Azərbaycanca

Ermənistan Avropa, yoxsa Rusiya seçimi qarşısında qalıb

13.08.2013 | 13:43

1376560125_micriErmənistan Qərblə Rusiya arasında növbəti manipuliyasiya edir. Rusiyanın hər  çağırışına “bəçeşm” deyən Ermənistan indi öz “ağasına” acıq verirmiş kimi avrointeqrasiya görüntüsü yaratmağa çalışır. Hansı ki, Ermənistan Rusiyanın Avrasiya İttifaqını yaratması təklifini ilk dəstəkləyən ölkələrdəndir və rəsmi İrəvan bu təşkilatın işində fəal iştirak edəcəyini bildirib.

Lakin bu mövqeyin əksinə olaraq Ermənistan hazırda “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə yeni münasibətlər formalaşdırmağa çalışır. Belə ki, Ermənistan bu proqram çərçivəsində noyabr ayında Vilnüsdə keçiriləcək sammitdə Ukrayna, Moldova və Azərbaycanla birlikdə Avropa İttifaqı ilə assosiativ müqavilə imzalamağa hazırlaşır. Qərbdə isə Ermənistanın apardığı bu ikili siyasət heç də birmənalı qarşılanmır. Ona görə də Qərb Ermənistanı iki Aİ-dən birini seçmək dilemması qarşısında qoyub. Bu baxımdan Avropa İttifaqının lider və donor ölkələrindən olan Almaniyanın Ermənistandakı səfiri Rayner Morelin “Novosti Armenii” agentliyinə verdiyi müsahibəsində Ermənistanın seçiminə və seçimindən sonra baş verə biləcək prosseslərə aydınlıq gətirməsi maraqlıdır. R.Morelin sözlərinə görə, əgər azad ticarətdən söhbət gedirsə, istənilən ölkə başqa bir ölkə ilə ticarət etməkdə sərbəstdir.Ermənistan Avropa, yoxsa Rusiya seçimi qarşısında qalıb

 

“Ermənistanın isə kimi tərcih edəcəyi onun öz işidir” deyən səfir diqqəti Ermənistanın “sahibi” Rusiya tərəfindən sürükləndiyi Avrasiya İttifaqına çəkib: “Əgər Ermənistan bu birliyə inteqrasiyanı prioritet götürübsə, onda bu, İrəvanın tamam başqa şərtlər altında, başqa qanunlarla yaşaması deməkdir. Bu birliyin üzvü olmaq hətta Ermənistanı sərbəst xarici siyasət yürütmək imkanlarından belə məhrum edəcək. Yəni Ermənistan SSRİ dağılandan sonra qazandığı müstəqilliyini və azadlığını birdəfəlik itirmiş olacaq”.

 

O, “Ermənistan özü seçim etməlidir” deyərək bu ölkə qarşısında konkret şərt qoyub: “Əgər gələcək Avrasiya iqtisadi birliyinə üzv olacaqsa, onda bizimlə hətta danışıqlar aparmaq imkanlarından belə məhrum olacaq. Aparılan danışıqlar isə Avropa Birliyi ilə müstəqil Ermənistan arasında deyil, Avrasiya ittifaqı üzvü ilə aparılan danışıqlar statusunda və qeyri-müstəqil ərazi bölgüsü ilə aparılan danışıqlar səviyyəsində olacaqdır”.

 

“Avropalılar heç vaxt Ermənistanın Qarabağın protektoru statusunu tanımayacaq”Ermənistan Avropa, yoxsa Rusiya seçimi qarşısında qalıb

 

Hazırda Ermənistanda sosial-iqtisadi  vəziyyət gündən-günə çətinləşir.Xarici siyasətində də tarixi sınaq qarşısındadır. Rusiyanın təzyiqlərindən Avrasiya İttifaqına qoşulmaya bilmir, amma Avropadan məhrum olmaq istəmir. Ona görə də öz müqəddəratını həll edəcək Avropa, yoxsa Rusiya seçimi qaşısında qalıb. Amma belə görünür ki, Ermənistan Avropa İttifaqından istədiyini ala bilməyəcək. Elə Şərq və Qərb arasında Avropa Mərkəzi Assosiasiyasının üzvü, çexiyalı ekspert Erike Lernerin “Reqnum”a müsahibəsi də bunu təsdiq edir. Ekspert qeyd edib ki, Ermənistanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan sənəd sonda ratifikasiya olunmaya da bilər. O, misal kimi Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları göstərib. Eyni zamanda qeyd edib ki, Avropa İttifaqı sənədlər təsdiqlənərsə, orada nəzərdə tutulan prinsiplərə ciddi şəkildə nəzarət edəcək. Lerner vurğulayıb ki, Ermənistan eyni zamanda həm Avropa İttifaqı, həm də Avrasiya İttifaqı ilə əməkdaşlıq edə bilməz: “Avropa İttifaqında heç kim Ermənistanın Rusiya və ya digər MDB ölkələri ilə əməkdaşlığını qadağan etmir. Rusiya Avropa İttifaqı ölkələrinin əsas ticarət tərəfdaşlarından biridir. Amma eyni zamanda iki fərqli iqtisadi məkanda olmaq mümkün olmayacaq. Bunun üçün də Ermənistan seçim etməlidir. Bəzən Ermənistana Avropa İttifaqı və ya Rusiya tərəfdən göstərilən təzyiqlərdən bəhs edilir. Amma mənə elə gəlir ki, Ermənistan elə vəziyyətdə deyil ki, onun uğrunda iki və ya üç tərəf mübarizə aparsın. Bura geosiyasi vəziyyəti də əlavə etmək lazımdır. Ermənistan seçim etdikdən sonra müəyyən təzyiqlər ola bilər. Biz mətbuatdan qazın qiymətinin artırılması və Azərbaycana hücum silahlarının satılması ilə bağlı məlumatlar oxuyuruq. “Şərq Tərəfdaşlığı” proqramı keçmiş SSRİ dövlətlərini Rusiyanın orbitindən çıxarmağı düşünmür, sadəcə olaraq alternativ yol təqdim edir”. “Reqnum”un jurnalisti ekspertə ünvanladığı sualda qeyd edib ki, Ermənistan, Gürcüstan və Moldova “Şərq Tərəfdaşlığı”nın lider ölkələridir. Bu üç ölkəni birləşdirən ən əsas məqamlardan biri də onların hər üçünün ərazi probleminin olmasıdır. Amma ekspert jurnalistin sualının yanlış olduğunu qeyd edərək deyib: “Mən bu üç ölkəni ərazi problemi olan ölkələr kimi xarakterizə etməzdim. Çünki qeyd etdiyiniz üç ölkədən ikisinin belə bir problemi olsa da, Ermənistanın belə problemi yoxdur. Ərazi bütövlüyü ilə bağlı problem Ermənistana yox, Azərbaycana aiddir. Ayrı-ayrı vaxtlarda Azərbaycan, Gürcüstan və Moldovanın ərazisinin bir hissəsini onlardan “kəsib” götürüblər. Şübhəsiz ki. Dağlıq Qarabağ məsələsi Avropa İttifaqı üçün çox vacibdir. Avropa İttifaqına üzv olan ölkələr, digər dövlətlər, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Hələ heç bir ölkənin parlamentində bununla bağlı sənəd qəbul edilməyib. Ona görə də Dağlıq Qarabağ rəsmi şəkildə Azərbaycanın ərazisidir. Qarabağ ərazisi assosiativ sənədlə bağlı danışıqlarda Azərbaycan ərazisi kimi təqdim edilir. Avropalılar heç vaxt Ermənistanın Qarabağın protektoru statusunu tanımayacaq. Siz bilirsiniz ki, Ermənistanda akkreditasiyadan keçən heç bir diplomat Qarabağa getmək hüququna sahib deyil? Siz bilirsinizmi ki, Avropa İttifaqına üzv olan dövlətlərin vətəndaşları Qarabağda çətin vəziyyətə düşərsə, Ermənistanda akkreditasiyadan keçən diplomatların işə qarışmaq və konsul yardımı göstərmək hüququ yoxdur? Ona görə də, iqtisadi-siyasi və digər məsələlər kontekstində Avropa İttifaqı Qarabağı Ermənistandan ayrı tutacaq”.

 

Ermənistan Avropa, yoxsa Rusiya seçimi qarşısında qalıb“Şübhəsiz ki, Ermənistan seçim qarşısında qalacağı təqdirdə Rusiya ilə birgə olacaq”

 

Bütün hallarda Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlıq etməsinə maneə yaradır. Digər tərəfdən burada Qarabağ münaqişəsi faktoru var. Ermənistanın üstündə “işğalçı ölkə” ləkəsi var. Avropa İttifaqının işğalçı bir ölkəni öz həndəvərinə buraxmayacağı şəksizdir.

 

Millət vəkili Aydın Mirzəzadə də e-jurnalımıza açıqlamasında bildirdi ki, Ermənistanın seçim qarşısında qaldığı göz qabağındadır: “Ermənistan bir tərəfdən avrointeqrasiyanın ona verdiyi üstünlüklərdən yararlanmaq istəyir, digər tərəfdənsə müəyyən məsələlərdə Avropadan fərqli mövqe tutan Rusiyanın böyük dəstəyinə ehtiyacı var. Ermənistan heç zaman müstəqil siyasət yürütməyib. Demək olar ki, bütün məsələlərdə Rusiyanın dəstək və yardımlarına ehtiyac olan bir ölkə bu gün Rusiya ilə əlaqələrini kəsə bilmir. O ancaq və ancaq Rusiya ilə birlikdə ola bilər. Rusiyasız Ermənistan adlı bir dövlət ola bilməyəcək. Digər tərəfdən az-çox qazandıqlarını da Rusiyasız itirə bilər”. Millət vəkilinin fikrincə, buna görə də Ermənistan, bu situasiyanı maksiumum uzatmağa çalışır: “Bir tərəfdən Avropaya müəyyən ümidlər verir. Digər tərəfdənsə Rusiyaya zəif mesajlar göndərməyə çalışır. Amma Rusiyada da Ermənistanın bu vəziyyətini görürlər. Şübhəsiz ki, Ermənistan seçim qarşısında qalacağı təqdirdə Rusiya ilə birgə olacaq”.

 

Avropa İttifaqının genişlənmə siyasətini hələ ki, müəyyən müddətə təxirə saldığını deyən A.Mirzəzadə bu təşkilatın Mərkəzi və Şərqi Avropanın ümumi orta xəttə gətirib çıxartmasına böyük bir zaman lazım olduğunu vurğuladı: “Baxmayaraq ki, Gürcüstan Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün cəhdlər etdi, amma diplomatik yolla ona bu məsələnin gündəlikdə olmadığını bildirdilər. Digər tərəfdən Avropa İttifaqı cənubi Qafqazın ancaq bir ölkəsini üzvlüyünə qəbul etmək siyasəti yeritməyəcək. O qəbul edəcəksə bu ölkələrin üçünü də qəbul edəcək. Qəbul etməyəcəksə üçünü də müəyyən bir zamana saxlayacaq. Bu situasiya Azərbaycan üçün narahatedici deyil. Gürcüstanın da Avropa İttifaqına üzv olmadan yaşamaq resusları var. Amma Ermənistan yardımsız və dəstəksiz mövcud ola bilmir. Ona görə də onun Avropa İttifaqına üzv olmaq ümidləri sıfıra bərabərdir. Bu, istər istəməz bildirilir. Söhbət avrointeqrasiyadan gedə bilər. Yarımçıq avrointeqrasiyanın özü də Ermənistan üçün problemlərinin daha da artırılması deməkdir. Onun Rusiya ilə birlikdə olmaq, Avrasiya İttifaqına üzv olmaqdan başqa çıxış yolu yoxdur”.

 

“Ermənistan seçim qarşısında daha çox problem yaşayacaq”Ermənistan Avropa, yoxsa Rusiya seçimi qarşısında qalıb

 

Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı da Ermənistanın Rusiyanın təsir dairəsində olan təşkilatlarda qalacağını düşünür. Bizimlə söhbətində A.Aslanlı Ermənistanın Avropaya inteqrasiya etmək üçün müəyyən addımar atdığını dedi: “Amma Ermənistan üçün daha vacib olan öz təhlükəsizliyini qorumaqdır. İndiki vəziyyətdə də təhlükəsizliyini Rusiyanın yardımı ilə təmin edə bilər”.

 

Onun sözlərinə görə Ermənistan ikili siyasət yürütməyə məcburdur: “Çünki həm işğalçı dövlətdir, həm də yaxın qonşu dövlətlərlə normal münasibətdə deyil. Bir yandan da hərbi təhlükəsizliyini təminat altına almaq məcburiyyətindədir. Digər tərəfdən də bütün beynəlxalq təşkilatlarda mövqeyini qorumağa çalışmalıdır. Eyni zamanda xarici siyasətində və digər məsələlərdə vacib amil kimi istifadə etdiyi erməni lobbisi var. Qərb dövlətlərində kifayət qədər erməni lobbisi fəaliyyət göstərir. Erməni lobbisi Ermənistanın iqtisadi və hərbi cəhətədən mövcudluğunu davam etdirməsi baxımından əhəmiyyətli amildir”.

 

Mərkəz sədri bildirdi ki, Ermənistanın təhlükəsizliyini Rusiya ilə təmin etməyə çalışaraq avrointeqrasiya görüntüsü nümayiş etdirməsi təbiidir: “Amma kritik məqam çatanda Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də MDB-nin üzvüdür. Ermənistan seçim qarşısında daha çox problem yaşayacaq. Ermənistanın Avropa ilə bağlı atdığı addımlar, Rusiya ilə birgə atılan addımlarla müəyyən mərhələdə tam təzad təşkil edə bilər. Çünki Rusiyanın liderlik etdiyi inteqrasiya proseslərinə çox fəal qoşulurlar. Amma bu gün kritik qərarların verildiyi vaxt deyil deyə, hələ ki, bunu idarə edirlər”.

 

Onun fikrincə, Qarabağ münaqişəsinin  həlli Ermənistanın avrointeqrasiyasına müsbət töhfə verə bilər.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

13.08.2013 13:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*