Azərbaycanca

Ermənilərin qondarma soyqırım planları alt-üst olur

24.04.2014 | 11:42

1398416562_10299448_10200950884774805_88350802_n“Həqiqətlərimizi hər xalqın öz psixologiyasına uyğun sübut etməyə çalışmalıyıq” Hazırda qondarma erməni soyqırımı məsələsi siyasiləşib. Beynəlxalq birliyinsə bu məsələdə ermənilərə “doğmalıq” göstərməsi açıq-aydın görünür. Bu baxımdan xristian təəssübkeşliyi başlıca amildir. Ümumiyyətlə, beynəlxalq aləmin, xüsusən Qəribin ermənilərə qarşı xristian təəssübkeşyli hər bir məsələdə özünü biruzə verir.

Məhz buna görə də ermənilər nə qədər yalan olsa da dünyanı saxta, olmayan bir soyqırıma inandırıblar. Amma bu inanmaqda “siyasi səmimlik” hiss olunmur. Artıq dünya xalqları erməninin kim olduğunu bilir. Bu gün xüsusən Xocalı soyqırımı aksiyalarının güclənməsi, erməni təbliğatının iflasa uğraması, onların qondarma erməni soyqırımı planlarını da alt-üst edir. Beləcə, özü soyqırımı törətmiş xalqın yalançı soyqırımı iddiası boşa çıxır. Bu situasiyada azərbaycanlılar, eləcə də türklər informasiya müharibəsində, təbliğati işlərdə davamlı addımlar atmalıdır. Bu işdə əlbəttə ki, Azərbaycan və Türkiyə diasporunun üzərinə də böyük məsuliyyət düşür. Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov bu məsuliyyəti hiss edən soydaşlarımızdandır.

 

Hollandiyada yaşayan həmvətənimiz e-jurnalımıza 24 aprelin ermənilərin və onlara dəstək verənlərin unutmadığı bir tarix olduğunu bildirdi: “Obrazlı desək, ortada nə qulaq var, nə qulağa taxılacaq sırğa, buna baxmayaraq olmayan sırğanı olmayan qulaqlara “sırğa” edənlər var. Deyəsən, bunların yaddaşına belə bir, məlumatmı deyim, vəsiyyətmi, bilmirəm, yeridiblər: “24 apreli unutmayın və bunu hər zaman türklərə qarşı istifadə edin. Türklər sizin düşməninizdir, bunu heç vaxt unutmayın. Türklərin başı bunun əksini sübut etməyə qatışacaq. Bu isə sizə “böyük ermənistan” yaratmaq üçün gərəkdir.” Ermənilər və havadarları isə öz üzərlərinə düşəni layiqincə yerinə yetirirlər”.

 

Amma V.Abbasov ermənilərin dünyanı bu yalana inandırmadıqlarını düşünür: “Mənə görə dünyanın maraqlı dövlətləri erməniləri belə bir “soyqırımı” olduğuna inandıra biliblər. Artıq erməniləri buna o qədər inandırıblar ki, indi onlar həmən maraqlı dövlətlərin özlərini onların uydurmalarına inandırmağa çalışırlar”.

 

“Öz gücümüzü göstərməliyik”

 

Politoloq bu hadisələrlə bağlı araşdırma aparmağa ermənilərin bir o qədər də maraqlı görsənmədiklərini vurğuladı: “Təkcə statistik rəqəmləri araşdırmaq yetər. Mən bildiyimə görə həmin dövrdə Osmanlı Türkiyəsində yaşayan ermənilərlə öldürüldüyü iddia edilən ermənilərin sayında heç bir uyğunluq yoxdur. Bunlar tarixçilərin araşdırmalı olduğu bir məsələdir. Düşünürəm ki, bütün deyilənlər sübut olunsa, Türkiyə bunu etiraf etməyə özündə güc tapar. Sizə maraqlı bir fakt deyim. Bir dəfə niderlandlı bir millət vəkilinə suallar göndərmişdim və sonradan Niderland parlamentində görüşümüz oldu. Mən “erməni genosidi”ni dırnaq içərisində yazmışdım və özümü bu gün də haqlı hesab edirəm. Deputatla aramızda maraqlı bir dialoq oldu və mən bunu müsahibənin içərisində olduğu kimi həm Azərbaycan, həm də Niderland mətbuatına verdim. Dialoq belə idi, deputat dedi: “Siz “genosid” sözünü dırnaq içərisində yazmısız. Düşünmürsüz ki, bununla erməni xalqını incidə bilərsiz?” Mən: “Bu sualı verəcəyinizi gözləyirdim. Ötən əsrin əvvəllərinə olduğu iddia olunan, əlimizdə heç bir dəlil-sübut olmayan bir şeyi “genosid” adlandırır, 1992 – ci ildə Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın, dinc sakinlərin, uşaqlı-böyüklü, öldürüldüyü, yüzlərlə insanın itkin düşdüyü və s. hadisələri isə görməzdən gəlirsiz. Baxmayaraq ki, bizim əlimizdə bunu sübut edəcək yetərincə faktlar, videolar və s. var. Siz düşünmürsüz ki, bununla Azərbaycan xalqını incidə bilərsiz?” – dedim. Burada qeyd etdiyim adi bir misaldır. Bunlar artıq özlərini dünyaya məzlum, yazıq bir xalq kimi göstərə biliblər”.

 

Öz gücümüzü göstərməyimizin vacibliyini deyən V.Abbasov bunun müxtəlif yollarını qeyd etdi: “Bizlər, hər birimiz yaşadığımız ölkənin siyasi həyatında aktiv olmalıyıq. Məcbur deyil ki, siyasətlə məşğul olaq. İlk növbədə yaşadığımız ölkənin vətəndaşlığını almamız, sonra isə seçkilər zamanı aktiv olmamız gərəkdir. Təsəvvür edin ki, Niderlanddakı son bələdiyyə seçimləri zamanı burda yaşayan türk əsilli insanların təxminən 46 % – i səsvermədə iştirak etmişdi. Dövlətlərimizlə bərabər dünyanın hər yerində formalaşmış diaspor təşkilatlarımız da bərabər fəaliyyət göstərməlidir. Sevindirici haldır ki, son vaxtlar bunlar müşahidə olunmaqdadır. Həqiqətlərimizi hər xalqın öz psixologiyasına uyğun sübut etməyə çalışmalıyıq. Bir də nə ediriksə onu savadlı, elmli şəkildə etməliyik. İnanın ki, başqa cür daha da öz xeyrimizə olmayan işlər görmüş olarıq”.

 

“Avropa ölkələri qondarma erməni soyqırımı məsələsinə ədalətlə baxmırlar”

 

Ermənilərin qondarma soyqırım planları alt-üst olurTürkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey bizimlə söhbətində türk xalqının heç bir zaman qətliam törətmədiyini dedi: “Bunu hər kəs bilir. Ermənilər tarix boyu türklərin onlara qarşı soyqırımı etdiklərini dünyaya bildirirlər. Əslində isə bunların həqiqətə uyğun olmadığını, türkün heç bir zaman kimsəyə qarşı bir qətliam etmədiyi bütün dünyaya məlumdur. Türk hər zaman getdiyi yerlərə ədalət, şərəf aparıb. Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hınçak” partiyalarının rəhbərləri həbs olunub. Bunu arxiv materialları da sübut edir. Həmin şəxslər yalnız həbs olunublar. Ermənilərin bəhs etdiyi köçürülmə hadisəsi də bu tarixə təsadüf etmir”.
Onun fikrincə, Türkiyənin ermənilərin “soyqırım” məsələsində yalan olduqlarına Avropa ölkələrində inandırması bir az çətin görünür: “Çünki həmin ölkələr bu işə ədalətlə baxmırlar. Onlar bu işə tərəf olaraq baxırlar. Hər il Fransa və ABŞ-da da eyni məsələlər gündəmə gəlir. Bu ölkələr ermənidən uşaq kimi istifadə ediblər. Bu ermənini Fransa Maltada, Urfada və s. şəhərlərdə, Rusiya isə Ərzurum, İqdır, Qarsda türkləri qırmaq üçün istifadə ediblər. Bu zaman də ermənlərə söz verblər ki, onlara “böyük ermənistan” yardacaqlar. Buna görə Fransa, İngiltərə, Rusiya ermənilərdən əl çəkməzlər. Arxiv materialları var, rus komandairləri ermənilərin türkləri qırmasını gözləri ilə gördüklərini etriaf edirlər. Əgər bunu deyən rus komandiridirsə, niyə erməni soyrımı abidəsi tikib? Əgər biz qatilksə, niyə 40 min qaçaq erməni gəlib Türkiyəyə sığınıb çalışır? Əgər biz qatilksə, onların Türkiyədə nə işi var? Ya onların ataları, ya da indiki Avropa parlamentləri yalan danlışırlar”.

 

Onun sözlərinə görə, gün gələcək Ermənistan da bunu anlayacaq: “Azərbaycan torpaqları geri verilsin, sərhədlər açılsa, 2 il sonra ermənilər özləri deyəcklər ki, bu, yalandır. Çünki onlar da bunun yalan olduğunu bilirlər. Onların indi qruduqları dövlət yalançı dövlətdir. Baxın, Azərbaycanın sərhədlərini öz milli əsgərləri qoruyur.  Eləcə də Türkiyənin də sərhədlərini öz milli ordusu qoruyur. Amma Ermənistanın sərhədlərini isə rus əsgərləri qoruyur. Bu gün Türkiyənin Əlican sərhəd qapısından baxdıqda türk bayrağı var, ancaq erməni bayrağı yoxdur. Əgər dövlətsənsə sərhəddində bayrağın dalğalanmalıdır. Bir dövlətin sərhədi onun namusdur. Namusunu başqasına qorutdurur, sonra da qalxıb deyir ki, dövlətdir. Dövlət namusunu götürüb başqasının qucağına qoymaz”.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

24.04.2014 11:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*