Azərbaycanca

Ermənistan 1915-ci il hadisələrinin “soyqırımı” kimi təbliğatını gəlir mənbəyinə çevirməyə çalışır

30.01.2015 | 14:15

cemil_cicek_031114Ermənistan 1915-ci il hadisələrinin “soyqırımı” kimi təbliğatını gəlir mənbəyinə çevirməyə cəhd edir

 

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı Trend-ə  istinadən xəbər verir ki, bunu parlamentin spikeri Cəmil Çiçək bildirib.

 

 

Onun sözlərinə görə, Türkiyənin erməni xalqına qarşı heç bir pis niyyəti yoxdur, lakin bu, o demək deyil ki, ölkə Ermənistanın anti-türk kampaniyasına qarşı susacaq və heç bir fəaliyyət göstərməyəcək.

 

 

Bir qədər əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacağını bəyan edib.

 

 

Ərdoğanın sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinə aydınlıq gətirmək üçün öz arxivlərini açdığını elan edib.

 

 

Ərdoğan deyib: “Əgər Ermənistanda da belə arxivlər varsa, qoy Ermənistan da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsın”.

 

 

 

 

Anadolu Agentliyi

 

 

30.01.2015 14:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*