Azərbaycanca

Ermənilərin qənimi

04.02.2014 | 14:54

1391511141_1002224_262942960537982_2137989588_nÖlümün qolları güclü olsa da,

Vətən məhəbbəti güclüdür ondan!

Bax, bu məhəbbətdir aparan bizi,

Ağır döyüşlərə hər vaxt, hər zaman.

Tatar şairi Musa Cəlilin qələmindən qopan bu sözlər nə qədər düşündürücü, nə qədər cəlbedicidir. Burada ölüm saçan hisslərlə sevgi, məhəbbət duyğuları qarşı-qarşıya dayanmışdır. Hər iki duyğu və hissin daşıyıcısı insandır. İnsan üçün bütün həyatı boyu rahatlığın olması qeyri-mümkündür. İnsan həmişə narahatdır. Bəlkə də bu narahatlıqda bir dünya var, aləmə sığmayan həm sevgi, həm də nifrət var. Bu ikili xüsusiyyətlə fəaliyyətini tənzimləyən insan ümidini heç vaxt itirmir. Ümid onun üçün sanki bir çıraqdır, gecəli-gündüzlü qəlbində yanmaqdır. Vətən sevgisini qəlbində yaşadanlar daha yüksəkdə dayanırlar. Bunu sezmək çox da çətin deyil. Əgər insan üzünün cizgiləri, alnının qırışları, əllərinin qabarları ilə tanınsaydı bəlkə də sınaqlara ehtiyac qalmazdı.

Ermənilərin qənimiNamuslu oğullar şəhid doğular – həm də şəhidlər Vətənin Simurq quşlarıdır. Məmləkətin başının üstünü fəlakətlər alanda, yadelli düşmənlər ona hücum edəndə, millət qəfil bəlalarla üzləşəndə yeldən qanad taxar, seldən ayaq bağlar özünə. Gücünü, qüvvəsini, qollarını yığıb şığıyar düşmən üstünə, ölər, ancaq basılmaz, yenilməz heç vaxt…

Vətənpərvərlik tərbiyəsində zəif yerlərimizdən biri təcrübəli hərbiçilərimizin həyat və döyüş yolunun kifayət qədər öyrənilib təbliğ olunmamasıdır. Belə hərbçilərdən biri də Namiq Eldar oğlu Rzayevin Qarabağ müharibəsindəki qəhramanlığıdır.

Namiq Eldar oğlu Rzayev 1970-ci il dekabr ayının 7-də Ağdam şəhərində anadan olmuşdu.

1990-ci ilin 20 yanvar hadisələrində digər əsgərlərlə birlikdə kazarmada saxlayıb buraxmırdılar, ölüsündən-dirisindən xəbər olmadığından, yaxınları onun sağ qalmasına ümidlərini itirdikləri vaxtda kiçik bir kağız parçasında “Ana, mən sağam” yazıb bir nəfərlə göndərmişdi. Həmişə öz mərdliyi, qorxmazlığı ilə həmyaşıdları arasında fərqlənirdi.

Ermənilərin qənimiHəmən bu hadisələrə dözməyib, könüllü olaraq Qarabağ uğrunda döyüşə getmişdir. Məhşur Milli qəhrəman Fred Asifin batalyonunda Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə  qəhrəmanlıqlar göstərmişdir.

Bir dəfə hücum zamanı üzərinə qoyun dərisini keçirdərək, qoyun sürüsünün arasında düşmən mövqeyinə keçib bir neçə erməni əsgərini öldürüb, qulaqlarını kəsib gətirmişdi.

1992-ci il 13 iyun tarixində Naxçıvanik yaxınlığında döyüşlərdən birində ordumuzun irəliləyişi zamanı ön sırada hücuma gedərkən, düşmənin snayper gülləsindən şəhid olmuşdur.

Döyüş dostları onu vuran erməni snayperçisini məhv edərək, sənədlərini yas günü təsəlli tapsın deyə, atası Eldar həkimə gətirmişdilər. Namiq Rzayev Ağdam şəhidlər xiyabanında dəfn edilib. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!

Aynur Tağıyeva,

AMEA-nın əməkdaşı.

 

“KarakabkİNFO.com”

 

 

04.02.2014 14:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*