Azərbaycanca

Ermənipərəst Robert Dold kimdir?

09.10.2014 | 14:14

robert dold“Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir”. Bu açıqlamanı Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib.

 
Kimdir bu Robert Dold?

 
ABŞ-ın İllinoys ştatının Evanston şəhərində anadan olan Robertin uşaqlıq dostları ermənilər olublar. Təhsil aldığı Teodor Ruzvelt adına orta məktəbdə sinif yoldaşı ermənilər idi. Bu da onun Amerika Erməni Milli Komitəsi fəxri üzvü olmasına səbəb olub. Robert Dold ABŞ Konqresinin Nümayəndələr Palatasında ilk fəaliyyətini 2012-ci ildə başa vurub. ABŞ-ın Respublika Partiyasının üzvü olan R.Dold Konqresin erməni məsələləri üzrə qrupunun sədr müavini olub. Bu gün də Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib.

 
Robert Doldun ermənilər üçün gördüyü işlərə qısa nəzər salaq:

 
2011-2012-ci illər:

 

 

– Bakı, Sumqayıt və Gəncədə guya erməni qırğını olub deyə Konqresə layihə təklif edib
– Xocalı soyqrımının Konqresdə müzakirə olunmasına qarşı çıxıb.
– Dövlət Katibi Hillari Klintona müraciət hazırlayaraq “erməni soyqırımın” tanıdılmasının zəruriliyini qeyd edib.
– Ramil Səfərovun azad olunmasına qarşı çıxaraq Senat və Konqresdə Azərbaycana qarşı qərar verilməsi üçün fəaliyyət göstərib.
– Kapitoli Hilldə “Dağlıq Qarabağ Respublikasının” 20 illiyi münasibətilə tədbir keçirib.

 

 

Qeyd edək ki, 2012-ci ilin iyul ayında Amerikanın “The Washington Post” və “USA Today” qəzetləri erməni yazıçı Kric Bocalyanın qondarma soyqırımdan bəhs edən “Qum qəsrinin qızları” kitabı barədə ardıcıl məqalələr dərc edilməsini də Robert Dold təşkil edib. 2012-ci ilin avqustun 1-də kitab ABŞ Konqresində nümayiş etdirilib. Bunu da konqresmenlər Adam Şif və Robert Dold dəstəkləyiblər. Bu şəxslərin rəhbərliyi ilə eyni zamanda Amerikadakı erməni maraq qrupları Fransa Senatında qəbul olunmuş “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sözlərini geri götürməsi üçün dövlət katibi Hillari Klintona təzyiq göstərmək məqsədilə yeni kampaniya da aparıblar.

 

 

2014-cü ildə Amerika Erməni Milli Komitəsində görüş keçirib və Dağlıq Qarabağın müstəqil erməni “dövləti” olması üçün əlindən gələn bütün işləri Konqresə seçildiyi zaman görəcəyini bəyan edib.

 

 

Aynur Tağıyeva
AMEA-nın əməkdaşı

 
“KarabakhİNFO.com”

 

 

09.10.2014 14:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*