Azərbaycanca

Ermənilərin terror tarixi, Sason üsyanı

02.11.2012 | 19:55

1351871602_sasonErmənilərin terror tarixi, Sason  üsyanı

Üsyanlarıyla məşhur olan Sason o zamanki ictimai təşkilatların qeydlərinə əsasən yüzdən çox kəndi olan, idarə və ədliyyə işləri baxımından Siirt şəhərinə bağlı olan bir bölgə idi. 1890-cı illərdə burda Mehran Damadyan adlı bir erməni təxminən 3 il gəzərək Hnçaq adına təbliğat aparmış, yerli erməniləri üsyana təhrik etməyə çalışmışdır. Sason ermənilərinin hüquq-mühafizə orqanlarına xəbər verməsi nəticəsində M. Damadyan 1893-cü ildə həbs edilərək İstanbula gətirilmiş, lakin bir müddət sonra azadlığa buraxılmışdır. Sason üsyanı xarici dövlətlərin Osmanlıya müdaxiləsini təşkil etmək məqsədilə Hnçaq Komitəsi tərəfindən Murad (Kamparsun Boyacıyan) adlı şəxs vasitəsilə planlı şəkildə həyata keçirilmişdir. Murad Qafqazdan keçib Sasona gedən zaman Daşnaksütyun nümayəndələri ilə görüşmüş, onlardan maddi yardım almış, bu yöndə fəaliyyəti dəstəklənmişdir. Murad Sasona çatan zaman ətrafına bir çox erməni yaraqlısı toplayaraq üsyanın planını hazırlamağa başladı. Onlar sırf xarici müdaxiləni ölkəyə cəlb etmək üçün hazırlanan üsyanın getdikcə böyüyərək dağıdıcı və qanlı xarakter almağa başlaması haqda hər yerdə şaiələr yaymağa başladılar. Bunun nəticəsi olaraq Avropanın bir çox paytaxt şəhərlərində ermənilər lehinə mitinqlər həyata keçirilmiş, parlamentlərdə nitqlər söylənilmişdir. İngiltərənin Vandakı konsulu Holvard araşdırma üçün Sasona getmək istəmiş, lakin rəsmi İstanbul Holvardın simasında İngiltərəni üsyanın təhrikçisi olaraq gördüyü üçün onun Sasona getməsinə icazə verməmişdir. Uzun danışıqlardan sonra Ərzurumda konsulluğu olan Fransa, İngiltərə və Rusiyanın konsullarının Osmanlı istintaq komissiyasına qatılmasına razılıq verilmişdir.

Ermənilərin terror tarixi, Sason  üsyanıKomissiya 4 yanvar 1895-ci ildən həmin ilin 21 iyul müddətinə qədər incələmələr aparmış, 108 iclas keçirmiş və 190-dan çox şahid dinləmişdir. Heyətdən Ömər bəy Bitlis vali köməkçiliyinə təyini səbəbilə komissiyadan ayrılmaq məcburiyyətində qalmışdır. 23 Avqustda uzun axtarışlardan sonra üsyanın təşkilatçısı Murad həbs edildi. Ermənilər Sason üsyanına çox böyük ümidlər bağlamışdılar. Ermənilərin fikrincə, Sasonda baş verəcək üsyanı bəhanə edən Avropa ölkələri Osmanlıya müdaxilə edəcək, nəticədə rəsmi İstanbul ermənilərin tələblərini yerinə yetirməyə məcbur olacaqdır. Lakin yarımçıq qalmış üsyanı davam etdirmək üçün Hnçaq Komitəsi İstanbulda və digər əyalətlərdə təşkilatın rəsmi möhürü ilə təsdiqlənmiş yardım biletləri sayəsində kifayət qədər vəsait toplamışdılar. Üsyanın necə başladıldığı haqda “New York Herald American” qəzetində dərc olunan yazını qeyd etmək kifayətdir:

Ermənilərin terror tarixi, Sason  üsyanı“Avropa araşdırmaları ermənilərin bu üsyanı hazırlamasında və həyata keçirməsində xarici ölkələrdən gələn təxribatçılarla əlbir olduğunu təsdiqləmişdir. Üsyançılar İngiltərədən gətirilmiş modern silahlar vasitəsilə insanları qətlə yetirmiş, yanğınlar törətmiş, bir çox qarətçilik əməlləri etdikdən sonra nizami ordu hissələrinə qarşı hücumlar həyata keçirmiş, daha sonra isə dağlara çəkilmişlər. İstintaq heyəti üsyançılara qarşı ordu göndərməyin özlərinin təbii hüququ olduğunu vurğuladılar. İstintaq gedişində əsgərlər üsyançılara hücum etdilər. Qanlı döyüşlərdən sonra üsyançılar məğlub edildi. Lakin ermənilərin 3000 nəfərlik digər qruplaşması Anduk dağına doğru geri çəkildi. Aralarından 500-600 nəfər yaraqlı erməni Muş qəsəbəsini mühasirəyə almağa cəhd etdi. Bu məqsədlə onlar Muşun cənubunda yerləşən, mənşəcə kürdlərdən ibarət olan Delican elinə hücum etdilər. Ələ keçən bütün müsəlmanların dini hissləri təhqir olundu, özləri isə qəddarcasına qətlə yetirildilər. Erməni yaraqlıları daha sonra nizami ordu hissələrinə qarşı da hücuma keçdilər. Lakin əsgər sayının çox olması və şiddətli müqavimət görmələri səbəbilə Muş qəsəbəsini işğal edə bilmədilər. Üsyançılar Anduk dağındakı digər üsyançılarla birləşərək xüsusi quldur dəstələri təşkil etdilər. Həmin quldur dəstələri yaxınlıqda yerləşən yaşayış yerlərinə hücum etdilər, bir çox cinayət və qarətlər törətdilər. Ömər ağa adlı bir şəxsin bacısı oğlunu diri-diri yandırdılar, Gülli Güzat kəndindən üç saatlıq məsafədə yerləşən yaşayış məntəqəsində müsəlman qadınlara təcavüz etdilər, daha sonra isə boğazlarından asdılar. Bir çox müsəlmanın gözləri ovuldu, qulaqları kəsildi, həmçinin xristianlığı qəbula və xaçı öpməyə məcbur edilərək alçaldıldılar.

Avqust ayının sonlarında ermənilər Muş yaxınlığındakı kürdlərə hücum edərək Gülli – Güzat ilə birlikdə iki-üç kəndi yandırdılar. Taloridəki 3000 erməni yaraqlısı hökümətin tələbini heçə sayaraq tərki – silah olmağı rədd etdilər və qətliamlara davam etdilər. Dövlət daha ciddi tədbirlərə əl ataraq bölgəyə ordu göndərdi. Üsyançıların lideri Hamparsum on bir yoldaşı ilə birlikdə dağlara çəkildi. Geri çəkilmə sırasında üsyançılar iki giziri öldürdülər. Lakin buna baxmayaraq Hamparsum canlı olaraq yaxalandı. Avqust ayının sonunda Osmanlı hökuməti artıq bütün silahlı qruplaşmaları darmadağın etmişdi. Ölən üsyançılar təslim olmağı qəbul etməyərək ölkənin qanuni hakimiyyətinə qarşı savaşanlar idi”.

 

Türkcədən çevirdi : Şahin Musavi

 
 “KarabakhİNFO.com”

 

02.11.2012 19:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*