Azərbaycanca

Ermənistan Azərbaycana qarşı: bəs Fransa nə edir?

27.10.2014 | 10:59

hollande-les-reformes-vont-se-poursuivre-a-un-rythme-accelere-youtube-thumb-565x250Fransa prezidenti Fransua Ollandın dəvəti ilə 27 oktyabr tarixində Parisdə baş tutacaq Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində Fransanın nüfuzlu “Boulevard Voltaire” nəşri yayımladığı məqalə ilə diqqətləri özünə çəkib və geniş müzakirələrə səbəb olub. “Ermənistan Azərbaycana qarşı: bəs Fransa nə edir?” başlıqlı məqalədə Azərbaycana açıq-aşkar dəstəyini nümayiş etdirir və Fransanı Ermənistana sərt üzünü göstərməməkdə təqsirləndirir.

 

 

“Qısası, Dağlıq Qarabağ böyük erməni icamsınıın məskunlaşdığı əslən Azərbaycan ərazisidir. Erməniləri burada çoxluq təşkil etməyinin səbəbi Rusiya imperiyasının Qafqazda hakimiyyəti dövründə yeritdiyi xalqların sürgün siyasətindən qaynaqlanır. Sovet ittifaqı dağıldıqdan sonra Ermənistan bu bölgəyə əl qoydu. Müharibə baltaları çıxarıldı.
6 il sonra beynəlxalq vasitəçilər atəşkəs müqaviləsinin imzalanmasına nail oldular. Hər iki cəbhə minlərlə qurban verdi. Azərbaycan tərəfinin itkiləri daha çox oldu: Azərbaycan torpaqlarının işğalı nəticəsində 750.000 məcburi köçkün öz yurdlarından qovuldu. Ümid edək ki, gələcəkdə hər şey daha yaxşı olacaq”.

 

 

Boulevard Voltaire nəşrinin təxmini Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirəcəyini bildirir və bu görüşdən ciddi bir nəticənin əldə olunacağını gözləmir.

 

 

“Bu görüşün nə ilə nəticələyini söyləmək çətindir. Baxmayaraq ki, Ermənistan böyük ehtimalla Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini tanımayacaq. Ciddi bir qərarın qəbul olunması ehtimalı azdır”.

 

 

Jurnal prezidentlərin görüşü ərəfəsində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Bako Saakyanın Minsk qrupu ölkələri dövlət başçıları, Fransua Olland, Barak Obama və Vladimir Putini, Dağlıq Qarabağa dəvət etməsini narahatedici məqam adlandırıb. Ümid olunur ki, dəvəti qəbul etməməklə Minsk qrupu həmsədrləri Azərbaycana açıq dəstəyini nümayiş etdirəcək və məsələnin həlli yolunda konkret addımlar atacaqlar.

 

 

“Bako Saakyanın dəvətini qəbul etmək onu “Respublikanın prezidenti”, dolayı yolla “Dağlıq Qarabağı” respublika kimi tanımaq deməkdir. Bu bir skandal olar, çünki öz müstəqilliyini elan etmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nı Ermənistan da daxil olmaqla heç bir dövlət tanımayıb. Daha bir skandal ondan ibarətdir ki, bu anklavdan əlavə Ermənistan qeyri-qanuni olaraq digər yeddi Azərbaycan əyalətini də işğal edib. Azərbaycanın 20% torpaqlarının işğalı avtomatik olaraq dünya ictimaiyyətini danılmaz fakt qarşısında qoyur.
Olland və digər ölkə başçıları, şübhəsiz, Saakyanın dəvətinə müsbət cavab verməyəcəklər. Məsələ orasındadır ki, dəvətin qəbul olunmaması iki cür şərh oluna bilər. Minsk qrupu həmsədrlərinin problemin həllini təxirə salması, həldən yan keçməsi və ya əksinə Azərbaycana dəstək olması kimi anlaşıla bilər. Ümid edək ki, ikinci fərziyə doğrudur və tezliklə bu dəstək konkret addımlarla sənədləşdiriləcək”.

 

 

Fərid Əliyev

“KarabakhİNFO.com”

 

 

27.10.2014 10:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*