Azərbaycanca

Ermənilərin musiqi oğurluğu

19.06.2014 | 13:37

1403170584_eldar-tagiyevErmənilər bir xalq olaraq  mənimsəmə əsasında formalaşıblar. Məlumdur ki, onlar bu oğurluqlarını ən çox azərbaycanlılardan ediblər və bu gün də bu proses davam edir. Beləki ermənilərin bizə qarşı düşmənçiliyi təkcə torpaq iddiası ilə bitmir. Onlar eyni zamanda milli-mənəvi dəyərlərimizi də oğurlayaraq öz adlarına çıxırlar. Son illər ermənilər milli musiqimizə də oğru əllərini uzatmağa başlayıblar. Əslinə qalsa uzun illərdir ki, onlar bizim xalq və klassik musiqimizə təcavüz edirlər. Yəni onların bu əməlinin tarixi çox-çox uzaqlara gedib çıxır.

Ukraynanın Dnepropetrovsk şəhərində Azərbaycan diasporunun fəallarından olan Eldar Tağıyev eksklüziv olaraq “Karabakhinfo.com” beynəlxalq e-jurnalına ermənilərin musiqi sahəsində oğurluqlarının keçmişdən bu günə kimi olan dövrü haqqında məlumat verib. Qeyd edək ki, E. Tağıyev 1955-ci ildə Laçın şəhərində anadan olub. 1985-ci ildən Ukraynanın Dnepropetrovsk şəhərində yaşayır.

 

Onun sözlərinə görə, Azərbaycanda musiqi ifaçılığı sənətində uzun illər ermənilər gözəçarpan rol oynayıblar: “İslamdan doğan məhdudiyyətlər bir çox sahələrdə olduğu kimi musiqi sənətində də müsəlman olmayanlara böyük bir irs bağışladı. Ermənilər və onlara bənzər xalqlar musiqinin insana ecazkar təsirindən məharətlə istifadə edərək, bu sənəti gəlir mənbəyinə çevirdilər. Lakin onlar nə qədər mahir ifaçılar olsalar da, yeni musiqi nümunələri yaratmaqda acizlik çəkirdilər. Səbəb isə təbiətdən çox cəmiyyətin ideoloji durumunun məhsulu olan belə toplumların daima başqalarını təkrarlamağa üstünlük verməsidir. İlhamı Yaradandan yox, yaradılmışlara muzdlu xidmət etməkdən alırlar. Belə xalqlarda İlahi vergi olmur. Onlar yüngül, əyləncəli musiqiyə daha çox meyil edirlər. İslam əxlaqını həyat normasına çevirmiş bizlər isə günümüzdə muğam forması almış ciddi musiqi sənəti formalaşdırmışıq. Bu sahə yüksək mənəvi keyfiyyətlərə malik insanların fəaliyyət meydanı idi. İstər yeni musiqi əsərlərinin yaranması, istərsə də bu əsərlərin ifa edildiyi musiqi alətlərinin kəşfi və təkmilləşdirilməsi müsəlmanlara xasdır. İllər, əsrlər keçdi. Dünyada çox şey dəyişdi. Mənfəət birinci, mərifət son sıraya qoyulan dövr başlandı. “Mədəni millətlər” siyahısını mədəniyyətdən kənarlar tərtib etməyə başladı. Ermənilər belə sıralamalarda, bizdən öndə yer aldılar. Amma yenə də qədimdəki kimi bu toplum sırf özünəməxsus maddi-mədəniyyət nümunələri yarada bilmədi”.

 

E. Tağıyev deyir ki, ermənilərin başqalarından mənimsədiklərini müəyyən bəzəklər vurmaq yolu ilə özünə aid etmək cəhdi istənilən nəticəni vermədi: “Ruhu ermənilərə məxsus olmayan sənət, yeni inkişaf mərhələsinə qədəm qoya bilməzdi. Bugünədək oğurluqlarına davam etdilər. Yaxın və Orta Şərq xalqlarının folklor nümunələrini tam araşdırmaq imkanı olmayanlar erməniləri izləməklə tam təsəvvürə malik ola bilərlər. Geyimlər və rəqs elementləri, ritm və musiqi məharətlə sintez edilərək, orijinallıq qələminə verilir. Ermənilərin belə “mahirliyindən” xəbərsizlər olanlarda elə bir təsəvvür yarana bilər ki, bütün bu mədəniyyət nümunələrinin kökü onlardan gəlir. Bu düşüncə tərzi SSRİ zamanında özünün pik nöqtəsinə çatmışdır. Dünyaya səpələnmiş ermənilər, süni yaradılmış Ermənistanda başqa xalqların maddi-mədəniyyət nümunələrini özlərininki kimi qələmə verir, bütün bu yalanlar isə Moskva tərəfindən qəbul edilirdi. Orta əsrlər boyu türklərin hakim olduğu bölgələrdə, kiçik qruplar şəklində yaşayan ermənilər, daima çoxluğun anlaya bildiyi musiqiyə müraciət edirdilər. Bu təcrübənin qazanılmasında onlara yol göstərən daimi yaşayış yeri seçməkdə maraqlı olmayanlar oldular. Onlar da məxsusi musiqi folkloruna yiyələnməmişdilər. Əvəzində digər xalqların musiqisi onların ifasında zövq oxşayırdı”.

 

XIX əsrin kəşfləri insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu deyən həmsöhbətimiz musiqinin insan həyatının ayrılmaz parçasına çevrildiyini bildirdi: “Xırda janrlardan iri musiqi əsərləri yarandı və musiqi alətlərinin təkmilləşdirilməsi zərurəti meydana çıxdı. Bəşəri nailiyyətlərin digər sahələri kimi musiqi mədəniyyəti də Şərqdə Qərbdəkindən daha zəngin idi. Bu xəzinədən istifadə edən Qərb bəstəkarları, bir çox ölməz əsərlərin müəllifliyinə imza atdılar. Azərbaycan gec də olsa öz musiqi xəzinəsindən istifadə etmək yolunda ilk addımlarını atdı. Üzeyir Hacıbəyov 1908-ci ildə Şərqdə ilk operanı, “Leyli və Məcnun” kimi iri həcmli musiqi əsərini bəstələdi. Ardınca “Arşın mal alan”, “Koroğlu” və sair meydana gəldi. Bütün bu əsərlər xalqımızın əsrlər boyu yaratdığı zəngin musiqi irsinə istinad edilərək ərsəyə gətirildi. Ermənilər bu sahədəki geriliyi aradan qaldırmağın yollarını axtarmağa başladılar. Yaşadıqları coğrafi ərazidə hakim xalqın musiqisini qazanc mənbəyinə çevirən erməni ifaçılıq məktəbi, milli musiqi məktəbi yaratmaqda aciz idi. XIX əsrə qədər bu xalq kilsə xorundan başqa özünəməxsus musiqi janrı yarada bilməmişdir. İlk addım kimi milli opera yaratmağı qarşılarına məqsəd qoydular. Lakin onlarla cəhd nəticəsiz qaldı. Komitas, Tiqranyan, Yemelyan, Qara-Murza, Korqanov, Çuxaçyan bu vəzifəni həyata keçirə bilmədilər. Onların fəaliyyəti Qafqazda yaşayan xalqların mahnılarını toplayaraq erməni folkloru kimi qələmə verməklə bitdi”.

 

Diaspor üzvünün fikrincə, ermənilər növbəti addımda Krımda yaşayan bəstəkar Spendiarova müraciət etdilər: “Bu zamana qədər yaradıcılığı tatar-türk folkloru ilə bağlı olan Spendiarov erməni bəstəkarı hesab edilmirdi. Paralel olaraq onlar teatr truppaları yaradır, Üzeyir bəyin əsərlərini erməni dilində səhnəyə qoyurdular. 1916-cı ilin noyabrında Spendiarov Tiflisə gəlir. Demək olar ki, hər gün şəhərin müsəlmanlar yaşayan hissəsində yaradıcılıq axtarışına çıxır. 1925-ci ilin mart ayında Bakıya gəlir. Orkestrin fəaliyyətini izləyir. Üzeyir bəydən bəzi musiqilərini, öz “bəstələyəcəyi” operasında istifadə etməyə icazə alır. Beləliklə, “Almast” operasının 3 aktındakı marş bütövlükdə “O olmasın, bu olsun”dakı Məşədi İbadın ariyasının təkrarı idi. 18 may 1927-ci ildə mövzusu mifik İran-erməni qarşıdurmasından götürülən “Almast” operasının Tiflisdə ilk tamaşası oldu. Rus dilində yazılmış bu opera 1933-cu ildə erməni dilinə tərcümə edilib və İrəvanda tamaşaya qoyuldu. Günümüzdəki musiqi əsərlərimizin ermənilər tərəfindən oğurlanma səbəblərinin kökü də söylədiklərimizə bağlıdır”.

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

19.06.2014 13:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*