Azərbaycanca

Erməniləşdirilən Laçın

17.05.2014 | 07:32

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalarımızdan məlum olur ki, hüquqi çərçivədə Azərbaycan (türk) mənşəli toponimlər mərhələ – mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb. Son məlumata görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib. Bu toponim təcavüzünə uğrayan rayonlardan biridə 28 may 1992-ci ildə işğal olunan Azərbaycanın qədim yurdu olan Laçındır.

Hazırda Laçını– Berdzor, Ağoğlanı– Tsitsernavank, Zabuxu– Ağhavno, Ağbulağı– Spitakadjur, Cicimlini– Vanoca, Minkəndi– Hak, Alxaslını– Aşeni, Çıraqlını– Arvakan, Kamallını– Uxtadzor, Kosaları– Melikatun, Əhmədlini– Herik, QarıqıĢlağı– Tandzut, Bozlunu– Moşatağ, Qala-çanı– Berdik, Pircahanı– Qandza adlandıran ermənilər rayonun bütün təbii sərvətlərin istismar etməkdədirlər. Foto faktlarla bəzilərinə nəzər salaq:

 

1400313039_1962873_725912650782191_1399310253_nFotoda Laçın rayonunun Minkənd kəndində mövcud olan İlıqsu su qaynağıdır. Ermənilər bura dünyanın hər yerindən dincəlməyə gəlirlər. İlıqsu — Azərbaycan Respublikasının Laçın rayonunun ərazisində, dəniz səviyyəsindən1600 metr hündürlükdə Minkənd və Əhmədli kəndlərinin ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olub ilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır. Qeyd edək ki, Laçın rayonunun , xüsusilə də Minkənd və Əhmədli kəndlərinin ərazilərində onlarla Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. İlıqsu hidronimi bəzi mənbələrdə “İlxısu”, “İstisu” variantlarda işlənmişdir. Hətta keçən əsrin sonlarında ətraf rayonlardan bura dincəlmək üçün minlərlə insan gələrdi. Laçın – Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Kiçik Qafqaz dağlarının mərkəz hissəsində, dəniz səviyyəsindən 1500-2800 m hündürlükdə yerləşən, olduqca qiymətli, kurortların tikilməsi və sənaye zavodlarının inşası üçün əhəmiyyətli olan mineral su yataqlarıdır. Yuxarı İstisu, Aşağı istisu, Qoturlu, Çərəktar, İlıqsu, Turşsu və digər bu kimi mineral bulaqları göstərmək olar. Fotoda Laçın rayonunun ASALA tərəfindən işğal olunduğu gün ermənilər Laçının mərkəzində Kəlbəcər-Laçın sularını birləşdirib Bulaq kompleksi açılışı görünür. Bulaq suyunun müalicəvi olduğu üçün Ermənistana və Gürcüstana idxalı nəzərdə tutulub.

 

1400313185_bezymyannyyLaçının girişində erməni terrorçusu Monte Melkonyana qoyulan foto. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Bu terror aktı nəticəsində 5 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunmuş və 4 terror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır. 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün Azərbaycanın Dağlıq Qarabağ ərazisinə göndərilmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. 12 iyun 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir. Erməniləri terrorçunun Laçının işğalında əsas simalardan biri sayırlar və onun adına rayonda çoxsaylı obyetktlər açıblar.

 

1400313230_3526Fotoda Fransadan olan erməni gəncləridir. Laçında könüllü olaraq çalışmağa gəliblər. Suriyadan olan ermənilər üçün ev tikintisində işləyirlər. Gələndə özləri ilə bir neçə evin maddi dəstəyin də gətiriblər.Məlumat üçün bildirək ki, , Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonunda Suriyadan gəlmiş erməni ailələri üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binalarının və fərdi evlərin tikintisinə başlanılıb. Separatçı rejimin rayon üzrə “icra başçısı” David Davtyan bildirib ki, ilk mənzilləri artıq bu ilin aprelin ortalarında sakinlərə təhvil veriblər. David Davtyan əlavə edib ki, hazırda Laçın rayonunda Suriyadan qaçqın düşmüş 105 nəfərdən ibarət 29 erməni ailəsi məskunlaşıb. Onun sözlərinə görə, mənzillər tikilənədək Suriyadan gəlmiş ailələr müvəqqəti olaraq Laçın şəhərindəki yataqxanada yerləşdirilib.

 

1400313575_040712_11Şəkildə hər il yayda erməni diasporunun maddi dəstəyi ilə dünyanın müxtəlif ölkələrində yaşayan erməni gənclərin Laçında yay düşərgələrinin keçirilməsinə dair faktdır. Erməni diasporu bununla Qarabağı görməyən erməni gənclərin milli kimliklərin unutmamasına çalışır. Onlar Laçında dincəlir, müxtəlif oyunlar qurur və qayıtdıqları ölkələrdə dostlarına Laçın haqqında məlumat aparır və buranın qədim erməni “torpağı” olmasını danışırlar.

 

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com” 

17.05.2014 07:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*