçiqam: 4 qəzet, 2 TV və 1 radio kanal, 4 nəşriyyat, 2 agentlik.

12. Montana: 2 qəzet, 6 jurnal, 2 TV və radio kanal, 2 nəşriyyat, 2 agentlik.

13. Oriqon: 6 qəzet, 4 jurnal, 3 TV və radio kanal, 1 kinostudiya, 7 agentlik.

14. Nevada: 3 qəzet, 3 bülleten, 4 jurnal, 2 TV və radio kanal, 4 videostudiya, 2 nəşriyyat. Adları çəkilən KİV orqanları mədəni, əbədi və dini proqramlar, yazılar adı altında siyasi iş aparırlar.

Ermənilərin informasiya müharibəsiBütün bu resurslar çox böyük təsir gücünə və imkanlara malikdir. Məsələn, bunlardan biri bloqlardır. Avropa Amerika eləcə də Rusiyada ənənəvi KİV-lərlə ciddi rəqabətə girmiş bloqlar, bu gün ənənəvi KİV-lərin həm auditoriyasına, həm də reklam gəlirlərinə şərik çıxıb. İnsanlar bloqlarda  yazılana KİV-lərdə yazılandan daha çox etibar edir (xüsusilə, Qərbdə). Ermənilərə məxsus olan  “erməni məsələsi” və Qarabağdan yazan minlərlə kifayət qədər populyar bloqun olmasına  baxmayaraq bu mövzuda yazan azərbaycanlı bloqerlərin sayı heç 100 ə çatmır. Ermənilər  bloqların necə effektiv təbliğat vasitəsi olduğunu çoxdan anlayıb və tətbiq etməyə başlayıblar,  hətta Ermənistanda və Qarabağda bu məqsədlə yerli internet istifadəçilərinə treninqlər də keçirilir,  onlara “Ermənistan və Qarabağ barədə həqiqəti” necə yazmalı olduqlarını öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından kömək göstərir(həmçinin xüsusi xidmət  orqanları).

Modern.az saytında Aytən Əliyevanın araşdırmasına görə ermənilər adında Azərbaycan sözləri olan yüzlərlə sayt yaradıblar. Buna xeyli misal göstərmək olar:

www.azerbaijan.com, www.azerbaijan.net, www.azerbaijan.tv, www.azerbaijan.org, www.azerbaijan.info, www.azerbaijan.biz, www.azerbaijan.at, www.azerbaijan.de,  www.azerbaijan.ag,  www.azerbaijan.nu,  www.azerbaijan.ru,  www.azer.info

Qarabağ bölgəsi ilə bağlı;

www.karabakh.com, www.qubadli.com,  www.cebrayil.com,  www.aghdam.com, www.xocavend.com,  www.kelbecer.com,  www.lachin.com, www.karabakh.net, www.susha.com, www.karabakh.biz, www.karabakh.info,  www.xocali.com,  www.karabakh.ru,  www.karabakh.org,  www.susha.net, www.lachin.com

Bakı adı ilə bağlı;

www.baku.com,  www.baku.net , www.baku.biz, www.baku.tv, www.baku.co.uk, www.baku.ru, www.baku.in

Naxçıvan Muxtar Respublikası ilə bağlı; 

www.nakhchivan.com, www.nakhchivan.net, www.sharur.com, www.ordubad.com, www.babek.am,  www.babek.info, www.babek.com, www.babek.net,  www.babek.co.uk,  www.babek.org

Digər bölgələrlə bağlı;

www.sumqait.info, www.sumqait.org, www.sumqait.net, www.stepanakert.com,  www.yevlakh.com, www.yevlakh.net

Azərbaycanda erməni informasiya müharibəsində onlara qarşı güclü mübarizə aparan azsaylı saytlar var. Bunlardan biri də 2012-ci ilin aprel ayının 10-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının (AVCİYA) təsisçiliyi, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılmış “KarabakhİNFO.com” (www.karabakhinfo.com) beynəlxalq elektron jurnalıdır.

Bu beynəlxalq elektron jurnal mükəmməliyi, yığcamlığı, virtual görünüşü ilə digər saytlardan fərqlənir. Saytın  10  dildə (Azərbaycan, ingilis, alman, rus, türk, ispan, fransız, ərəb və erməni dillərində) fəaliyyət göstərməsi onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən “KarabakhİNFO.com” e – jurnalını Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz ki, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradır. Bundan əlavə, e-jurnal xaricdə yaşayan azərbaycanlılar üçün, Azərbaycan lobbisi üçün məlumat mənbəyi kimi də yararlıdır.

Ermənilər virtual məkanda da Azərbaycana qarşı bəd niyyətlərindən əl çəkməyirlər. Məhz xaricdə – ABŞ, Fransa və digər ölkələrdə yaşayan ermənilər və onlara dəstək verən qüvvələr bu işdə daha fəaldırlar. Bu səbəbdən də onlar “KarabakhİNFO.com” beynəlxalq e – jurnalının facebook səhifəsinə, elektron ünvanına Naxçıvan və Qarabağın guya onlara məxsus olduqlarına dair informasiyalar göndərirlər.

 Bu azmış kimi erməni hakerləri “KarabakhİNFO.com”- un elektron ünvanına hücumlarının nəticəsi olaraq sayta məxsus sənədlərin, məlumatların və foto arxivin saxlanıldığı Desktopun şifrəsini ələ keçirmiş və ora girişi qadağan etmişlər. Bununla da onlar saytın işinə bir günlük mane olublar. Texniki heyət  şifrəni bərpa edən zaman erməni hakerlərinin müxtəlif söyüşlə dolu məlumatlarının kompyuterin yaddaş hissəsində qaldığının şahidi olublar.

Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

01.10.2013 15:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*