Azərbaycanca

Ermənilərlə işləyən azərbaycanlı

28.09.2012 | 14:54

 

???????????????????????????????Bugünkü müsahibimiz çətin günlər yaşamış, ən ağrılı – acılı günlərin şahidi olmuş Əzizov Nüsrət Musa oğludur. Onun danışdıqlarını sizə təqdim edirik.

1973-cü ildə Xocavənd rayonunun Rayon partiya komitəsinə gəlmişəm. 1976-cı ildən 1988-ci ilin fevral ayına qədər Rayon İcra Hakimiyyətində birinci mavin vəzifəsində işləmişəm. 1988-ci ildən vəziyyət dəyişməyə başladı. Bakıdan, Ali Sovetdən, Mərkəzi Komitədən, Nazirlər Kabinetindən müxtəlif vəzifə sahibləri gəlirdi. Onların keçirdiyi iclaslarda iştirak edirdim. Həmçinin tutduğum vəzifəyə uyğun olaraq, ermənilərin plenumlarında, konfranslarda axıradək iştirak etmişəm. Təzyiqlərə məruz qalsam da, çalışmışam iştirak edim. Onların istədikləri bu idi ki, Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistanın tərkibinə keçirsinlər. Mən bu qərarlar barədə Ağdam rayon partiya komitəsinin binasında oturan Axundov familiyalı məsul şəxsi məlumatlandırdım. O, Mərkəzi Komitədən idi. Gündüz imkan olmadığından gecə saat 2 – 3 – dən sonra paltarımı dəyişib, məni görməsinlər deyə, üz – gözümü qaralayıb gedirdim Ağdama və məlumat verirdim. Beləcə, biz işimizi davam etdirirdik. Bu beləcə davam etdi, o vaxtacan ki, ermənilər bundan xəbər tutdular və mənə təzyiqlər göstərməyə başladılar. Belə ki, kabinetimin qapısını arxadan bağlayırdılar içəridə qalırdım, günlərlə çölə çıxa bilmirdim, güclü nümayiş gedirdi, aşağı düşmək də mümkün deyildi. Elə vaxt olub ki, 3-cü mərətəbədən su borusundan tutub düşmüşəm, heç kəs görmədən gedib azərbaycanlılarla görüşüb lazımi məlumatları çatdırmışam, yeni təlimatlar alıb təkrar yenə qayıtmşam. İlk dəfə 1991-ci ilin yanvar ayının 13-də Martuni rayonunun ( indiki Xocavənd) ətrafında mən ermənilər tərəfindən mühasirədə qaldım. Ermənilərlə işləyən azərbaycanlıPolyaniçkonun komandası Xankəndinə girmək istəyirdi. O zaman mən gizli yolla Şuşaya komitəyə gedirdim. Bunu bildilər və məni yolda girov götürdülər. Məni Xankəndinə apardılar, hərbi şəhərcikdə 12 gün saxladılar. Düzünü desəm, mən orada çörək də yemirdim ki, ermənilər məni zəhərləyib öldürərlər. Ağdamda cəbhəçilər rus tankında erməni mayor tutmuşdular, məni onunla dəyişdirdilər və Ağdama gətirdilər. 1992-ci ildən etibarən ora buraxılmasam da, işimi Əmralılar adlı bir kənddə davam etdirirdim. Bizim kəndlərə gedib camaatla əlaqə saxlayırdıq. Bu kəndlərin içərisində ən çox şəhid verəni Qaradağlı idi. 78 şəhid. 1992-ci ilin fevral ayının 14-dən 17-ə qədər döyüşdülər və o qədər çətin oldu ki, biz oraya silah sursat apara bilmədik. Çünki, həmin vaxt vəzifədə olanlar soyuqqanlılıq göstərdilər, dəfələlərlə kömək istəsək də bizə yardım edən olmadı. Bunun da nəticəsində Qaradağlı camaatı şəhid oldu. Bütün itkilərə baxmayaraq yenə də kömək gəlmədi. Çünki, həmin vaxt vəzifə uğrunda mübarizə gedirdi. Çətinliklərlə üzləşsək də, sonadək bütün döyüşlərdə iştirak etdim. İndi də o günlərin əziyyətini çəkirəm. Hələ də Respublika Veteranlar Şurasının Bərpaedici mərkəzində müalicə alıram. Dövlətimizin diqqət və qayğısı sayəsində yaşayırıq. Xüsusilə, Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Dövlətimiz çalışır. Allah Heydər Əliyevə rəhmət eləsin ki, o ölkəmiz üçün, bu gün üçün, gələcəyimiz üçün çox şeylər miras qoyub. İnanıram ki, İlham Əlivevin qətiyyətli siyasəti nəticəsində sülh yolu ilə biz Qarabağa qayıdacağıq. Bu gün mənim 67 yaşım olsa da, mən inanıram ki, o torpaqlara qayıdacam.
Hal – hazırda təqaüddəyəm və Rayon Veteranlar Şurasının sədriyəm, həm də məktəbdə tədris hissə müdiriyəm.

 


Aysel Talıbqızı

 

28.09.2012 14:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*